Rusiyanın İrkutsk vilayətinin qubernatoru da prezidentliyə namizədliyini irəli sürüb
Rusiyanın İrkutsk vilayətinin qubernatoru Dmitri Mezençev prezidentliyə namizədliyini irəli sürüb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, təşəbbüsü yerli həmkarlar ittifaqı irəli sürüb.
Onun dekabrın 15-də ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyi bildirilib. Artıq indiyə qədər 12 şəxs prezidentlik iddiasını irəli sürüb.