Gürcüstan Leyborist Partiyasının lideri Ağ evin qarşısında aksiya keçirib
Gürcüstan Leyborist Partiyasının lideri Şalva Natelaşvili tərəfdarları ilə birgə Vaşinqtonda Ağ evin qarşısında prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiya keçirib. «KƏLAMİNFO» «İnerfaks»a istinadən xəbər verir ki, Natelaşvili: «Məhz Birləşmiş Ştatlar hakimiyyət Saakaşvilini bizim canımıza salıb. Bu, şəxs əsl diktatordur. Belə halı isə Vaşinqtonda istəmirlər» - deyə bildirib. Onun sözlərinə görə, ədalətli seçkilər yolu ilə Gürcüstanda seçiləcək xalq hökuməti ABŞ-la dostuq və əməkdaşlıq edəcək.