Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Gədəbəy – ulu yurdun yaddaşı
    Azərbaycan Respublikasının Gədəbəy rayonu ölkənin qərbində dəniz səviyəsindən 2800 metr yüksəklikdə yerləşir. Onun ərazisinin 123 km-ri təcavüskar Ermənistan dövləti ilə sərhəddir.
    Gədəbəy ərazisi hələ qədim dövrlərdən Azərbaycanın yaşayış yerlərindən biri olmuşdur. Qızıl, gümüş, mis, dəmir, malibdin və s. filiz yataqları ilə zəngin olan bu ərazi həmişə əcnəbi iş adamlarının diqqətini özünə cəlb etmişdir.
    Eyni zamanda Gədəbəy ərazisinin qədim tarix və mədəniyyət abidələri ilə zənginliyi də dünya alimlərinin diqqətindən yayınmamışdır. Lap qədim dövrlərdən yaşayış məskəni olan bu ərazi müxtəlif tarixi hadisələrin şahidi olan memarlıq abidələri ilə zəngindir.

    Öz inşa dövrləri ilə bir-birindən fərqlənən bu abidələrin hər biri böyük elmi əhəmiyyətə malikdir. Onlar arasında ən qədimləri miladdan əvvəl III minillikdə meydana gəlmişqədim qalaçalardır. Qədim Misir ehramları kimi həmin qalaça divarlarının daşları da öz ağırlığına və həcminə görə heyrət doğurur. Belə ki, hündür dağ zirvəsində inşa olunan qalaça divarlarının daşlarının ağırlığı 2-3 tona çatır. Təəssüflər olsun ki, elmi-dəyəri olan bu abidələrin çoxu Sovet dövründə baxımsızlıq ucbatından dağıdılmışdır. Ən maraqlısı odur ki, bu qalaça sakinlərinin qəbirüstü daşları da diqqətdən yayınmır.
    Bu qəbirüstü daşların da hər birinin ağırlığı bir tondan çoxdur. El arasında bunlara «oğuz qəbirləri» deyilir.
    Alimlərin apardıqları təhqiqatlara görə orta əsrlərin feodal dövründə də bu qalaçalar özlərinin əhəmiyyətini itirməmişlər.
    Həm yaşayış məskəni kimi, həm də feodal müharibələrində müdafiə yerləri kimi bu qalaçalardan istifadə olunmuşdur. Eyni zamanda onların bəzilərinin divarları arasında möhtəşəm qalalar inşa edilmişdir. Belə qalalardan biri də Gədəbəyin Qalakənd və Rüstəməliyev kəndləri arasındakı sıldırım qayalığın zirvəsindəki «Koroğlu» qalasıdır. Təxminən IX əsrdə inşa edilmiş «Koroğlu» qalası özünə xas oğlan memarlıq quruluşuna malikdir və müdafiə qalası kimi tarixin müxtəlif mərhələlərində bir çox qanlı müharibələrin şahidi olmuşdur. Sonradan xalq onu qəhrəmanlıq qalası kimi təcəssümləşdirmiş, «Koroğlu» qalası adlandlırmışdır. Müdafiə məqsədi ilə inşa olunan «Koroğlu» qalasının yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir. Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa endilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Rüstəməliyev kəndinin içindən keçən çaya tökülür.
    Gədəbəy ərazisində yüzə qədər qədim memarlıq abidələri aşkar edilmişdir. Onlar arasında ən əzəmətlisi Qız qalasıdır. B u qala Şöyüdlü kəndinin cənubunda Mis çayı ilə Şəmkir çayının qovuşduğu yerdəki hündür qaya zirvəsi üzərində inşa edilmişdir. Qalaya daxil olmaq üçün hündürqayanın döşündə salınmış ensiz cığırdan istifadə etmək lazım gəlir. Bu cığır Qız qalası üçün strateci əhəmiyyət kəsb etmişdir.
    Qız qalasının kərpiclə tikilmiş bürcləri daşla hörülmüş qala qəsrinin içində yerləşir. Qalanın memarlıq quruluşu və burada istifadə olunan kərpiclərin ölçüsü Azərbaycanın Siyəzən rayonu ərazisindəki V-VI əsrdə inşa edilmiş Çıraqqalaya çox uyğun gəlir.
    Təhqiqatçılar Gədəbəy Qız qalasının tarixini də V-VI əsrlərə aid edirlər.
    Gədəbəy Qız qalası haqqında müxtəlif rəvayətlər mövcuddur. Rəvayətlərin birində deyilir ki, qalanı inşa edən memar tikintidə istifadə olunacaq kərpiclərin sayını əvvəlcədən müəyyənləşdirə bilmişdir. Memarın bu hesablamasının doğru, yyalan olduğunu müəyyənləşdirmək üçün sahibkar kərpicin müəyyən hissəsini gizlətdirmişdir. Lakin tikinti sona çatmaq üzrə olarkən sahibkarın gizlətdiyi qədər kərpic çatışmamazlığı aşkar olunmuşdur. Bundan sonra sahibkar memarın istedadını qiymətləndirərək ona bəxşişlər vermişdir. Eyni zamanda başqa yerdə belə əzəmətli bir qala tikməyiona qadağan etmişdir.
    Qalanın tikintisində istifadə olunan palçığı yumurta, süd və əhəng qataşağandan düzəltmişlər. Elə buna görə də sıldırım qaya üzərində inşa olunmuş bu qala 1500 ilə yaxındır ki, öz əzəmətini itirmir.
    Qız qalasına yaxın ərazidə – Şəmkir çayının sol və sağ sahilində qədim şəhər xarabalıqları nəçzərə çarpır. Bu ərazidə bir neçə qədim körpü qalıqları, qəbirsanlıqlar və məbədlər vardır. Görünür bu ərazidə Azərbaycanın Girdiman vilayətinin iri şəhərlərindən biri yerləşmişdir. Ərazidən tapılan müxtəlif əşyalar da burada özünün sənətkarlığı və təsərrüfatı ilə fərqlənən qədim bir feodal şəhərinin olduğunu təsdiq edir.
    Vaxtilə Azərbaycanın görkəmli arxeoloqu İsaq Cəfərzadə bu ərazidə yerləşən bir çox sanduqə qəbirlərdə arxeloci qazıntılar aparmış və çoxlu mədəniyyət nümunələri aşkar etmişdir. Bu mədəniyyət nümunələri «Xocalı-Gədəbəy» mədəniyyəti kimi Azərbaycanın tarix dərsliklərində ifadə olunmuşdur. Təhqiqatlar zamanı məlum olmuşdur ki, miladdan əvvəl, birinci minillikdən başlayaraq Gədəbəy misindən istehsal olunan müxtəlif tipli alətlər Zaqafqaziya və Asiya xalqlarının mədəni tərəqqisinə də böyük təsir etmişdir. İqtisadi, mədəni əlaqələr genişləndikcə Albaniya, yəni Azərbaycan misinin şöhrəti qonşu ölkələrə də çatmışdır. Buna görə də Sasanilər Gədəbəy misinə sahib olmaq üçün Şəmkir çayı boyunda öz mövqelərinin möhkəmlətməyə çalışmışlar. Elə bu məqsədlə də Gədəbəy ərazisində möhtəşəm qalalar, q8əsrlər və gözətçi məntəqələri inşa edilmişdir.
    Şəmkir çayı ətrafındakı şəhər xarabalığında müasir dövrə qədər salamat qalmış abidələrdən biri də «Mahrasa» məbədidir.
    Abidənin adına əsaslanaraq demək olar ki, Mahrasa məbədi yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınmışdır. Hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq Mahrasa atəşpərəsliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərmişdir. «Mahrasa» sözünün elmi təhlili də bu fikri təsdiq edir.
    Belə ki, sözün kökü olan «mah» həm farsca, həm də türkcə «ay» deməkdir. «Rəsad» isə göy gisimləri müşahidə olunan yerə deyilir.
    İki söz birləşməsindən «Mahrəsad» yaranır. Sözün sonunda gələn «d» səsi çətin ifadə olunduğuna görə məbəd «Mahrasa» adlandırılmışdır.
    Azərbaycanın Gəncə, Kəlbəcər və başqa ərazilərində də mahrasa adını daşıyan abidələrimiz vardır. Bu abidələrdə də aya sitayiş izləri, divar təsvirləri qedə alınmışdır.
    Qeyd etmək lazımdır ki, birinci əsrdə yaşamış yunan coğrafiyaşünası Strabon Albaniyanın dağlıq hissələrində möhtəşəm ay məbədlərinin tikilməsi haqqında geniş məlumat vermişdir. Strabonun verdiyi məlumata görə Ay məbədlərinin içərisi Ay İlahəsinə həsr olunmuş barlyeflərlə, divar rəsmləri ilə bəzədilmişdir.Həmin məbədlərin müxtəlif yerlərində Ayın, Günəşin təsvirləri həkk olunmuşdur.
    Bu məbədlərin böyük torpaq sahələri olmuşdur. Bu rada çoxlu qullar, nökərlər işləmişdir. Ay məbədlərinə kahinlər rəhbərlik etmişlər. Baş kahin ölkənin ən nüfuzlu şəxslərindən sayılmışdır. Ay məbədləri Albaniyada xristianlığın yayıldığı zamana qədər fəalşiyyət göstərmişdir.
    Gədəbəydəki Mahrasa məbədi Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olmuşdur. Tarixi məlumatlara görə İran şahı II Xosrovun yaxın qohumu Mehran 30 min ailə ilə birlikdə burayüa gəlmiş, məbəddə yaşayan 12 nəfər kahini öldürmüş və məbədə sahib olmuşdur. Mehranilər xristianlığı qəbul etdikləri üçün bura sonradan rekonstruksiya olunaraq xristian kilsəsinə çevrilmişdir. Gədəbəyin başqa ərazilərində də bir çox xristian kilsələri inşa edilmişdir. Xristian kilsələrinin tikintisində yunan əsirlərindən də istifadə olunmuşdur.
    Tarixdən məlumdur ki, IV əsrin əvvəllərində sasanilər Roma imperiyasına qarşı müharibə aparmışdır. Alban hökmdarı Urnayr isə II Şapurun bacısı ilə evləndiyi üçün romalılara qarşı sasanilərin müttəfiqi kimi vuruşmuşdur. Həttə IV əsr Roma tarixçisi Ammian Marselin təsdiq edir ki, Urnayr öz dəstiəsi ilə II Şapuru müşayət edərkən onu görmüşdür. Favs Bizanslı yazır ki, Urnayr qoşuna müraciət edərək demişdir: «İndi mən sizə xəbərdarlıq edirəm, unutmayasınız ki, biz yunan qoşununu əsir alarkən onların çoxunu öldürmək lazım deyil. Biz onları sarıyaraq Albaniyaya aparar və bizim şəhərlərimiz, saraylarımız və başaqa ehtiyaclarımız üçün dulusçu, daşyonan, bənna kimi işləməyə məcbur edərik.»
    Alban tarixçisi Musa Kalankaytuklunun verdiyi məlumata görə Alban incəsənəti çox yüksək səviyyədə inkişaf etmişdir. Xüsusilə məbədlərin içərisi rəssamlar tərəfindən bəzədilmişdir.
    Gədəbəyin Mahrasa, Çanaxcı, Böyük Qaramurad məbədlərində, eləcə də bu ərazidəki başqa Alban xristianlığı abidələrində müxtəlif bəzəkləırə təsadüf olunur.
    Azərbaycan tarixindən məlum olduğu kimi bəzi alban feodalları öz hakimiy2yətlərini möhkəmləndirmək üçün IV əsrin əvvəllərində hökmdar Urnayr başda olmaqla xristian dinini qəbul etmişlər. Urnayr xristianlığı geniş yaymaq üçün müxtəlif yerlərdə kilsələr tikdirmişdir.
    X əsrin tanınmış ərəb səyyahı əl-Məsudinin yazdığına görə xristianlığ onun yaşadığı dövrdə də Azərbaycanın bir sıra vilayətlərində qalmışdır. O, «Qızıl yuyulan yer və cəvahirat mədənləri» adlı əsərində («miruc əz – zəhəb və məadin – əl-cavhar») Bəhrəm Gurun nəslindən olan Cilal şahın da xristian olduğunu söyləmişdir.
    Təəssüflər olsun ki, Azərbaycanın xristian dövr mədəniyyəti haqqında əhaliyə çox az məlumat verilmişdir. Halbuki, qədim mənbələrdə Azəri türklərinin xristianlığı qəbul etmələri haqqında çoxlu məlumatlar vardır. Məsələn, XVI əsrin sonunda İspaniyaya köçərək xristian dinini qəbul etmiş Azərbaycan türkü Oruc bəy Bayatın «İranlı Don-Cuan» adlı kitabında Gədəbəy və Göyçə gölü ətrafında yaşayan türklərin xristianlığı qəbul etmələri haqqında çoxlu maraqlı məlumat verilir. O, göstərir ki, VI əsrdə yaşamış həmin türklərdən nə üçün xristian xaçı gəzdirdiklərini soruşarkən cavab vermişlər ki, keçən əsrdə burada yoluxucu xəstəliklər baş vermiş, əhalinin kütləvi surətdə qırılmasına səbəb olmuşdur. Həmin dövürdə xəstəliyin yayılmasından istifadə edərək xaçın ilahi qüvvəyə malik olduğunu təbliğ etmişlər. Bunun nəticəsində Gədəbəyə və ümumiyyətlə Göyçə ilə Gəncə arasında yaşayan türklər xaçı ilahi xilaskar kimi boyunlarından asmışlar. İran şahı II Xosrov Bəhram Çubinlə müharibə apararkən Gədəbəy ətrafındakı xristian türklərini də köməyə çağırmışdır.
    Ərəb işğalından sonra Azərbaycanda xristianlıq tədricən sıxışdırılmışdır. Ayrı-ayrı mənbələrdən məlum olur ki, müsəlman dinini qəbul etməyənlərə ağır vergilər qoyulmuşdur. X əsr ərəb səyyahı İbn-əl-Fəqif əl Həmədaninin məlumatına görə «Ərəblər Azərbaycanı və Aranı işğal etdikdən sonra, yerli əhali üzərində xərac və cizyə vergisi təyin etmişdilər. Bu verginin miqdarı müxtəlif vaxtlarda gah azalır, gah da artırdı. Aranın əhalisi xristian olduğu üçün xərac və cizyə müsəlmanlarınkından 10 dəfə artıq idi. Dövlətlilərdən ildə 48, ortadadlardan 24, kasıblardan is 12 dirhəm vergi yığılırdı…
    Torpaq vergisi müsəlman olmayan əhalidən 2 qat artıq alınırdı. Sonralar, xüsusilə xəlifə Hişamın (734-743-cü illər) hikimiyyətği dövründə vergi siyasəti dəyişdirildi.»
    Həmişə səhralarda daha sevik əməliyyatlar aparmağı bacaran ərəb ordusu Azərbaycanın dağlıq hissələrində apardıqları müharibələrdə ağır müqavimətlərlə üzləşmişlər. Alınmaz qalaların mazqallarından onlara öldürücü zərbələr endirmişlər. Gədəbəy ərazisindəki Qızıl qala, Gənnət qala, Koroğlu qalası və sairə məhz belə qalalardan olmuşdur. Buradakı bir çox xristian məbədləri də müdafiə qəsrləri içərisində yerləşmişdir.
    Azərbaycanda islamlaşma nə qədər dərinləşsə də XIX əsrin birinci yarısına qədər Alban xristian katalikosluğu burada fəaliyyətini dayandırmamışdır. Yalnız 1836-cı ildən ermənilərin məkirli siyasəti rus çariçası Yekaterinanın əmri ilə Alban katalikosluğu erməni katalikosluğunun tərkibinə daxil edilmişdir.
    Fransız səyyahı Debua-de Monperinin tərtib etdiyi atlasda verilən məlumata görə Şəmkir çayı ətrafında minarəsinin hündürlüyü 40 metrə çatan rəsədxana da olmuşdur. Gədəbəydə Girdimanla bağlı yer adları da vardır. Buna Şəmkir çayının şərq qolu olan Girdiman çayını, Gədəbəy ərazisindən Göyçəyə gedən Girdiman yolunu Daşkəsənin Əmirvaz yaxınlığındakı Qardiman talasını misal göstərmək olar. Gədəbəyin Şəmkir çayı ərazisindəki qədim şəhərin adı haqqında da müəyyən fərziyələr vardır. Belə ki, orta əsrlərin əvvəllərində yaşamış Alban tarixçisi Musa Kalankaytuklunun məlumatına görə inciklik zəminində II Xosrovun yaxın qohumu Mehran ölkəni tərk etmək istəyərkən Xosrov məktub yazaraq demişdir: «Doğma qardaşım, məndən ədavətlə ayrılma! Əgər sən inayət edib mənimlə yaşamaq istəmirsənsə, o zaman, orada, mənim hakimiyyətim yayıldığı yerlərdə yaşamaq üçün o qədər torpaq götür ki, nə qədər sənin ayaqların gedə bilir.»
    Verilən məlumata görə bu hadisədən sonra Mehran 30 min ailə ilə birlikdə Albaniyanın dablıq hissəsi olan Girdiman ərazisinəç köçür və burada şəhər salır. Həmin şəhərin adı isə Mehravan olmuşdur.
    Çox güman ki, Gədəbəy ərazisindəki bu şəhər xarabalıqları Mehravan şəhərinin qalıqlarıdır.
    Gədəbəy dağ-mədən sənayesinin tarixi haqqında da məlumat verən bir çox abidələr mövgcuddur. Gədəbəyli alim Məcid Ktiblinin verdiyi məlumata görə yunan Qriqori Mexov bir neçə yoldaşlıra ilə birlikdə 1849-cu ildə Gədəbəyə gəlmiş və xəzinə axtarmaq məqsədi ilə Mis dağında kəşfiyyat işi aparmışdır. Lakin o maliyyə çətinliyinə görə özünə yeni şəriklər tapmış və 1855-ci ildə çar hökümətindən icazə alaraq burada kiçik mis zavodu inşa etmişdir. 1861-ci ildə həmin zavod German Tenner və Semyon Moritsin adlı şəxslərin əlinə keçmişdir.
    1864-cü ildə isə alman kapitalisti və məşhur elektrotexnika ixtiraçısı olan Ernest Verner Simens buranı satın almışdır. O, öz qardaşları Karl Henrixi, Volter Ferdinandı və Ottonu da misəridən zavodun tikintisinə cəlb etmişdir. Zavod 1865-ci ildə tam gücü ilə işə düşmüşdür. İlkin mərhələdə burada 3 misəridən soba, 1 kürə, 4 havatəmizləyən qurğu quraşdırılmışdır.
    1883-cü ildə zavodda yenidənqurma işləri aparlımış, yeni texniki qurğular quraşdırılmışdır. Simens qardaşlarının Gədəbəydə inşa etdikləri su elektrik stansiyası Qafqazda ilk nümunə olmuşdur.
    1879-cu ildə Gədəbəydən Qalakəndə 31 km uzunluğunda dəmiryolu çəkilmişdir. Dəmiryolu çəkilərkən 150-1ə qədər körpü inşa edilmişdir. Bu körpülərin hər biri özünəməxsus memarlıq quruluşuna malikdir. Həmin körpülərdən bir çoxu indi də istifadə olunur.
    Mis əridərkən meşələrin qırılmasının qarşısını almaq üçün 1880-ci ildə Şəmkirin Dəllər stansiyasından Çardağlı kəndinə qədər neft kəməri çəkilmişdir. 1894-cü ildə həmin kəmər Gədəbəy Mis zavoduna qədər uzadılmışdır. Vaqonlarla Dəllər stansiyasına gələn nefti güclü nasosla Gədəbəy Mis zavodunda quraşdırılmış çənlərə vurmuşlar.
    1890-cı ildə Qalakənddə su elektrik stansiyası istifadəyə verilmiş və bütün mədənlərdə aparılan qazma işlərində elektrik cihazlarından istifadə olunmuşdur.
    Alman mütəxəssisləri Gədəbəy mis yataqlarında kəşfiyyat işləri apararkən burada qızıl yataqları da aşkar etmişlər. Onlar elektroliz vasitəsilə hər 18 min pud misdən 13 kq qızıl və 240 kq-a yaxın gümüş əldə etmişlər.
    Gədəbəydə fəaliyyət göstərən «Simens» şirkəti ildə 100 min puda yaxın kükürd kolçadanı istehsal edərək Bakıdakı «Nobel qardaşları» şirkətinə satmışdır.
    Gədəbəy mis zavodunda istehsal olunan dəmir və çuqun məmulatları bir çox Avropa ölkələrinə, eləcə də Rusiyanın Peterburq, Moskva, Nicni-Novqorod və başqa şəhərlərinə göndərilmişdir.
    «Simens» şirkəti Gədəbəydə xeyli yaşayış binaları, fəhlə yataqxanaları, mədəniyyət obyektləri və inzibati binalar da inşa etmişdir.
    Mis zavodu fəaliyyətə başlayan kimi Gədəbəydə 16 çarpayılıq xəstəxana açılmış, ilk dövrdə onun bir həkimi və bir feldşeri olmuşdur.
    1888-1891-ci ildə Gədəbəy mis mədənində elektrikləşdirmə işi ilə məşğul olan Valdemar Belk buradakı 300 qədər tunc dövrünün qəbirlərində xəzinə əldə etmək məqsədi ilə qazıntı işləri aparmışdır. O, arxeloci qazıntı aparmaq üçün mis zavodunun keçmiş direktoru Fon-Simensdən və baş direktor Vilyam Boltondan icazə almaqla kifayətlənmişdir. V.Belk üç il ərzində qədim qəbirlərdən 10703 qiymətli əşya əldə etmiş, onları sistemli şəkildə Almaniya Mədəniyyət Fondunun rəhbəri və ona universitetdə dərs demiş müəllimi Rudolf Virkova göndərmişdir.
    Qədim qəbirlərdən əldə etdiyi əşyaların inventarlaşdırılmasını və pasportlaşdırılmasını özü aparsa da əsas tədqiqat işişni Almaniyaya göndərilən materialları qəbul edən Rudolf Virkov Berlində aparmışdır.
    Rudolf Virkov antropoloq olduğundan V.Belk ona qazıntı zamanı tapılan insan skeletləri də göndərmişdir. Rudolf Virkov V.Belkin qeydləri və təsvirləri əsasında həmin əşyaların dövrünü, antropoloci xüsusiyyətlərini dəqiqləşdirmişdir.
    V.Belk qazıntılardan əldə etdiyi materialları xüsusi yeşiklərə qablaşdırmış, Almaniyaya göndərilən xüsusi mis yüklərinin arasında gizlətmişdir. Çünki V.Belkin burada qazıntı işləri aparması üçün dövlətdən icazəsi olmamışdır. Bütün əldə olunan əşyalar Batumidən Hamburqa yola salınmışdır. Almaniyaya aparılan bu nadir tapıntıları sağ-salamat çatdırmaq üçün kömrük işçilərinə və dövlət məmurlarına rüşvət verilmişdir. V.Belkin hesabatına görə 10703 tapıntıdan 256-sı silah nümunələri, 423-ü məişət əşyası, 935-i bəzək əşyası, qalanı isə qiymətli daşlardan və materiallardan hazırlanmış muncqlar olmuşdur. Eyni zamanda hesabatda 10 ədəd qızıl əşya tapıldığı da qeyd edilmişdir.
    V.Belkin Gədəbəy tapıntılarının çox hissəsi Berlindəki Etnologiya muzeyində olmuş, bir hissəsi isə Patalogiya universitetində saxlanılmışdır. 1901-ci ildə bu universitetdə baş verən yanğın nəticəsində Gədəbəydən tapılan bçox əşyalar məhv olmuşdur.
    İkinci dünya müharibəsi zamanı da Gədəbəydən Almaniyaya aparılmış eksponatlar yanğına məruz qalmışdır. Belə ki, 1945-ci ilin fevralında Berlinin «Yaxın və uzaq mədəniyyət tarixi muzeyi»nə bomba düşmüş və burada şiddətli yanğın baş vermişdir. Xoşbəxtlikdən yeşiklərə qablaşdırılmış eksponatları xilas etmək mümkün olmuşdur. 1960-1962-ci illərdə muzeyin əməkdaşı Xayns Manke bu eksponantları sistemləşdirmiş və onların qrafik təsvirlərini çəkmişdir. O, bu çətin iş zamanı vaxtilə V. Belkin Rudolf Virkova yazdığı məktublardan da istifadə edə bilmişdir. Müzeyin inventar kitabının mikrofilminin tapılması da bu ekspanatların yenidən pasportlaşmasını böyük kömək etmişdir. İnventar kitabı yenidən bərpa olunmuş, ayrı-ayrı ekspanatların rəsmləri yenidən çəkilmişdir. Bu işi əsasən Herhard Andreas, Yohin Klank və Alfred Xoşftetter icra etmişlər.
    Gədəbəyin bu rayonunun mədəniyyət mərkəzinə çevrilməsində Simens şirkətinin böyük rolu olmuşdur. Bu şirkətin fəaliyyəti nəticəsində Gədəbəy nəinki Azərbaycanın dağ-mədən sənayesi mərkəzinə çevrilmiş, eləcə də müxtəlif ölkələrdən burada işləməyə minlərlə insanlar gəlmişdir. Gədəbəyin mis zavodlarında və mədənlərində 1917-1918-ci illərdə iyirmi minə yaxın adam işləmişdir.
    Lakin Gədəbəydə Simens şirkətinin fəaliyyətinə maneələr törədən qüvvələr də olmuşdur. Əsasən daşnak-bolşevik birləşmələri tez-tez Gədəbəy fəhlələrini mis mədənlərində münaqişələr törətməyə sövq etmişlər. Hələ 1906-1907-ci illərdə A.Krikorov, M.Manuçaryan, Ter-Arakelov və başqaları ekstremist dəstələr yaratmış, Simens şirkətinin Gədəbəydəki rəhbərliyinə qarşı güctəzyiqlər göstərmişlər. Məsələn 1907-ci ilin fevralında ermənilər tərəfindən aldadılmış 5000-dən artıq fəhlə Simens şirkətinin rəhbərliyinə qarşı olan tətildə iştirak etmişdir.
    Telman HAQVERDİYEV
    fəlsəfə elmləri namizədi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1271
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30