Filip Qordon: “Həmsədrlər münaqişənin həllinin sülh yolu ilə tapılması üçün sıx əməkdaşlıq edirlər”
«ABŞ və Rusiya arasında qlobal çağırışlara hərtərəfli cavabların inkişafında effektiv əməkdaşlıq var». «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Filip Qordon Senatın ABŞ-Rusiya münasibətləri ilə bağlı dinləməsində deyib. «ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq ABŞ və Rusiya Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə tapılması üçün sıx əməkdaşlıq edirlər» - deyə Qordon bildirib.