Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    MDB-nin Dinlərarası Şurasının iclasının yekun sənədi
    Biz, MDB ölkələrinin müsəlman, xristian, yəhudi və buddist icmalarının rəhbərləri xalqlarımız üçün narahatlıq doğuran bir sıra aktual məsələlərin həlli yollarını tapmaq üçün Yerevana toplaşmışıq.
    Əsas problemimiz müxtəlif cinayətlərin kökü və mənbəyi olan ictimai mənəviyyatın səviyyəsinin aşağı olmasıdır. İnformasiya mübadiləsi və yeni texnologiyaların böyük inkişafına baxmayaraq, cəmiyyətin mənəvi bərpası olmadan bu tərəqqinin insanlara bərpası mümkün olmayan ziyanlar vura biləcəyi şübhəsizdir.

    Mənəviyyatsızlıq və mənəvi ənənələrə laqeydlik həm fərdlərin və eləcə də cəmiyyətin bəzi qruplarının mənəvi azğınlığına gətirib çıxaracaqdır. Belə bir reqressiya etnik və din adı altında ekstremizm təzahürlərinin yaranması və təcavüzkar davranışlarla nəticələnir. Eyni zamanda, mədəniyyətlərin unifikasiyası cəhdləri insanlarda şəxsiyyət itkisinə və yaradıcılıq təməlinin məhvinə səbəb olur.
    Yaxın Şərq və Şimali Afrikada baş verənlərə nəzər saldıqda bir daha əmin oluruq ki, xalqların azadlıq uğrunda getdikcə artan təbii hərəkatı kənar ideologiya, siyasi və iqtisadi təsirlərlə əvəzlənsə, xaosa səbəb olacaq, tarixi azlıqların dini azadlıqlarının və insan hüquqlarının itirilməsilə nəticələnəcək.
    Eyni zamanda biz dini liderlər XXI əsrin bəlasına çevrilmiş terrorizmin məhz mənəvi prinsiplərin kənarda tutulmasının birbaşa nəticəsi olduğu qənaətindəyik. Günahsız insanları qətlə yetirən intiharçı və eləcə də terror aktı təşkilatçıları vəhşi əməllərindən öncə öz mənəviyyatlarını edam etmişlər.
    Şəxsi mənəviyyatın məhvindən sonra cəmiyyətin mənəviyyatının böhranı başlayır. Bir çox nümunələrdə bu prosesin şahidiyik. İnsanlar arasındakı əlaqələr dərinliyini itirir və mal-pul səviyyəsinə enir. Ənənəvi ailə düşüncəsi transformasiyaya uğrayır, nəticədə bu insan bağları eqoizm, səhlənkarlıq və fəsad ocağına çevrilir. Uşaqlar valideynləri yaşadığı halda yetim qalır, ailədə və məktəbdə mənəvi tərbiyədən məhrum olur, qəlbsiz bürokratiya aparatının ailə həyatına müdaxiləsi nəticəsində əqli və fiziki sağlamlıqlarını itirirlər. Bir çox media əməkdaşları cəmiyyətdə insanların qarşılıqlı asılılığını və onların bir-biri qarşısındakı məsuliyyətini dərk etmir. Bunun nəticəsində bir neçə qəzet və jurnallarda, ən əsası internet və radiolarda, xüsusilə də televiziyada çox ağır mənəvi iqlim yaranmışdır.
    Biz əxlaqla siyasətin əlaqələri barədə bir daha xəbərdarlıq etmək istəyirik. Bir çoxları siyasət və mənəviyyatın bir-birinə diametral ziddiyyət təşkil etdiyini düşünürlər. Həqiqətən, bu gün mühüm etik norma və ənənələri vacib hesab edən siyasətçilər azdır. Təəssüf ki, siyasətçilərin əxlaqsızlığı korrupsiya və səhlənkarlıq kimi dəhşətli cinayətlərə səbəb olur.
    Əminik ki, insanın mənəvi təməli yalnız fərdin rifah və xoşbəxtliyini müəyyən etmir, həm də bütün millətə uğur gətirir. Fərdi və ictimai mənəviyyatı istehsal və ya texnoloji vasitələri kimi daim inkişaf etdirmək və təkmilləşdirmək lazımdır.
    Dünya fəlakət vəziyyətindədir. Ekoloji və texnoloji fəlakətlər, qlobal iqtisadi böhran milyonlarla insanı kədər və ümidsizliyə məruz qoyur. Elmi və iqtisadi inkişafın bütün təkliflərinin ya qüsurları, ya da əks təsirləri var. Lakin, ümumi sülh və tərəqqi üçün əlverişli şərait yaradacaq bir səmərəli vasitə var ki, bu da mənəvi dirçəlişdir.
    Ümid edirik ki, XX əsr elmi və texnoloji inqilab əsri olduğu kimi, XXI əsr də mənəviyyat əsri olacaq. Bunun üçün xalqların özündə daşıdığı mənəvi ənənələrin unikal təcrübəsindən istifadə etmək lazımdır.
    Hesab edirik ki, dini liderlər xüsusi səy və təkidlə cəmiyyəti mənəvi kamilliyə dəvət etməlidir. Həmçinin ictimai müqavilələr səviyyəsində korrupsiya və ədalətsiz ticarət formalarına, cəmiyyətdə həyasızlıq və əxlaqsızlığa, spirtli içkilərdən və narkotik vasitələrdən istifadənin təbliğinə, həddi-buluğa çatmamış şəxslərin cinsi münasibət və pozğun əməllərinə qarşı dözümsüzlük göstərməliyik. Media, mədəniyyət və təhsilin vəziyyəti sistematik qiymətləndirilməlidir. Yaddan çıxarmamalıyıq ki, yalnız əbədi dəyişməz mənəvi qaydalar siyasət, iqtisadiyyat, milli və beynəlxalq həyatın bütün sahələrində əlaqələrin qurulmasında təməl rolunu oynamalıdır.
    Bir çox millətlərin milli xarakteri, həyat tərzi və təfəkkürünün dini motivli prinsiplərin təsiri altında formalaşdığını unutmayaq. Lakin fərqliliklərimiz sülh şəraitində yaşayıb və birlikdə hərəkət etməkdə bizə mane olmamalıdır. Bu günün çətin problemlərindən biri köçkünlərlə və yerli xalq, azlıqlarla və çoxluq arasında olan münasibətlərdir. Bir tərəfdən bəzən yeni məskunlaşmış şəxslər tərəfindən yerli ənənələrə hörmətsizlik edilir, digər tərəfdən bəzən yerli əhali tərəfindən radikal millətçilik halları baş qaldırır və ya ucuz və hüquqsuz miqrant əməyini istismar etmək istəyirlər. Belə hallarda, məişət və iqtisadi münaqişələrin etnik və dini xarakter almaması üçün qarşılıqlı məqbul qaydaların işlənib hazırlanmasına nail olmaq lazımdır. Dövlət, cəmiyyət və ticarət miqrantların yeni yaşayış yerinin əhalisinin dilini, mədəniyyətini və dini adət-ənənələrini öyrənməyə kömək etməlidir. Bizim cəmiyyətlər kömək etməyə hazırdır və bu yardımı da göstərirlər.
    İnanırıq ki, birgə səylərimiz və dinlərarası əməkdaşlıq dindarların mənafeyi naminə hər bir xalqın şəxsiyyət, ənənə və mədəniyyət ahəngdarlığını qorumağa yardım göstərərək inkişaf edəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 481
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30