Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb
Fevral ayından indiyə qədər Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb. «KƏLAMİNFO» xəbər verir ki, bu haqda Misirin rəsmi MENA agentliyi baş nazir Kamal əl-Qanzuriyə istinadən xəbər verib. Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir. Hüquq müdafiəçilərinin məlumatına görə, keçmiş prezident Hüsni Mübarəkin rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan olunandan sonra həbs olunmuşdular.