Elmar Məmmədyarov bu gün Bonnda Əfqanıstan üzrə Beynəlxalq konfransda iştirak edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq konfransda iştirak edəcək. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun konfrans zamanı keçiriləcək müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.