Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi 2011-ci illə bağlı hesabat yayıb
    2011-ci ildə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən aparılan elmi tədqiqatlar iki istiqaməti əhatə edib. Bunlar respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi və Geofiziki (maqnitometriya və qravimetriya) və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər. RSXM tərəfindən aparılan seysmoloji tədqiqatlar 31 telemetrik “Kinemetrics” (ABŞ istehsalı) stansiyasından ibarət müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.

    Geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi vasitəsilə geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialin ikinci törəməsinin variasiyaları araşdırılır. Respublikanın seysmoaktiv bölgələrində geokimyəvi sahənin hidro-, qazo- və radiokimyəvi komponentləri analiz olunur. Bu işlər seysmogen zonaların deformasiya – gərginlik vəziyyətini qiymətləndirməyə və geokimyəvi və geofiziki sahələrdə M³4.0 olan zəlzələdən öncə anomal xəbərverici effektləri aşkarlamaga imkan verir. 2011-ci ildə həmçinin AMEA RSXM-nin əməkdaşlarının 26 elmi məqalələri (o cümlədən 10 xaricdə) çap olunub. Mərkəzin əməkdaşları 7 beynəlxalq konfransda (Azərbaycan, Avstriya, Gürcüstan, Portuqaliya, Türkiyə, Özbəkistan, İordaniya, Rusiya) məruzələrlə iştirak ediblər və NATO xətti ilə Gürcüstanda treninq keçiblər. 2011-ci ildə RSXM-də 2 fəlsəfə doktorluğu üzrə iş müdafə olunub. Mərkəzimizin 2 əməkdaşı fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul olunub. 2011-ci ildə RSXM-nin əməkdaşları NATO-nun xətti ilə 1 qrant və Elmin İnkişaf Fondu xətti ilə 2 qran layihəsində iştirak ediblər. Vladiqafqaz geofiziki-mərkəzi ilə elmi əməkdaşlıq üzrə yeni 1 beynəlxalq müqavilə bağlanıb (REA). Hazırda mərkəz 14 ölkənin seysmoloji və geofiziki institutları ilə elmi əməkdaşlıq edir. 2011-ci ildə Mərkəzimiz tərəfindən ABŞ-ın “Kinemetrics” şirkəti tərəfindən istehsal olunan cihazlarla təchiz olunmuş 6 yeni (“Ordubad”, “Heydarabad”, “Şahbuz”, “Qəbələ”, “Qobustan”, “Həzrə” ) telemetrik seysmik stansiya tikilərək istifadəyə verilib və onların sayı 31 çatdırılıb. Eləcə də RSXM tərəfindən 2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Bayıl sürüşmə sahəsində seysmoloji, mühəndisi-seysmoloji və geofiziki tədqiqatlar aparılıb və alınan nəticələr AR NK işçi qrupuna təqdim edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 710
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30