Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nəsir İmanquliyev- 100
    Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” mövzusunda konfrans keçirildi.

    Tanınmış ictimai xadim, jurnalist və publisist, professor Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirdi ki, görkəmli alimi səciyyələndirən başlıca xüsusiyyətlərdən biri onun hadisə və proseslərə məxsusi baxış bucağının olması idi.

    Qurucusu olduğu “Bakı”-“Baku” qəzetlərində yaratdığı mühit o dövrün jurnalistikasının iş prinsipləri baxımından yenilik sayılacaq operativlik üzərində qurulmuşdu. Tezliklə bu nəşr Azərbaycanın ən çox tirajlı qəzetinə çevrildi ki, burada N.İmanquliyevin novatorluğu mühüm rol oynadı. “Nəsir müəllim gözəl pedaqoq kimi də tanınırdı. Düşünürəm ki, bu barədə məclisimizdə əyləşən veteran jurnalistlər, tələbələri, onunla birgə çalışmış insanlar ətraflı məlumat verəcəklər. Sadəcə onu deyim ki, Nəsir müəllim özündən sonra neçə-neçə dəyərli jurnalist nəslinin yetişməsində həm bir pedaqoq, həm də redaktor, rəhbər kimi böyük rol oynamaqla bütövlükdə ölkə jurnalistikasının inkişafına müstəsna xidmət nümunəsi ilə yaddaşlardadır. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sənəd böyük ustadın xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, onun həyat və yaradıcılığının təbliğini nəzərdə tutan tədbirlərin təşkili məsuliyyətini də müəyyənləşdirir. Ümid edirəm ki, konfransımız görkəmli jurnalistin xatirəsinə ehtiram əlaməti kimi həmin etimada layiq toplantılardan biri olacaqdır”,- deyə o vurğulayıb.

    Yubilyar haqqında xatirələr söyləyəcək
    çox adamlar var


    Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli N.İmanquliyevin həyat və yaradıcılığı ilə bağlı məruzəsinə başlamazdan öncə bildirib ki, yubilyar haqqında xatirələr söyləyəcək çox adamlar var. “Burada onun barədə məruzə səsləndirməyimdə isə haradasa bir qanunauyğunluq görürəm. Çünki Nəsir müəllim uzun müddət hazırda rəhbərlik etdiyim jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsini tutub. Tələbələrə özünün də müəllifi olduğu jurnalistika prinsiplərini öyrədib. Klassik müəllimlər var ki, onlar hamının müəllimləridir. Nəsir İmanquliyev şəxsiyyəti bütün varlığı ilə bu adın daşıyıcısıdır”.
    N.İmanquliyevin həyat və yaradıcılığı ilə bağlı geniş faktik məlumatlar verən C.Məmmədli yubilyarın prinsipiallığından, məxsusi fəaliyyət dəsti-xətti ilə seçilməsindən, əməksevərliyindən, zəhmətkeş adamları yüksək qiymətləndirən rəhbərlik keyfiyyətlərindən xüsusi söhbət açıb. Professor C.Məmmədli Nəsir müəllimin gözəl ailə başçısı olduğunu da deyərək Azərbaycan elminin inkişafında böyük rolu olan şərqşünas alim Aida İmanquliyeva kimi şəxsiyyətin formalaşmasında həmin ailənin daşıdığı ziyalılıq dəyərlərinə diqqət çəkib.
    Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycan dövlətinin bütün sahələrdə böyük xidmətləri olmuş şəxslərin irsinin gənc nəslə çatdırılmasına, xatirələrinin əbədiləşdirilməsinə hər zaman diqqət göstərdiyini bildirib. N.İmanquliyev də ömrünü-gününü jurnalistikaya sərf edən, peşənin məziyyətlərinə qatlaşan alimlərimizdən olub. “Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin görkəmli alimin 100 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamında deyildiyi kimi, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamışdır. Nəsir müəllimin qurucusu olduğu “Bakı” “Baku” qəzetləri 37-ci ilin represiyalarını görmüş cəmiyyət üçün söz azadlığı, fərqli üslub və peşəkarlıq xüsusiyyəti baxımından mühüm mənbə, Həsən bəy Zərdabi ənənələrini yaşadan məktəb olmuşdur”,- deyə o vurğulayıb.

    Nəsir müəllim gənclərə
    qayğı ilə yanaşırdı


    Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov çıxışına yubilyarla ilk tanışlığı vaxtlarından söhbət açmaqla başlayıb. N.İmanquliyevi səmimi, qayğıkeş insan kimi xarakterizə edən ustad jurnalist bu keyfiyyətlərin özünün də böyük məramdan irəli gəldiyinə diqqət çəkib. “Bilirsiniz, hər kəs öz işində vətənpərvər olmalıdır. Vətənpərvərlik təkcə mövcud quruluşu, hakimiyyəti tənqid etməklə məhdudlaşmır. Gərək işinlə əməlinin vəhdətinə nail olasan. Nəsir müəllim gənclərə qayğı ilə yanaşırdı. Həmin qayğıdan mən də faydalanmışam. O, nə üçün belə edirdi? Çünki millətinin gələcəyini düşünürdü. Gələcəyi parlaq etmək üçün gənclərə etimad göstərir, öyrədir və onları bir növ, cığıra salırdı. Nəsir müəllim gələcək üçün müəllimlər yetişdirirdi. O adamda Azərbaycanın müstəqillik dövrünün ruhunu dirçəltmək istəyi var idi. Həmin ruh yaratdığı və uzun illər ayaqda saxladığı qəzetlərdə yaşadı”,- deyən Ş.Hüseynov dəfələrlə N.İmanquliyevin yubileylərinin keçirilməsi istəklərinin uğursuzluqla üzləşdiyini vurğulayıb və hazırda görkəmli alimin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını böyük hadisə kimi dəyərləndirib.

    “Bakı”-“Baku” qəzetləri
    Azərbaycan mətbuatı tarixində parlaq iz buraxdı


    Uzun müddət Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru işləmiş, N.İmanquliyevlə birgə “Bakı”-“Baku” qəzetlərində çalışmış, veteran jurnalist Şamil Şahməmmədov çıxışını yubilyara müraciət üzərində qurub. N.İmanquliyevin işə həddən artıq tələbkar yanaşdığını deyən Ş.Şahməmmədov ərsəyə gətirdiyi nəşrlərin Azərbaycan mətbuatı tarixində parlaq iz buraxdığını vurğulayıb. O, “Bakı”-“Baku”nun əvvəllər kiçik formatla çıxdığını bildirərək Nəsir müəllimin böyük zəhməti hesabına həm mətbu orqanın böyük formata keçməsinin və rusca çıxmasının təmin olunduğunu, həm də 1963-cü ildən axşam qəzeti kimi də fəaliyyətə başladığını deyib. “Həmin vaxtlar qəzet həftədə 6 dəfə çıxırdı. 1 milyonluq Bakı şəhərinin həyatı nəşrdə geniş şəkildə əksini tapırdı. Hazırda paytaxtımızın əhalisinin sayı 3 milyondur. “Bakı” qəzeti isə ayda 1 dəfə işıq üzü görür. Bu, çox pis haldır”,- deyən Ş.Şahməmmədov əlaqədar qurumları nəşrin fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə çağırıb.

    Nəsir müəllim jurnalistikamıza
    bir çeviklik gətirdi


    Azərbaycanın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov çıxışında diqqəti ölkədə bir dənə də olsun axşam qəzetinin olmamasına yönəldib. O, “Bakı”-“Baku”nun işıq üzü gördüyü vaxtlarda keçmiş SSRİ-nin bir çox yerlərində axşam qəzetlərinin çıxmağa başladığını vurğulayıb. “Amma onların heç də hamısı uzun ömürlü ola bilmədi. Yalnız “Bakı”-“Baku” Nəsir müəllimin böyük əməyi sayəsində 30 il yaşamağı bacardı. Nəsir İmanquliyev bu qəzetlərdə yaratdığı dəst-xətlə jurnalistikamıza bir çeviklik gətirdi. Bu isə son dərəcə vacib amil idi”.
    “Bakı” qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, nəşrin redaktoru Ənvər Məşədiyev, həmçinin sabiq əməkdaşı Əliabbas Əlimədətoğlu çıxışlarında Nəsir İmanquliyevi rəhbər kimi səciyyələndirən cəhətlərdən geniş bəhs edərək onun həm universitet auditoriyalarında, həm də qəzet redaksiyasında jurnalist kadrların hazırlığını eyni ahənglə həyata keçirdiyini bildirdilər. Onlar həmçinin N.İmanquliyev irsinə hörmət əlaməti olaraq “Bakı” qəzetinin fəaliyyətinin gücləndirilməsini vacib sayıblar.

    “Bakı” axşam qəzetinin
    fəaliyyətinin bərpası təklifi 


    Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Nəsir Əhmədli bildirib ki, vaxtilə Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsində “Bakı”-“Baku” qəzetinin bağlanması barədə qərar qəbul olunmuşdu. Lakin Nəsir İmanquliyev şəxsiyyəti belə bir qərarın icrasına yol verməmişdi. Bu, o dövr üçün son dərəcə görünməmiş hadisə idi. “Nəsir müəllimlə bağlı müstəsna məqamlardan biri də bundan ibarət idi ki, o, eyni zamanda “Vətənin səsi” qəzetinin redaktoru idi. Bu nəşr gizli şəkildə Cənubi Azərbaycanda yayılırdı”,- deyən N.Əhmədli “Bakı” axşam qəzetinin fəaliyyətinin bərpası üçün ölkə rəhbərliyinə müraciət ünvanlamasını təklif edib.
    Qeyd edək ki, Nəsrulla İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olmuşdur. Onun mətbuatdakı ilk çıxışları tələbəlik illərinə təsadüf edir. Neft Texnikumunda oxuduğu vaxtlarda “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən müharibəsinin Krım cəbhəsinə göndərilmişdir. Burada o, “Döyüşən Krım” qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərmişdir. Bir il sonra arxa cəbhəyə göndərilərək “Kommunist” qəzetində məsul katib işləmiş və vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış etmişdir. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirmişdir.
    N.İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olmuşdur. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayrılmış və oxucular daim yeni informasiyalarla təmin edilmişdir. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər də geniş şəkildə işıqlandırılmışdır.


    Hacı Səid SEYİDZADƏ

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 735
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30