Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı tədbir keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış ictimai xadim, jurnalist Nəsiq İmanquliyevin 100 illik yubileyinə həsr olunan “Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız” adlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olan bir şəxsiyyətdir. O, qeyd edib ki, Nəsir İmanquliyev öz dəsti-xətti ilə seçilib və bu onun tərəfindən yaradılmış “Bakı” və “Baku” qəzetlərinin yazılarında da əks olunub.

    “Azərbaycan Prezidenti İlham Əliyev noyabr ayında Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Müasir Azərbaycan jurnalistikasının inkişafında Nəsir İmanquliyev əvəzsiz xidmətlər göstərib. Bundan başqa Nəsir İmanquliyevin Bakı Dövlət Universitetində zəngin pedaqoji fəaliyyəti olub. Onun çoxsaylı tələbələri bu gün də geniş fəaliyyət göstərirlər”,-deyə Ə.Amaşov əlavə edib. Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, konfrans Azərbaycan jurnalistikasının tarixinə nəzər salmağa şərait yaradır. “Azərbaycan xalqının milli ideologiyasının formalaşmasında rolu olmuş mütəfəkkirlərin fəaliyyətinə ölkədə hər zaman xüsusi diqqət yetirilir”,-deyə V.Əliyev vurğulayıb. Onun sözlərinə görə, Nəsir İmanquliyevi mətbuata gətirən səbəb onun vətənpərvərliyi, ədəbi-bədii dəyərlərə sevgisi olub. O, qeyd edib ki, jurnalistika fakültəsinin ilk pedaqoqlarından olan Nəsir İmanquliyevi BDU-nun ilk qurucularından da hesab etmək olar. “Nəsir İmanquliyevin “Bakı” və “Baku” qəzetlərinin fəaliyyəti xüsusi qeyd edilməlidir, çünki kommunist monopoliyasının hökm sürdüyü dövrdə, azad fikrin təqib olunduğu zaman yeni nəşr dərc etmək böyük hünər tələb edirdi. Nəsir İmanquliyev yetişdirdiyi çoxsaylı tələbələri ilə müasir Azərbaycan jurnalistikasının təşəkkülündə də mühüm rol oynayıb. Bu konfransın keçirilməsi Nəsir İmanquliyev yaradıcılığına verilən qiymətin nəticəsidir”,-deyə o, əlavə edib. Bakı Dövlət Universitetinin Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli tədbirdə çıxışında bildirib ki, Nəsir İmanquliyev Azərbaycanda yeni bir jurnalistika istiqamətinin yaradıcısı olub. “O ömrünün böyük bir hissəsini pedaqoji fəaliyyətə həsr edib və BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında fəaliyyət göstərib”,-deyə C.Məmmədli vurğulayıb. Tədbirdə çıxış edən Şirməmməd Hüseynov, Yusif Kərimov və digər Nəsir İmanquliyevlə bir yerdə işləmiş və ya onun tələbəsi olmuş şəxslər qeyd ediblər ki, Nəsir İmanquliyev heç bir gənc jurnalistə öz yardımını əsirgəməyib və onun kimi şəxslər tək özlərini deyil, milləti narahat edən məsələlərlə məşğul olublar. Bildiriblər ki professor Nəsir İmanquliyev yüzlərlə jurnalistin hamisi və tərbiyəçisi idi. Tədbir qonaqların çıxışı ilə davam edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 321
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30