Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Biz Türkiyə tarixçiləri ilə əməkdaşlığın yaradılmasında gecikmişik”
    Musa Qasımlı: “İnsan düşüncələri üzərinə qadağaların qoyulması Fransanı orta əsrlər dövrünə qaytarır”

    Azərbaycan Milli Məclisinin üzvü, tarixçi alim Musa Qasımlı suallarımızı cavablandırıb.

    - Musa müəllim, son vaxtlar dünya siyasi səhnəsində Türk dünyasına qarşı tarixi hadisələrdən bəhs edən iddialar güclənir. Proseslərin belə bir yön alması nədən qaynaqlanır?

    - ABŞ ilə SSRİ arasında soyuq müharibə ikincinin dağılması nəticəsində başa çatdıqdan sonra bölgədə yeni müstəqil dövlətlər yarandı ki, bunların da demək olar yarısı türk dövlətləri oldu. Yəni türk coğrafiyası yenidən dirçəldi. Bu da dünyada bir sıra ölkələri narahat edir. Atılan qeyri-obyektiv addımlar da türk dünyasının bu şəkildə güclənməsinə qarşı yönəlib. Xüsusilə də bu addımlar digər tük dövlətlərinin dəstəyindən ilhamlanan Türkiyənin Avropa Birliyinə gedən yolunun qarşısını almaq məqsədi güdür. Eyni zamanda, həmin qüvvələr Yaxın Şərqdə Türkiyənin artan rolunun məhdudlaşdırılmasına qarşı işləyirlər. Bu gün heç bir zaman olmayan uydurma erməni soyqırımı ilə bağlı sənədin Fransa kimi dövlətin parlamentində müzakirəyə çıxarılmasının da tarixi həqiqətlə heç bir əlaqəsi yoxdur.

    Bunun gündəliyə gətirilməsində əsas məqsəd bir qrup qüvvələrin siyasi niyyətlərinin həyata keçirilməsidir. Qanunverici orqanında bir qrup deputatın “erməni soyqırımı” məzmununda sənədi qəbul etməsi Fransanın özünə ciddi siyasi ləkədir. Çünki insan düşüncələri üzərinə qadağaların qoyulması Fransanı orta əsrlər dövrünə qaytarır. Ona görə ki, bu cür insan hüquqlarına zidd sənədlər yalnız orta əsrlərdə qəbul olunurdu. Müasir dövrdə inkişaf etmiş ölkənin sivilizasiyanın erkən dövrlərinə qayıtması lider dövlət kimi onun gələcəyini kölgə altına alır. Yox, əgər elə bir “soyqırımı”nın olması iddiasında olanların maraqlarını nəzərə almaq istəyirsə, o zaman bunu deputatların deyil, tarixçilərin və yaxud tədqiqat mərkəzlərinin öhdəsinə buraxmalıdır.


    - Necə düşünürsünüz, Fransa parlamentinin bu qərarından sonra uydurma soyqırımının birdəfəlik ifşa olunması üçün Türkiyə və Azərbaycan tarixçilərindən ibarət birgə rəsmi komissiyanın yaradılması zərurəti yetişməyibmi?


    - Əlbəttə, Fransa kimi Avropanın aparıcı dövlətində belə bir qeyri-obyektiv sənədin qəbul edilməsi tək Azərbaycan və Türkiyənin maraqlarına deyil, bütövlükdə ədalətin bərpasına ziddir. Çünki təsdiqini tapmamış tarixi məsələlərin qanun halına salınması görünməmiş haldır. Bu məsələdə Azərbaycan və Türkiyə tarixçilərinin birgə əməkdaşlıq eləməsi zamanı isə çoxdan yetişib. Azərbaycan tarixçiləri Moskvada, Tiflisdə və digər mərkəzi arxivlərdə işləyə bilirlər, bunun da qeyd olunan məsələdə birgə fəaliyyətə böyük töhfəsi ola bilər. Ona görə də hesab edirəm ki, biz hətta Türkiyə tarixçiləri ilə birgə əməkdaşlığın yaradılmasında gecikmişik. Fərd olaraq çalışırıq, amma ümumi layihələrin həyata keçirilməsində ehtiyac daha çoxdur. Lakin onu da söyləmək lazımdır ki, hansısa bir arxivdə işləmək istənilən tarixçi üçün maliyyə baxımından çətindir. Bu baxımdan da belə məsələlərdə ilk növbədə maliyyənin ayrılmasını da diqqətdə saxlamaq lazımdır.


    - Bəs gedişatı necə dəyərləndirirsiniz: artıq ayın sonunda Fransa Senatında “erməni soyqırımı” ilə bağlı məlum sənədin qəbul olunacağından çox danışılır. Bu baş verərsə, hadisələrin axarı necə olacaq?


    - Fikrimcə, bu sənədin yuxarı palatada qəbul olunması bir neçə amildən asılıdır. Hesab edirəm ki, Fransa Xarici İşlər Nazirliyi, digər iqtidar dairələri, ümumiyyətlə, ölkənin iqtisadi maraqlarını güdən dairələr konkret şəkildə ortaya mövqe qoymalıdırlar və məncə, qoyacaqlar. Çünki sənəd qəbul olunacağı halda Fransa xarici siyasətdə çox şey itirə bilər. Onlar öz daxillərində bu qeyri-obyektiv sənədin qəbul olunmasında maraqlı olan rəsmiləri başa salmalıdırlar ki, bu, Fransanın gələcək xarici siyasətini zərbə altına alır, dövlətin böyük maraqlarına uyğun deyil. Çünki ağıllı fransız diplomat başa düşməlidir ki, ölkəsinin milli maraqlarının inkişafı təcavüzkar Ermənistanın hansısa uydurma iddiasının müdafiəsindən keçə bilməz.
    Eyni zamanda, fikrimcə, Azərbaycan və Türkiyə tərəfi fransız mediası, QHT-ləri ilə işləməlidir. Bizim diaspor təşkilatları fəal mövqeyə keçməlidirlər. Fransa hökumətinə qarşı müraciətlər artmalıdır. Əks halda əgər bu uydurma sənəd tam təsdiqini taparsa, ilk növbədə Fransa və Türk dünyası, xüsusilə Türkiyə Cümhuriyyəti arasında münasibətlərə ciddi zərər gələcək. Fransa özünün qəbul etdiyi azadlıq, bərabərlik prinsiplərinin üstündən xətt çəkmiş olacaq. Fransa inqilabı dünya demokratiyasına böyük nəfəs, azad düşüncə gətirib və sair. Bu qanun layihəsini qəbul etməklə isə bütün bunlar zərbə altına alınır. Çünki artıq o zaman nə bərabərlikdən, nə də azad düşüncədən söhbət gedə bilər.


    - Musa müəllim, son günlər tarixi olayların yenidən gündəmə gətirilməsi halları arasında İranın vaxtı ilə Rusiya ilə imzaladığı Azərbaycanı iki hissəyə ayıran Türkmənçay müqaviləsi də var. İran rəsmiləri müqaviləyə yenidən baxmağı iddia edirlər...


    - Bu, sadəcə, İran tərəfindən Azərbaycana edilən növbəti təzyiqdən başqa bir şey deyil. Onu da deyim ki, bu müqavilənin yenidən gündəmə gətirilməsinin daha çox İrana ziyanı olacaq. Mahiyyət bundan ibarətdir ki, son vaxtlar İrandan Azərbaycana qarşı çıxışlarda 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin ləğv oluna biləcəyi deyilir. Məsələ burasındadır ki, Şimali Azərbaycan çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edilsə də, 1918-ci ildə vahid, müstəqil dövlət kimi onun tərkibindən çıxıb. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə İran bizim dövlətin adındakı Azərbaycan sözünə etiraz edib, bunu Güney Azərbaycana iddia kimi qiymətləndirmişdi. O vaxt İran Azərbaycana muxtariyyət verməklə özünə birləşdirmək istədiyini bildirib belə bir təklif irəli sürmüşdü ki, siz daxildə müstəqil ola bilərsiniz, amma xarici cəhətdən vahid mərkəzdən idarə olunacaqsınız. Əlbəttə ki, bu iddia boşa çıxdı. Birinci Dünya müharibəsindən sonra keçirilən 1919-cu il Paris Sülh Konfransına İran buraxılmadı. Məhz bundan sonra İran Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımalı oldu. 1921-ci il fevralın 26-da sovet Rusiyası ilə İranın müqaviləsində bütün əvvəlki qeyri-bərabər müqavilələr ləğv edildi.
    1991-ci ildə İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Moskvaya səfəri zamanı müsahibələrinin birində Azərbaycan Respublikasını tanımadıqlarını, Azərbaycanla bütün münasibətlərin SSRİ çərçivəsində davam edəcəyini bildirmişdi. Ancaq bu istək də yerinə yetmədi. SSRİ dağıldı, Azərbaycan öz müstəqilliyini bərpa etdi.


    - Bəs bu qədər vaxtdan sonra yenidən eyni məzmunda belə bir iddianın qaldırılması nədən irəli gəlir və nə ilə nəticələnə bilər?


    - Bilirsiniz, müstəqilliyimizi bərpa edəndən sonra bizimlə tarix, coğrafiya, mədəniyyət cəhətdən yaxın olmasına baxmayaraq, İran yenə də Azərbaycana arzu edilən münasibəti bəsləməyir. Zaman-zaman İran rəsmiləri hətta parlamentdə 17 şəhərin “ana vətən”dən ayrı düşdüyünü bildirir, Azərbaycana iddialar səsləndirir, Xəzər dənizini Mazandaran gölü adlandırırlar. Bu gün İranda bəzi dairələr sabit, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanı özünə güclü təsir vasitəsi kimi qəbul edir. Onlar düşünürlər ki, Azərbaycan Respublikası İranda yaşayan 30 milyondan çox türk üçün bir model halına gəlib. Ona görə də Türkmənçay müqaviləsinin pozulmasına dair söylənənlərin heç bir əsası yoxdur. Bu gün Azərbaycan Respublikasını bütün dünya tanıyıb. Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Türkmənçay müqaviləsi isə tarixdir. İran Türkmənçay müqaviləsini pozsa da, bundan Azərbaycana bir zərər görmürəm. Çünki Azərbaycan müstəqil dövlət kimi beynəlxalq qurumlarda təmsil olunur və artıq kifayət qədər özünün dövlətçilik ənənəsi var.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 769
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30