Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik”
    “Bu ili Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi”. Bu fikirləri Rusiyanın “Vesti” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev söyləyib. KƏLAMİNFO-nun “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısı hələ ötən ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparıldığını və münaqişənin tənzimlənməsi haqqında birgə Bəyannamə imzalandığını bildirib. “Həmin sənəddə dəqiq müəyyən edilib ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir? Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni əsas məsələ budur - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı”,-deyə prezident söyləyib.

    Dövlət başçısı Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanat imzalamasını əlamətdar hadisə adlandırıb, 1994-cü ildə atəşkəs haqqında Saziş imzalanandan sonra Bəyənatın ilk birgə sənəd olduğunu diqqətə çatdırıb. “Yəni 2009-cu ildə məsələni həll edəcəyimizə, heç olmasa, baza prinsiplərini razılaşdıracağımıza ümid var idi. Lakin bu ümidlər doğrulmadı. Həm də bizim günahımız üzündən yox. Buna görə də 2010-cu il üçün müəyyən nikbinlik var. Bu onunla bağlıdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilmişdir. Ola bilsin ki, əvvəllər bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi tənzimlənmədən digər regional problemlərin heç birini həll etmək mümkün olmayacaq. Yəni, bu, əsas səbəbdir. Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi mümkün deyil. Bu münaqişəni tənzimləmək üçün sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğalçı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq bərqərar ola bilər”,-deyə ölkə başçısı qeyd edib. Azərbaycan prezidenti gələn ildə əsas mövqeləri razılaşdıra biləcəklərinə ümidvar olduğunu deyib. “Lakin biz danışıqların permanent prosesə çevrilməsinin qəti əleyhinəyik. Danışıqlar 1992-ci ildən - ATƏT-in Minsk Qrupu yaradılan vaxtdan aparılır. 1994-cü ildə atəşkəs haqqında Saziş bağlanıb. On beş il keçib, irəliləyiş var, lakin nəticə yoxdur. Buna görə də biz bu münaqişənin, sözün tam mənasında, dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik. Onilliklər boyu davam edən başqa münaqişələrin taleyi təkrarlanmamalıdır. Biz buna heç vaxt razı olmayacağıq. Buna görə də hesab edirəm ki, əgər Ermənistan tərəfindən konstruktivizm və ən başlıcası, sağlam düşüncə nümayiş etdirilsə, gələn il biz irəliləyə bilərik”,-deyə İ.Əliyev vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 662
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30