Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İKT sektoru davamlı inkişaf yolundadır
    Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu. Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi.



    Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin ilk xarici səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə İlham Əliyev ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi. Bu, regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinə başlandığını bəyan edən, yaxın on il üçün Milli Strategiyada müəyyənləşdirilmiş strateji xəttin icrasının həyata keçirilməsinə yönələn İlham Əliyev siyasətinin ilk təzahürü oldu. Bunun ardınca dövlət başçısı Milli Strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı (Elektron Azərbaycan)" təsdiq etdi.
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sahə üzrə məsul dövlət qurumu və Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də  sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etdi.
    Ümummilli liderin imzaladığı Milli Strategiya ilə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsini davam etdirmək məqsədilə 2010-2012-ci illər üçün ikinci "Elektron Azərbaycan" Dövlət Proqramı təsdiq edildi və bu, İKT-nin inkişafı və geniş tətbiqi istiqamətində uğurlu addım oldu. Hazırda "Elektron Azərbaycan" Dövlət Proqramı ilə yanaşı, İKT-nin müxtəlif sahələrdə geniş istifadəsini nəzərdə tutan 20-yə yaxın Dövlət Proqramı uğurla həyata keçirilməkdədir.

    İKT sahəsi hüquqi baxımdan
    modernləşdirilir


    İKT sahəsinin hüquqi baxımdan modernləşdirilməsi istiqamətində davamlı islahatlar həyata keçirilmiş və dünya standartlarına cavab verən güclü qanunvericilik bazası formalaşdırılmışdır. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, onlardan irəli gələn bir çox qaydalar və digər normativ sənədlər hazırlanaraq təsdiq edilmişdir.

    "Elektron hökumət"in
    formalaşdırılması


    Həyata keçirilən işlərin vacib tərkib hissəsi kimi,  yuxarıda qeyd olunan dövlət proqramlarına, həmçinin "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"na əsasən, dövlət orqanlarının informasiyalaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, o cümlədən geniş elektron hökumət layihələri həyata keçirilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bu yaxınlarda RİTN tərəfindən elektron imzanın istifadəsi üçün Milli Sertifikat Xidmətləri Mərkəzi istismara verilmiş və ölkədə elektron imzanın tətbiqinə başlanılmışdır.
    Bu gün təhsil, səhiyyə, ədliyyə, daxili işlər, gömrük, vergilər, sosial müdafiə və digər sahələrdə tətbiq edilən informasiya sistemləri, reyestrlər və s. informasiya resursları dövlət orqanlarının vətəndaş və təşkilatlarla münasibətlərini sadələşdirmiş, onlara müasir xidmətlərin göstərilməsinə şərait yaratmışdır.  "Elektron hökumət"in mühüm tərkib hissəsi olan "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri"nin formalaşdırılması, elektron bəyannamələrin, elektron hesab fakturaların, ali təhsil məktəblərinə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması  və s. deyilənlərə əyani misaldır. Artıq Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və bəzi digər qurumlar mərkəzlə bölgələrdəki struktur bölmələri arasında informasiya mübadiləsi şəbəkələrinə malikdirlər. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara "elektron sağlamlıq kartları" verilir, müxtəlif xəstəliklər üzrə tibbi elektron reyestrlər yaradılır.
    Dövlət Sosial Müdafiə Fondu sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində müasir İKT həllərini müvəffəqiyyətlə tətbiq edir. Təqdirəlayiqdir ki, ölkəmiz seçki prosesini internet vasitəsilə birbaşa yayımlayan ilk ölkələrdən biridir.
    Ölkə başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması prosesinin daha geniş vüsət almasına  təkan vermişdir. Bu fərman İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi ilə vətəndaş - dövlət münasibətlərinin yeni müstəvidə qurulmasında, şəffaflığın təmin olunmasında, korrupsiya və bürokratik əngəllərin aradan qaldırılmasında  mühüm rol oynayır.        

    "Elektron məktəb" layihəsi


    Xüsusilə təhsil sistemində İKT infrastrukturunun və təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının inkişaf etdirilməsi prioritet məsələyə çevrilmişdir. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın (2005-2007-ci illər)" həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərində 40000 ədədə yaxın kompyuter və şəbəkə avadanlıqları quraşdırılmışdır. Əgər 2004-cü ildə 1062 şagirdə 1 kompyuter düşürdüsə, hazırda hər 20 şagirdə 1 kompyuter nisbəti təmin edilmişdir. Sevindirici haldır ki, Azərbaycanda elektron avadanlıqların istehsalı ilə məşğul olan yerli "Kür" MMC şirkəti bu işlərdə fəal iştirak etmişdir. Bu sahədə mühüm addımlardan biri kimi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın qəbulunu qeyd etmək lazımdır. Bu proqram çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsi - AZEDUNET yaradılmışdır və hazırda 1100 ümumtəhsil müəssisəsi bu şəbəkə vasitəsilə yüksəksürətli internetlə təmin olunmuşdur. Təhsil sektorunun müasir texnoloji standartlara cavab verən İnformasiya və Resurs Mərkəzi  formalaşdırılmışdır və 30-a yaxın təhsil müəssisəsində elektron təhsil texnologiyalarının istifadəsini nəzərdə tutan "Elektron məktəb" layihəsi uğurla həyata keçirilməkdədir.

    İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu


    İKT sahəsində milli kadrların hazırlanması məsələsi daim diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmaq üçün RİTN-də "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" yaradılmışdır. Fond tərəfindən dünyanın nüfuzlu informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmış və "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, xaricdə təhsil almaq üçün 150-dən çox tələbəyə dəstək verilmişdir. 
    Dövlət siyasətinin tərkib hissəsi kimi artıq İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulur, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir. Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişlər.
    Ölkədə özəl İKT sektorunun inkişafının dəstəklənməsi istiqamətində yürüdülən siyasət nəticəsində bu sektora yeni sabit və mobil şəbəkə operatorları, İKT məhsulları istehsalçıları və yayım şirkətləri daxil olmuş, inkişaf üçün sağlam rəqabət mühiti yaradılmışdır. Bunun təzahürüdür ki, 1991-2011-ci illərdə İKT bazarında özəl sektorun xüsusi çəkisi 80 faizə çatmışdır .
    Ümumilikdə telekommunikasiya infrastrukturu üzrə bir sıra mühüm  nailiyyətlər əldə olunmuşdur. İnkişaf dinamikası göstərir ki, 1991-2011-ci illər ərzində İKT sektorunun gəlirlərinin həcmi  140 dəfədən çox  artmış, sektora 1,8 milyard  ABŞ  dollarına yaxın investisiya  qoyulmuşdur.

    Azərbaycan əhalisinin 55-60 faizi
    internet istifadəçisidir


    Həyata keçirilən tədbirlər çərçivəsində  hazırda Azərbaycan əhalisinin 55-60 faizi internet istifadəçisidir. İnternet istifadəçilərinin təxminən yarısı isə genişzolaqlı internet xidmətlərindən istifadə edir. Bu, ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.
    Ölkənin bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələr qurulmuşdur.  Bunlara misal olaraq, "AzDataCom",  "Deltatelekom" "Azərtelekom" və s. göstərmək olar. Beynəlxalq internet kanallarının ümumi tutumunun 40Gb saniyə çatdırılması ölkədə internetin inkişaf konsepsiyası çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsi idi. Sevindirici haldır ki, həyata keçirilən tədbirlər sayəsində bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir.
    Son illər informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışın təmin olunması, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, elektron hökumətin formalaşdırılması qarşıda duran prioritet vəzifələrdir və onların həlli üçün məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Ölkədə informasiya texnologiyaları məhsulları istehsalının və ixrac potensialının  artırılması və bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi, yeni texnologiyaların tətbiqi və xarici investisiyaların cəlb olunmasının təşviqi, informasiya- kommunikasiya texnologiyaları sahəsində dinamik və sürətli inkişafın təmin edilməsi məqsədilə kompleks tədbirlərin yerinə yetirilməsi üzrə təkliflər paketi hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunmuşdur. Hazırda buna müvafiq icra hakimiyyəti strukturlarında baxılır. Təkliflər paketində İKT sahəsi üzrə ixtisaslaşmış investisiya fondunun yaradılması, vergi-gömrük güzəştlərinin tətbiqi və bir sıra digər mühüm tədbirlər nəzərdə tutulmuşdur.

    İnfrastrukturun modernləşdirilməsi


    Ölkəmizdə yüksək texnolojitutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bunun üçün  bir neçə perspektiv layihələr üzrə iş görülür. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region dövlətlərinə xidmətlər göstərməyə imkan verərək kosmik sənayenin inkişafı üçün əlverişli şərait yarada bilər. 
    Prezident  İlham Əliyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq 2009-cu ilin avqustunda "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etmişdir. Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək ilk telekommunikasiya peykimizin buraxılması 2012-ci ilin sonuna planlaşdırılır. Hazırda Yerüstü peyk idarəetmə mərkəzinin, eləcə də Naxçıvan MR ərazisində nativ peyk idarəetmə mərkəzinin yaradılması istiqamətində iş aparılır.
    Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların keyfiyyətli və səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsini və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi" nəzərə alaraq Azərbaycanın  "Trans-Avrasiya Super İnformasiya Magistralının" (TASİM) yaradılması təşəbbüsü ilə çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür. Avrasiya regionunda "rəqəmli fərqliliyi" aradan qaldırmaq və ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 64-cü sessiyasında bu barədə 21.12.2009-cu il tarixli 64186 nömrəli qətnamənin yekdilliklə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə - yoxsulluğun və savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə də Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanmışdır. Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir.
    Dünya İqtisadi Forumunun "The Global İnformation Technology Report 2010-2011" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness İndex) dünyanın 138 ölkəsi arasında 70-ci yerdə olmuşdur. 2004-cü ildən etibarən İKT sektorunda beynəlxalq əməkdaşlıq istiqamətindəki fəaliyyətində yeni yanaşmalar və metodlar tətbiq edilmiş, RİTN və tabe qurumların ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə - çoxtərəfli platformalarda əlaqələri qurulmuş, sahə üzrə nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeləri möhkəmləndirilmişdir. RİTN və dünya ölkələrinin aidiyyəti qurumları ilə 70-dən çox beynəlxalq səviyyəli sənəd imzalanmışdır.
    Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabladığı "İKT qiymət səbəti" göstəricisi üzrə Azərbaycan 2009-cu ildəki 99-cu yerdən 2010-cu ildə 46 pillə irəliləyərək 53-cü yerə yüksəlmişdir. BTİ-nin hesabatında 2006-2010-ci illərdə İKT-nin inkişaf dinamikasına görə Azərbaycan dünyanın ilk 10 ölkəsi sırasında olmuşdur.
    BTİ-nin "Measuring the İnformation Society - 2011" adlı hesabatında  isə Azərbaycan "İKT inkişaf indeksi" üzrə əvvəlki hesabatla müqayisədə 9 pillə irəliləyərək 2010-cu ildə 152 ölkə arasında 74-cü yeri tutmuşdur.
    Göründüyü kimi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız təbii ehtiyatlar məkanı kimi deyil, eyni zamanda, yüksək texnologiyalara və biliyə əsaslanan iqtisadiyyata keçid yolunda inamla irəliləyən bir ölkə kimi də dəyərləndirir. Bu məqsədlə xarici ölkə rəsmilərinin və investorlarının ölkəmizin İKT sektoruna marağı  artmaqdadır. Bu baxımdan, respublikamızda 15 ildən artıqdır ki, keçirilən "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı müstəsna rol oynayır. "Bakutel"in son illər Prezident İlham Əliyevin nəzarəti altında və şəxsi iştirakı ilə keçirilməsi tədbiri həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəyə çıxarmış, respublikamızın geosiyasi və iqtisadi maraqlarının qlobal miqyasda təmin olunması üçün platforma kimi formalaşdırmışdır.
    Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təbii ehtiyatların yaratdığı imkanlardan istifadə edərək yüksək texnologiyalara əsaslanan cəmiyyətin qurulması təşkil edir. Ölkə prezidentinin İKT sektorunu enerji sektorundan sonra ikinci prioritet sahə elan etməsini heç də təsadüfi qiymətləndirməyən yerli və xarici ekspertlər sürətli inkişaf tempinə görə bu sahəni ölkə iqtisadiyyatının əsas lokomativi hesab edir və beləliklə, bu sektorun gəlirlərinin 2025-ci ildən başlayaraq ölkənin neft gəlirlərini üstələyəcəyi haqqında fikirlər bildirirlər. Uğurla həyata keçirilən yeni neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.
    Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam gerçəkləşəcək və Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaqdır.


    Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 452
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30