Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    "Hücumçu diplomatiya siyasəti əlverişli nəticələr verməkdədir"
    Ziyafət Əsgərov: "Azərbaycan iqtisadi sahədə əldə etdiyi uğurlarla Ermənistanı sülhə məcbur edir"

    Artıq 2009-cu il arxada qaldı. İndi hamı köhnə ilə yekun vurub yeni illə bağlı gözləntilərini dilə gətirir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da geridə qalan 2009-cu ilin Azərbaycan üçün uğurlu keçdiyi qənaətindədir.

    - Ziyafət müəllim, 2009-cu ildə baş vermiş mühüm hadisələr sırasından hansıları qeyd edərdiniz?

    - Əlbəttə, ötən il prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi sahədə mühüm nailiyyətlərin əldə olunması ilə yadda qalıb. Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inkişaf edir. Hər bir xalqın inkişafının əsas şərtlərindən biri strateyi yolun dəqiq müəyyən edilməsidir. Azərbaycanın inkişaf strategiyası ümummilli liderimiz tərəfindən çox dəqiq müəyyən edilib və bu gün möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə quruculuq işləri həyata keçirilməkdədir. Yalnız 2009-cu ilin hadisələrinə nəzər salsaq, əldə olunmuş uğurların miqyasını aydın şəkildə görə bilərik. Bəli, bu uğurlar əvvəlki illərdə əsası qoyulmuş siyasi-iqtisadi islahatların məntiqi nəticəsidir. Heç də təsadüfi deyil ki, Azərbaycan islahatlar aparılması baxımından dünyada ən öncül yerlərdən birini tutur və beynəlxalq təşkilatlar Azərbaycanı ən islahatçı ölkə hesab edirlər. 2009-cu ilin mühüm nailiyyətlərindən danışmazdan öncə biz 2008-ci ilin yekunlarına diqqət yetirək. 2008-ci ildə prezident İlham Əliyev xalqımızın böyük dəstəyi ilə yenidən prezident seçildi. Cənab prezident növbəti illərdə görəcəyi işlər haqqında hələ seçki kampaniyası çərçivəsində bəyan etmişdi. 2009-cu ildə də bu işlərin bir qismi artıq tamamlandı.

    2009-cu ilin ən mühüm hadisələrindən biri şübhəsiz ki, martın 18-də keçirilmiş referendumdur. Bildiyiniz kimi, bu referendumda xalqın böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərin lehinə səs verdi. Hər bir ölkənin inkişafında, dövlətçilik sütunlarının möhkəmlənməsində Konstitusiya mühüm rol oynayır. Ona görə də Ana Qanunda zamanın tələblərinə uyğun müəyyən dəyişikliklərin edilməsi vacibdir. Konstitusiyaya edilən dəyişikliklər də bu zərurətdən doğur. Bununla yanaşı, deməliyəm ki, 2009-cu ildə Milli Məclisdə çox mühüm əhəmiyyət kəsb edən qanunlar qəbul edildi. Bu qanunlar prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların bazasının möhkəmləndirilməsinə xidmət edir. Bu gün bilirsiniz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı proqram həyata keçirilir, regionlar inkişaf edir, elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahələri üzrə yüksək nailiyyətlər əldə olunmaqdadır. Bunlara müvafiq olaraq, Milli Məclis də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Parlamentdə qəbul olunmuş qanunları ümumiləşdirsək, iqtisadi xarakterli qanunların çoxluq təşkil etdiyinin şahidi olarıq. Azərbaycanın 2009-cu ildə beynəlxalq aləmdə nüfuzu daha da artdı. Ölkəmizin birbaşa əlaqələr yaratdığı dövlətlərin sırası ildən-ilə genişlənməkdədir, mövcud olan əlaqələr isə daha da möhkəmlənir. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlarda da mövqeyini daha da möhkəmləndirib, ölkəmizin bu təşkilatlarda təmsilçiliyi yüksək səviyyədə təmin olunub.


    - Ölkəmizin beynəlxalq əlaqələrindən söz düşmüşkən, istərdik ötən ili parlamentlərarası əlaqələr baxımından da dəyərləndirəsiniz...

    - Ölkəmizdə həyata keçirilən siyasətin strateyi və taktiki istiqamətləri prezident İlham Əliyev tərəfindən müəyyənləşidirilib. Konstitusiyamızda ölkəmizi beynəlxalq münasibətlərdə daha yüksək səviyyəyə qaldıran müddəalar var. Bayaq da qeyd etdiyimiz kimi, 2009-cu ildə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməsini sübuta yetirən çoxlu sayda fakt var. Bu istiqamətdə Milli Məclis tərəfindən də mühüm addımlar atıldı. Bu gün biz bir sıra beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüyük. Birləşmiş Millət Təşkilatı, ATƏT, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası, İslam Konfransı Təşkilatı, NATO Parlament Assambleyası, Beynəlxalq Parlament İttifaqı, GUAM ölkələri Parlament Assambleyası və sair təşkilatlarla yüksək səviyyədə əməkdaşlığımız təmin olunub. Bu təşkilatlarda fəaliyyətimiz təqdirəlayiqdir və burada qəbul olunan qərarlara Azərbaycan öz təsirini göstərə bilib. Bilirsiniz ki, məhz Azərbaycanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradıldı. Bunu da ötən ilin mühüm hadisələri sırasında qeyd edə bilərik. Parlamentlərarası əlaqələrə nəzər salsaq, ilk olaraq onu qeyd etməliyəm ki, Milli Məclisdə çoxsaylı ölkələrlə əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir.


    - Bəs Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları necə dəyərləndirmək olar?

    - Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və baxmayaraq ki, 1994-cü ildə atəşkəs imzalanıb, Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə və ATƏT-in sənədlərinə əməl etmədiyinə görə, biz faktiki olaraq, müharibə vəziyyətindəyik. İlham Əliyevin də bəyan etdiyi kimi, hazırda Azərbaycan dövlətinin yeganə problemi məhz Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də Azərbaycan bütün imkanlarını bu münaqişənin həllinə nail olmaq üçün səfərbər edib. Prezident İlham Əliyev çox uzaqgörən, elmi əsaslara söykənən, dəqiq, məntiqli siyasət həyata keçirərək Ermənistanı diplomatik cəbhədə seytnot vəziyyətinə salıb. Milli Məclisin beynəlxalq səviyyədə fəaliyyətində də məhz bu istiqamət mövcuddur. Biz bütün beynəlxalq təşkilatlarda fəaliyyətimizi Dağlıq Qarabağ həqiqətlərinin qəbul olunmasına, Ermənistanın işğalçılıq fəaliyyətinin ifşa olunmasına, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəltmişik. Bu işdə də müəyyən nailiyyətlərin əldə olunduğunu söyləyə bilərik. Yeri gəlmişkən, qeyd edim ki, 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da böyük intensivlik müşahidə olundu. Bilirsiniz ki, Azərbaycan və Ermənistanın dövlət başçıları il ərzində 6 görüş keçirdilər. Bu intensivliyin növbəti ildə də davam etdirilməsi vacibdir. Mən hesab edirəm ki, əgər danışıqlar bu intensivliklə davam etdirələrsə və təbii ki, Ermənistan öz ədalətsiz mövqeyindən geri çəkilərək, sülhə nail olmağa razılıq verərsə, sülh danışıqlarında yekun həll gözləmək olar.


    - Ziyafət müəllim, bu gün Azərbaycanda iqtisadi, sosial, siyasi sahədə mühüm keyfiyyət və kəmiyyət dəyişiklikləri müşahidə edilməkdədir. Sizcə bu dəyişikliklər ölkəmizdə keçid dövrünün başa çatmasının göstəriciləridir?

    - Əlbəttə. Təsadüfi deyil ki, artıq prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatdığını qeyd edib. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatında böyük dəyişikliklər baş verib. Bu gün Azərbaycan sürətlə inkişaf edərək, inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır. Keçid dövrü və onun əlamətləri son 6-7 il ərzində həyata keçirilən siyasət nəticəsində tamamilə aradan qaldırılıb. Azərbaycan xarici iqtisadi siyasətdə "açıq qapılar" siyasəti həyata keçirir. Bunun sayəsində Azərbaycana dünyanın ən nəhəng şirkətləri sərmayə qoymağa maraq göstərir və Azərbaycan iqtisadi baxımdan cəlbedici ölkə hesab olunur. Bu gün Azərbaycanda yüzlərlə xarici şirkət fəaliyyət göstərir və onların böyük əksəriyyətinin məhz qeyri-neft sektoruna sərmayələr yatırması sevindiricidir. Təbii ki, bu, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir. Mən iqtisadi nailiyyətlərdən danışarkən, bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadi sahədə əldə etdiyi uğurlarla Ermənistanı sülhə məcbur edir. Hücumçu diplomatiya siyasəti əlverişli nəticələr verməkdədir. Bu gün Azərbaycan regionun əsas aparıcı ölkəsidir və ölkəmizin iştirakı olmadan heç bir layihə reallaşdırıla bilməz.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 655
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30