Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şeyx İrəvanda oldu
    MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda iclası keçirildi. Görüşdə Rusiya, Azərbaycan və Ermənistan din xadimləri atəşkəs bölgəsində snayperlərin geri çəkilməsi və bir sıra məsələlərlə bağlı öz fikirlərini bölüşüblər. Görüş başa çatdıqdan sonra ölkəmizin bir sıra kanallarında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Yerevanda keçirilən tədbirdə çıxış etməyə başlarkən Ermənistan prezidenti Serj Sarkisyanın tədbiri nümayişkənarə şəkildə tərk etdiyi barədə xəbər yaydılar.

    Lakin bu xəbər verilən zaman informasiyanın mənbəyi və hara istinadən edildiyi göstərilmədi. İnformasiyanı dəiqləşdirmək üçün erməni xəbər agentliklərinə müraciət etsək də, bu xəbərlə bağlı hər hansı bir məlumat əldə etməyə müvəffəq olmadıq. Əksinə, erməni saytları QMİ rəhbərinin həm erməni katalikosu II Qaregenlə, sonra isə Ermənistan prezidenti ilə təkbətək görüşlərinin əks olunduğu informasiyaları və fotoları yaydılar. Bu informasiyanı Yerevanda keçirilən tədbirdə Şeyxülislam Hacı Allahşükür Paşazadəni müşayiət etmiş QMİ sədrinin müavini Hacı Sabir Həsənli də təsdiq edib. O, keçirdiyi mətbuat konfransında yerli telekanalların heç bir mənbə göstərmədən belə bir məlumat yaymalarının əsassız olduğunu vurğulayıb. Hacı Sabir Azərbaycan TV-lərində guya Allahşükür Paşazadə çıxış edərkən Ermənistan prezidentinin tədbir keçirilən zalı nümayişkaranə şəkildə tərk etməsi barədə yayılan xəbərin düzgün olmadığını açıqlayıb: “Sarkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşə gedirdi. Gedənə də dedi ki, biz görüşəcəyik. Sonra Şeyxülislam və Qareginlə görüşdü”.
    QMİ sədrinin müavini onu da deyib ki, bəzi mətbu orqanların və şəxslərin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin İrəvana səfər etməsi ilə bağlı qərəzli mövqe nümayiş etdirməsinə təəssüflənir. O bildirib ki, İrəvan səfərində məqsəd erməni tərəfi ilə görüşmək deyil, MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin toplantısında iştirak etmək olub. Hacı Sabir Aleksandr Atanın da A.Paşazadə ilə birlikdə səfərdə iştirak etdiyini söyləyib. S.Həsənlinin fikrincə, yaxın zamanlarda münaqişənin həllinə yol açıla bilər: “Mən orda ayrı-ayrı adamlardan soruşurdum ki, bu sizə lazım idimi? Deyirdilər yox. Onlarda bir peşmançılıq gördüm. Özləri böyük layihələrdən, o cümlədən Bakı-Tiflis-Ceyhan layihəsindən kənarda qaldıqlarını etiraf edirdilər”.
    Hacı Sabir həmçinin Azərbaycan və Ermənistanın dini liderləri Allahşükür Paşazadə və II Qareginin növbəti görüşlərindən biri döyüş bölgəsində keçiriləcəyini də deyib. O bildirib ki, bu barədə razılıq səfər zamanı əldə edilib. S.Həsənli görüş vaxtının hələlik dəqiqləşmədiyini söyləyib. Qeyd edək ki, QMİ sədri İrəvanda səfərdə olarkən bu şəhərin mərkəzində yerləşən tarixi Cümə məscidini ziyarət edib. O bildirib ki, XVIII əsrin yadigarı olan bu Azərbaycan məscidi hazırda İrəvanda yaşayan və işləyən müsəlmanların ibadətgahı kimi fəaliyyət göstərir: “Hazırda bu məsciddə əsasən İran azərbaycanlıları namaz qılırlar. Onlar İrəvanda işgüzar səfərdə olan və yaşayan şəxslərdir”. A. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyəti məsciddə namaz qılıb.
    ”Rusiya, Azərbaycan və Ermənistan din xadimlərinin görüşündə Dağlıq Qarabağla bağlı müzakirələr zamanı Moskva və bütün Rusiya Patriarxı II Aleksi Azərbaycanın mövqeyini dəstəkləyirdi”. Hacı Sabir Həsənli bildirib ki, üçtərəfli görüşdə əsirlərin qaytarılması da müzakirə olunub və qeyd edilib ki, heç bir tərəfdə əsir saxlanılmasın. “Bu məsələdə də II Aleksi Azərbaycanın irəli sürdüyü bütün təklifləri dəstəkləyib”,- deyə S.Həsənli vurğulayıb.
    QMİ sədr müavininin sözlərinə görə, görüşdə vurğulanıb ki, din xadimlərinin üzərinə düşən missiya sülh çağırışıdır. “Görüşdə Şeyxülislam Allahşükür Paşazadə bu görüşlərin davam etməsi təşəbbüsünü irəli sürüb və bildirib ki, qarşılıqlı razılıq əsasında döyüş bölgələrinin birində dini xadimlərilə görüş keçirilsin”,- deyə o, əlavə edib

    Sərkisyan Allahşükür Paşazadəyə təşəkkür edib


    “Qarabağ münaqişəsi dini xarakter daşımır və ona dini çalar vermək üçün edilən bütün cəhdlər səmərəsizdir. İmkan vermək olmaz ki, kimsə xalqlarımızın iman gətirdiyi iki böyük dini- İslam və xristianlığı bir-birinə qarşı qoysun”. Bu sözləri İrəvanda keçirilən MDB-nin Dinlərarası Şurasının konfransında çıxış zaman prezident Serj Sərkisyan bildirib. 
    Konfransın “İnsanlıq tarixinin əsasını qoymuş Nuhun torpaqlarında” adıyla keçirildiyini deyən Sərkisyan bildirib ki, dini dəyərlərin saxlanması və nəsildən–nəslə ötürülməsində bütün dini icmaların böyük əməyi olub. Qarabağ münaqişəsi ilə bağlı danışan Sərkisyan “Qarabağ problemi bizim böyük ağrımızdır” deyib.
    Sərkisyan bildirib ki, münaqişənin yeganə real həll yolu onun ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll edilməsindən keçir.  “Bu çətin problemlə bağlı danışıqlar dözüm və prinsipiallıq tələb edir. Bizim prinsipial mövqeyimizə gəlincə, hesab edirik ki, Qarabağ münaqişəsi dini xarakter daşımır”-deyə Ermənistan dövlət başçısı qeyd edib.
    Çıxışının sonunda Sərkisyan tədbirdə iştirak edən Qafqaz Müsəlmanları idarəsinin sədrihacı Allahşükür Paşazadə ilə erməni katalikosu II Qaregin arasında dialoqu alqışladığını və Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərə görə təşəkkür etdiyini bildirib.

    Münaqişə sülh danışıqları ilə həll edilməlidir


    “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin nativi yoxdur. Münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində aparılan sülh danışıqları ilə həll edilməlidir”. Bu barədə erməni katalikosu II Qaregin İrəvanda MDB-nin Dinlərarası Şurasının konfransında çıxışı zamanı bildirib.
    Qaregin deyib ki, Ermənistan hakimiyyəti öz qonşuları ilə sülhə və əməkdaşlığa hazır olduğunu  bəyan edib.  Qaregin Qarabağ münaqişəsinin həllinə yardım edə biləcək Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin planlaşdırılan üçtərəfli görüşünün baş tutacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, müasir dünya yeni təhlükə olan qloballaşma, iqtisadi böhran, Yaxın Şərqdə baş verən hadisələrlə üz-üzə qalıb. Bütün bu hadisələr mənəvi dəyərləri təhlükə altına alıb. Bunun üçün Qaregin dini liderlərin əməkdaşlığının vacib olduğunu qeyd edib.
    “Münaqişələrin həlli yollarını bir yerdə axtarmalıyıq”,-deyə Qaregin bildirib.

    Şeyx BMT qətnamələrinin yerinə yetirilməməsinə təəssüf etdiyini bildirib


    Qafqaz Müsəlmanları İdarə Heyətinin sədri Allahşükür Paşazadə dini imkanların xalqların və dövlətlərin xeyrinə tam istifadə etmək üçün, siyasi liderlər arasında dialoqun qaydaya salınmasında tədbirin əhəmiyyətini vurğulayaraq, münaqişələrin həlli üçün töhfə verməyin vacib olduğunu deyib. QMİ-nin sədri ATƏT-in Minsk qrupu ölkələrinin həmsədrlərinin və Ermənistan, Azərbaycan prezidentlərinin səylərinə dəstəyini qeyd edib. A.Paşazadə, həmçinin BMT qətnamələrinin yerinə yetirilməməsinə təəssüf etdiyini və Minsk qrupunun səylərinin hələ ki, heç bir real nəticə vermədiyi vurğulayıb: “Səyləri davam etdirmək və dini xadimlərə yardım etmək lazımdır”.
    Daha sonra isə konfliktin sülh yolu ilə həllinə yönələn bütün səyləri alqışladığını bildirib. Dini lider bu kontekstdə Bütün Rusiya və Moskvanın patriarxının hamiliyi ilə üçtərəfli görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, görüşlər nəticəsiz olmayıb. Belə ki, onların sayəsində əsirlərin dəyişdirilməsi, münaqişənin dinlər arası münaqişəyə çevrilməsinin qarşısı alınıb.

    Üçtərəfli görüşün qısa və uğurlu olub


    Kiril MDB Dinlərarası Şuranın İrəvanda keçirilən konfransı çərçivəsində erməni katalikosu II Qaregin, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və arasında üçtərəfli görüşün qısa və uğurlu olduğunu bildirib. “Razılaşdığımız və qəbul etdiyimiz deklarasiyanın mətni hazırlandı. Hər üç tərəf Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq olduğunu deyərək bəyan edirlər ki, münaqişə beynəlxalq hüquq prinsipləri əsasında həll edilməlidir”.
    Kiril həmçinin qeyd edib ki, tərəflər ATƏT-in Minsk Qrupunu səylərini dəstəkləyiblər. “Biz atəşkəs rejiminin dəstəklənməsinin vacibliyindən danışırıq. Biz bu gün həmçinin hərbi əsirlərin və həlak olanların cəsədlərinin qaytarılması məsələsini müzakirə etdik. Biz hər iki ölkənin rəhbərliyinə israrla müraciət edərək cəbhə xəttindən snayperlərin çıxarılamsını istəyirik”-deyən patriarx bildirib ki, onlar Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlar prosesində iştirakını dəstəkləyirlər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 541
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30