Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dini etiqad azadlığı
    Azərbaycanda son vaxtlar baş verən hadisələr, dini cərəyanların çoxalaraq göbələk kimi artması və radikallıqları ilə diqqət çəkmələri ölkənin ali qanunverici orqanını hərəkətə gətirdi. Bir az əvvəl təşkil olunan ümumxalq referendumuna çıxarılan digər məsələlərlə yanaşı, dini sahəyə də nəzərdə tutulan dəyişiklik seçicilər tərəfindən müsbət qarşılandı. Artıq bu dəyişikliyi rəsmiləşdirmək üçün Milli Məclis “Dini etiqad azadlığı haqqında” Qanunun dövrün tələbləri ilə uzlaşdırılmasını vacib saydı. Qeyd edək ki, tolerantlığın hökm sürdüyü ölkəmizdə 1992-ci ildən etibarən vətəndaşların vicdan azadlığı müvafiq qanunvericilik aktları ilə təmin olunur.
    Hazırda Azərbaycanda çoxkonfesiyalı cəmiyyət mövcuddur. Hər bir ölkə vətəndaşının dini etiqadının təmin olunması üçün münbit şərait yaradılıb. Ölkədə ciddi tolerantlıq hökm sürür.

    Layihə ilə bağlı dəyişikliklər ilk əvvəl Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə çıxarıldı. İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, Azərbaycanda milli-mənəvi mühitin qorunması ölkə  əhəmiyyətli məsələdir. Komitə sədri dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaşların vicdan azadlığının təmin olunması istiqamətində bir sıra ciddi addımlar atılıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Qanun qəbul olunub. Bu qanunun qəbul olunduğu dövrdə Azərbaycanda bir sıra qeyri-müəyyənliklər mövcud olub. Bəzi xarici dövlətlər yenicə müstəqillik əldə etmiş ölkənin dini həyatında təmsil olunmağa çalışırlar. Eyni zamanda, qəbul olunmuş qanunda da bir sıra boşluqlar olub. Bu səbəbdən ötən illər ərzində qanuna 8 dəyişiklik edilib: "Yaxşı olardı ki, bu qanunu tamamilə yenidən işləyərdik. Amma bizə təqdim olunan layihədə bir sıra dəyişikliklər təklif edilir". R.Aslanova dedi ki, qanuna nəzərdə tutulan dəyişikliklər bir növ ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycanda xeyli sayda yeni məscid tikilib. Hazırda ölkədə 1750 məscid var. Sovet dövründə isə Azərbaycanda cəmi 18 məscid fəaliyyət göstərirdi. Onlardan biri şiələrə, biri sünnilərə xidmət edirdi. Digərləri isə qarışıq əsaslarla fəaliyyət göstərirdi. Bundan əlavə, ölkədə iki müqəddəs ocaq fəaliyyətdə idi. R.Aslanova dedi ki, 1991-ci ildən sonra ölkədəki məscidlərin sayı sürətlə artmağa başlayıb. Bu dövrdə tikilən məscidlərin bir çoxu heç dövlət qeydiyyatına da alınmayıb. Komitə sədrinin sözlərinə görə, bu problemi son illər ərzində də həll etmək mümkün olmayıb. Hazırda ölkədə fəaliyyət göstərən məscidlərin cəmi 500-ü qeydə alınıb. Digərləri isə qeydiyyatsız fəaliyyət göstərir. Həmin məscidlərin əksəriyyəti ayrı-ayrı xarici dövlətlərin təşkilatları tərəfindən tikilib. R.Aslanova dedi ki, bu problemin həlli üçün Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlər verilməlidir. R.Aslanova ölkədə müsəlman təmayüllü dini icmalara ümumi rəhbərliyin mərkəzləşdirilmiş qurum kimi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həyata keçirildiyini söylədi: “Ancaq burada paradoksallıq yaranır. Necə ola bilər ki, digər dini icmalar kimi dövlət qeydiyyatından keçən Qafqaz Müsəlmanları İdarəsi başqa icmaların fəaliyyətinə nəzarət etsin? Hesab edirəm ki, bu anlaşılmazlığı aradan qaldırmaq üçün Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri artırılmalıdır”.
    Qanuna təklif olunan əlavə və dəyişikliklər barədə Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov məlumat verdi. Onun sözlərinə görə, dəyişikliklərin birinci qrupu dini qurumların dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğvi məsələlərini əhatə edir. Nəzərdə tutulur ki, əlavə və düzəlişlər qəbul ediləndən sonra ölkədəki bütün dini qurumlar yenidən dövlət qeydiyyatından keçsin. Yalnız dövlət qeydiyyatından keçən, dövlət reyestrində qeydə alınan dini qurumlara hüquqi şəxs kimi fəaliyyət göstərmək icazəsi veriləcək.
    Bundan əlavə, qeydiyyata alınmış dini qurumların qeydiyyatının ləğvi məsələləri də dəqiqləşdirilir. L.Hüseynov dedi ki, hazırda bu məsələ ilə bağlı qanun layihəsində boşluqlar mövcuddur. Əlavələrdə isə təklif olunur ki, dini qurumların ləğvi məhkəmə qərarı ilə həyata keçirilir. Ləğvetmənin qaydaları da qanun layihəsində konkret olaraq müəyyənləşdirilir.
    Məhkəmələr dini qurumların ləğv edilməsini ən son variant kimi nəzərdən keçirməlidirlər.
    Bu zaman Avropa İnsan Haqları Konvensiyasının tələbləri nəzərə alınmalıdır.
    Qanunda nəzərdə tutulan ikinci qrup dəyişikliklər də müddəaların beynəlxalq Konvensiyalara uyğunlaşdırılmasını nəzərdə tutur. Digər qrup əlavə və dəyişikliklərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri dəqiqləşdirilir. Qalan dəyişikliklər redaktə xarakteri daşıyır. Qanuna onun məqsədlərini izah edən yeni preambula əlavə olunur və "Qanunun vəzifələri" adlı üçüncü maddə çıxarılır. Bundan əlavə, martın 18-də ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərin tələblərinə uyğun olaraq qanunun müddəalarında dəqiqləşdirmənin aparılması nəzərdə tutulur.
    İclasda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinin zəruri olduğunu bildirdi. Onun sözlərinə görə, ölkə Konstitusiyasına dəyişiklikdən sonra bu məsələ daha da aktuallaşıb. Qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin əsas mahiyyəti isə dini etiqad azadlığının tam şəkildə təmin olunması, dövlət-din, cəmiyyət-dindar münasibətlərinin tənzimlənməsidir. Komitə sədri əlavə və dəyişikliklərin peşəkar səviyyədə hazırlandığını bildirdi. Onun sözlərinə görə, qanunun 12-ci maddəsində nəzərdə tutulan dəyişiklik bir qədər də konkretləşdirilməlidir. Layihədə göstərilir ki, dövlət qeydiyyatından keçməyən və dövlət reyestrində qeydə alınmayan dini qurumların hüquqi şəxs kimi fəaliyyətinə icazə verilmir.
    Komitə sədri isə təklif etdi ki, dövlət qeydiyyatından keçməyən dini qurumların hüquqi şəxs kimi deyil, ümumiyyətlə, fəaliyyətinə icazə verilməsin. Onun sözlərinə görə, həmin maddəyə təklif olunan dəyişikliyin əsas məqsədi qanunsuz fəaliyyət göstərən dini icmaların fəaliyyətinin dayandırılmasıdır. H.Orucov bildirdi ki, hazırda bir sıra xarici qurumlar tərəfindən istiqamətləndirilən və maliyyələşdirilən bəzi dini qurumlar bilərəkdən dövlət qeydiyyatından keçmək istəmirlər. Çünki onlar dövlət qeydiyyatından keçərsə, Azərbaycan qanunları əsasında hazırlanmış Nizamnamə üzrə fəaliyyət göstərməli olduqlarını bilirlər. Buna görə də bəzi hallarda ölkədə dini sabitliyi pozmağa çalışan bu dini qruplar qeydiyyatsız fəaliyyət göstərməkdə maraqlıdırlar. H.Orucov dedi ki, bu cür fəaliyyət göstərən həm islam, həm də qeyri-islam dini qrupları mövcuddur. Onun sözlərinə görə, sözügedən qanuna bir sıra əlavələrin edilməsinə də ehtiyac var. Məsələn, son vaxtlar dini mənsubiyyətlə əlaqədar ailənin dağılmasına təhrik və məcburetmə halları müşahidə olunmağa başlayıb. Belə hallar hətta İslamın müxtəlif təriqətlərinə mənsub olan cütlüklər arasında da qeydə alınır. "Bizim əlimizdə onlarla belə faktlar. Nəticədə ailələr dağılır. Qanuna bunun qarşısını alan müddəa daxil edilməlidir",-deyə H.Orucov vurğuladı. Onun sözlərinə görə, dini motivləri əsas tutaraq insan şəxsiyyətinə, hüquq və azadlıqlarına qəsd etmək də qadağan olunmalıdır.
    Müzakirələrdə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev təkcə radikal dini təriqətlərə qarşı mübarizə aparmaqla kifayətlənməyin düzgün olmadığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda qeyri-radikal mövqe tutan zərərli dini icmalar da fəaliyyət göstərməkdədirlər: “Bir neçə gün əvvəl “Gülüstan” sarayında Heydər Əliyevə həsr olunan tədbirə dəvət olunmuşduq. Orada bizə bir jurnal hədiyyə etdilər. Həmin jurnal başdan-başa nurçuluğun və Fətullah Gülənin təbliğatına həsr olunmuşdu. Nurçular dini icma kimi qeydiyyata alınmasalar da, müxtəlif təşkilatlar, o cümlədən “Çağ Öyrətim” şirkəti vasitəsi ilə fəaliyyətlərini həyata keçirməkdədirlər. Dini icmaların hüquqi ünvanlarının onların fəaliyyət göstərdikləri yerlərə dəyişdirilməsi də çox vacibdir”.
    Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov qeyd etdi ki, bəziləri etiqadın nə olduğunu yaddan çıxarıblar. Hazırda dini məsələlərdən daha çox siyasi məqsədlərlə istifadə edilir. Buna görə də "Dini etiqad azadlığı haqqında" qanunun təkmilləşdirilməsi müsbət haldır.
    Millət vəkili Yevda Abramov qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin ölkənin milli təhlükəsizliyinə xidmət etdiyini bildirdi. Onun sözlərinə görə, təkcə islam dininə xidmət edən dini qurumların deyil, digər dinlərə bağlı qrupların da fəaliyyətinin nəzarətdə saxlanmasına ehtiyac var. Belə ki, ölkəyə həm xristian, həm də iudaizmə bağlı missinerlər gəlməkdədirlər. Millət vəkili təklif etdi ki, Dini Qurumlarla İş üzrə Komitəsində həm xristianlıq, həm də iudaizmlə bağlı ayrıca şöbələr yaradılsın. Onun sözlərinə görə, hazırda ölkəyə iudaizmlə bağlı dini ədəbiyyatın gətirilməsində problemlər var. Dəfələrlə aeroportdan ölkəyə Tövrat gətirilməsinə maneçilik törədilib. Hətta ivrit dilində olan şifahi xalq ədəbiyyatı nümunələrinin də ölkəyə gətirilməsində problemlər var. Millət vəkili dedi ki, əgər dövlət komitəsində ayrıca şöbə olarsa, bu cür problemlər meydana çıxmaz.
    Deputat Fazil Mustafa da QMİ-nin səlahiyyətlərinin artırılması ilə bağlı təklifi dəstəkləyib. Onun sözlərinə görə, indiki vəziyyətdə dini icmalara münasibətdə ziddiyyət yaranır: “Bu gün, həmçinin Azərbaycanda ziyarətgahların statusu müəyyənləşdirilməlidir. Hazırda ölkədə 500-ə qədər ziyarətgah fəaliyyət göstərir”.
    Müzakirələrdə çıxış edən QMİ-nin sədr müavini Salman Musayev dini qurumların qeydiyyatının ləğv edilməsi üçün xüsusi komissiya yaradılmasını təklif edib. S.Musayev eyni zamanda, baş örtüyü məsələsinə qanunda aydınlıq gətirilməsinin zəruri olduğunu deyib: “Bu məsələ ilə bağlı bizə şikayətlər daxil olur”. S.Musayev də QMİ-nin səlahiyyətlərinin artırılmasının zəruri olduğunu deyib. O, eyni zamanda, son vaxtlar bəzi televiziyalarda falçılığın təbliğ edildiyini, bunun isə milli-mənəvi dəyərlərə zidd olduğunu deyib.
    Qeyd edək ki, yeni düzəlişlərdə Azərbaycanda fəaliyyət göstərən dini qurumların fəaliyyətinin nizamlanması, Qanunun Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırılması, dini icmaların, qurumların dövlət qeydiyyatına alınması, onların qeydiyyatının ləğvi, Azərbaycanda dini qurumların fəaliyyətinə nəzarət edən müvafiq dövlət qurumunun səlahiyyətlərinin genişləndirilməsi və digər məsələlər əksini tapıb. Qanuna təklif olunan daha bir dəyişikliyə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanın razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.


    Elçin N TURAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 807
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30