Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Avropada islamofobiya güclənir
    İudaizm, xristianlıq, İslam Allahın bəşəriyyətə töhfəsidir. Onları bir-birinə qarşı qoymaq, hər hansı nöqsan aramaq əvəzinə qorumaq, ürəklərdə bəsləmək lazımdır, çünki qeyri-təkmil din yoxdur, onun ehkamlarının, müddəalarının təhrif edilməsi, səhv dərk olunması vardır. Dünyanın ekstremizm və terrorizmdən lərzəyə gəldiyi bir vaxtda bu təzahürlərin İslamla eyniləşdirilməsinə yol verməmək xüsusilə vacibdir.
    Bu günlərdə BMT-dən sonra ikinci nüfuzlu beynəlxalq təşkilat sayılan İslam Konfransı Təşkilatının (İKT) Seneqalın paytaxtı Dakar şəhərində “XXI əsrdə islam aləmi” devizi altında zirvə toplantısı keçirildi. toplantıda İslamla bir araya sığmayan ekstremizm və terrorizm pislənildi və “sivilizasiyaların dialoqu” çərçivəsində xristian aləminin nümayəndələri ilə birlikdə yüksək səviyyədə beynəlxalq görüş keçirmək təklif olundu.

    Bu zirvə görüşündə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun müsəlman dövlətlərinin terrorist qruplaşmaların fəaliyyəti nəticəsində yaranmış mənfi imicinin aradan qaldırılmasını özünün fəaliyyətinin prioritetlərindən biri adlandırmışdı. O, sivilizasiyalar arasında mədəni mübadilənin və dialoqun vacibliyini də vurğulamışdır. Pan Gi Munun fikrincə, əslində, əksər müsəlmanların özləri terrorizmin qurbanıdır.
    Dakar zirvə görüşündə iştirak edən nümayəndə heyətlərinin əsas diqqəti İKT-nin 2005-ci ildə Məkkədə keçirilmiş zirvə görüşü zamanı yaradılmış Müşahidə Komissiyasının ilk illik hesabatına yönəlmişdi. “İslamofobiya üzrə ilk icmal hesabat: 2007-ci il may – 2008-ci il mart” adlanan məruzədə islamofobiyanın Qərbdə inkişaf tarixinin tədqiqi və onun səbəblərindən, habelə təkcə müsəlmanlara qarşı deyil, bütövlükdə İslama qarşı yönələn yolverilməz ksenofobiya faktlardan bəhs olunurdu.
    Hesabatda Hollandiya recissorunun müsəlmanların müqəddəs kitabı Qurani-Kərim haqqında çəkdiyi qərəzli sənədli filmin internetdə yerləşdirilməsi, Qərb mətbuatında Mühəmməd Peyğəmbərə (s) karikaturaların dərc olunması, İsveçrədə minarələri qadağan etmək təşəbbüsü və sair faktlar xatırlanmışdır.  
    Qeyd etmək lazımdır ki, Hollandiya telekanalları filmin nümayişindən imtina etmişlər. Çünki filmin anonsu bir çox müsəlman ölkələrində Hollandiya vətəndaşları və diplomatlarının ünvanına hədələrlə müşayiət olunan kütləvi etiraz aksiyaları doğurmuşdur. Müsəlmanların müqəddəs ziyarətgahlarının təhqir edilməsi isə Üsəma Ben Ladenin “dirçəlməsinə” səbəb olmuşdur. O, İslam saytlarının birində beş dəqiqəlik müraciətində “Əl-Qaidə”nin bütün bunlara təkcə şifahi deyil, həm də əməli münasibət göstərəcəyini vəd etmişdir...
    Avropa İrqçilik və Ksenofobiya Təzahürlərinin Monitorinqi Mərkəzinin məlumatına görə,  Avropanın hər yerində islamofobiyanın artması müşahidə olunur, Avropa dövlətlərində müsəlmanların əksəriyyəti hər gün hədələrə, qərəzli münasibətə məruz qalır, zorakılıqla, işdə, hətta ev kirayə edərkən ayrı-seçkiliklə üzləşirlər. Bir sözlə, Avropanın təxminən 13 milyon müsəlman əhalisi hiss edir ki, terrorizmlə əlaqədə şübhəli sayılır.
    Monitorinq Mərkəzi Avropa İttifaqı ölkələrini müsəlmanları işə götürərkən onlara bərabər hüquqlar verməyə, məktəb təhsili strategiyasına yenidən baxmağa, irqçilik, ksenofobiya, antisemitizm və islamofobiya problemlərini ciddi müzakirə etməyə çağırmışdır.
    Avropanın marketinq tədqiqatları aparan nüfuzlu GFK İnstitutunun antisemitizmin və islamofobiyanın artması məsələlərinə dair keçirdiyi ictimai rəy sorğusunun nəticələri “Wall Street Cournal”da dərc edilmişdir. Dünyada nüfuzuna görə yeddinci yeri tutan məşhur tədqiqat qurumu müəyyən etmişdir ki, avropalıların yarısından çoxu (52 faizi) öz ölkələrində müsəlmanlara qarşı qərəzli münasibət bəsləndiyinə inandığını bildirmişdir. İslamofobiya xüsusən İsveçdə (75 faiz) və Niderlandda (72 faiz) daha sürətlə artır. İsveçrə, Danimarka, Belçika və Almaniyada rəyi soruşulanların 60 faizdən çoxunun fikrincə, onların ölkəsində İslama qarşı qərəzli münasibət var. Mərkəzi və Şərqi Avropada bu qərəzli münasibət daha zəif (30 faiz),  Rusiyada 21 faiz, ABŞ-da 49 faizdir.
    Qeyd etmək lazımdır ki, Avropada müsəlmanlara və yəhudilərə qarşı qərəzli münasibətin güclənməsi Qərbi Avropa ölkələrində dünyəviliyin artması meyli ilə düz mütənasibdir. Belə ki, Qərbi avropalıların 25 faizi özlərini ateist sayır. Ateizmə meyillilik Çexiyada (49 faiz), Niderlandda (41 faiz), Danimarkada (37 faiz), Almaniyada (37 faiz), Belçikada (36 faiz) və İsveçdə (30 faiz) daha çox hiss olunur. Dini ayinlərin yerinə yetirilməsinin azaldığını da nəzərə alsaq, dindən uzaqlaşma, yəni Avropa cəmiyyətinin dünyəviliyi göz qabağındadır.
    Hazırda müsəlmanlar Qərbi Avropanın ən çoxsaylı dini azlığıdır – Avropa İttifaqının 425 milyonluq əhalisinin təxminən 5 faizi müsəlmandır. Müsəlman immiqrantlar arasında işsizliyin səviyyəsi başqaları ilə müqayisədə iki dəfə çoxdur. Müsəlmanların Qərbi Avropa birliyinə inteqrasiyası dünya miqyasında terrorizmlə mübarizə fonunda çox çətinliklə həyata keçir. Müsəlmanlar daim özlərinə bəraət qazandırmalı, dindən birləşmək və özgünlüklərini qorumaq üçün istifadə etməli olurlar.
    İslamofobiya avropalıların hələ ki, qurtula bilmədikləri bir tələdir və müsəlmanlardan getdikcə daha çox uzaqlaşmağa aparır ki, bu da ciddi sosial partlayış və iğtişaşlarla nəticələnə bilər.
    Belə bir şəraitdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İKT zirvə görüşündə Avropada islamofobiyanın artması və bununla mübarizə haqqında bəyanatı ümidverici səsləndi.
    Rusiyanın Müstəqil İslam İnformasiya Kanalının verdiyi məlumata görə, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Mixail Margelov bundan bir gün əvvəl bildirmişdi ki, Avropa Şurası Parlament Assambleyasına bu mövzuda xüsusi məruzə təqdim olunması barədə təklif irəli sürməyi planlaşdırır. Lakin kanalın şərhinə görə, bu təşəbbüs yalnız o zaman uğurla nəticələnə bilər ki, müsəlmanlara qarşı ayrı-seçkiliklə mübarizə təkcə Qərbdə yox, Rusiyanın özündə, həm də sözdə deyil, əməldə həyata keçirilsin. Bütöv bir ümmətdən danışmaq mümkün deyil… Son 25 ildə müsəlmanlarn sayı düz 3 dəfə artaraq, tarixdə ilk dəfə xristianlar sayca geridə qoydu. 1973-cü ildə müsəlmanlarn sayı 500 milyon idisə, bu gün bu rəqəm 1,5 milyarda yaxınlaşmaqdadır. Başqa sözlə, Yer kürəsinin hər dörd nəfər sakinindən biri müsəlmandır. Bu elə başgicəlləndirici bir inkişafdır ki, təkcə onun sürəti tərəddüddlü şəxsləri öz təsiri altına alaraq, onlarn İslamı qəbul etməsinə səbəb olur.
    Müsəlmanlarn sayının durmadan artmasına baxmayaraq, hələ əsil mənada yekdil, bütöv bir ümmətdən danışmaq mümkün deyil. Bir tərəfdə radikal İslamın hakim olduğu Əfqanıstan, Əlcəzair kimi ölkələr, digər tərəfdə Afrikanın yoxsul ölkələri ilə neft milyarderi olan monarxiyalar arasındakı dərin iqtisadi uçurum, öz daxilində güclü bir geosiyasi potensial gizlətmiş İran, İraq, Səudiyyə Ərəbistanı kimi ölkələr, feodal tayfalar krossvorduna çevrilmiş Pakistan, milliyyətçi ittihamlarn ağır təzyiqi altında qalan Fələstin, Bosniya və nəhayət, bu günlərdə üstünə NATO bombalar yağdırlan Kosovo...
    Amma nəticə eynidir: öz daxilində ziddiyyətlər olsa da, birləşsə də, parçalansa da, yenə daxili imkanlarnı səfərbər edərək vahid qüvvəyə çevrilən İslam, tarixin təkərini hərəkətə gətirərək bütün dünyanı bürüyən bir ideologiyaya çevrilməkdədir.
    İslamın sürətlə yayıldığı ölkələrə, yaxud bölgələrə nəzər saldıqda çox aydın sezilən ictimai bənzərliklər müşahidə etmək olar.
    Quranın çağırşına qulaq asmağın başlıca səbələri ya yoxsulluq, ya da təklikdir. Kimisi Afrikanın ucsuz-bucaqsız səhralarndan durub Abicana gəlmiş, kimisi Anadolunun ucqar kəndindən köçüb daşı-torpağı qızıl İstanbulda məskunlaşmış, yurdundan, valideynlərindən ayrlmşdır. Hətta bəziləri – Almaniyadakı misirlilər, əlcəzairlilər kimi - öz ölkəsini, yaşadığı qitəni tərk etmişlər. Qısaca desək, "modernləşmiş" ("müasir") bir insan olmuşlar, ənənələri, dilləri, tarixi-coğrafi bağlılıqlar dağıdan modernizmin bərabər üzvünə çevrilmişlər. Belə bir şəraitdə İslam bütün bu insanlar əhatə edərək onlara mənəvi dayaq, əmin-amanlıq, sığınacaq vəd edən, hətta bir gün intiqam alacaqlarna zəmanət verən bir inanc sistemi kimi səhnədə görünməkdədir. Azərbaycana gəlincə… Təsadüfi deyil ki, ölkəmizi dini tolerantlıq nümunəsi adlandırırlar. Burada hələ ta qədimdən bütün mövcud dinlərə mənsub insanlar dini ayinlərini rahat həyata keçirir, yerli müsəlman əhalisi tərəfindən heç bir narazılıq, yaxud düşmənçiliklə qarşılaşmırlar. Burada müxtəlif xalqların, o cümlədən konfessional qrupların nümayəndələri arasında nikah da heç zaman qadağan olunmamışdır. Bu faktlar İslam dünyasına mənsub olan azərbaycanlıların böyük müdrikliyindən, xeyirxahlığından xəbər verir.

    Elvin XƏZƏR

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 766
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30