Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fond yaradılıb
    Buenos-Ayresdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlayıb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirlərdə iştirak üçün Argentinaya millət vəkilləri Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti səfər edib.

    Bu çərçivədə ilk tədbir Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fondun yaradılmasının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan səfir Məmməd Əhmədzadə Argentina Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı elmi, intelektual və mədəni mərkəzlərindən birində Azərbaycan haqqında müxtəlif dillərdə çap olunmuş nəşrlərdən ibarət fondun yaradılmasını vacib hadisə kimi qiymətləndirib. Argentinada Azərbaycan haqqında nəşrlərdən ibarət ilk belə bir fondun yaradılmasının Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri, hazırkı reallıqları haqqında argentinalıların yaxından tanış olmasına töhfə verəcəyini bildirərək fondun getdikcə daha da zənginləşdirilməsinə səfirliyin daimi dəstək verəcəyini söyləyib. Sonra M.Əhmədzadə Azərbaycanla bağlı belə bir fondun yaradılması üçün səfirlik tərəfindən Argentina Milli Kitabxanasına hədiyyə olunan ölkəmiz haqqında 100-dən artıq müxtəlif dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyasını Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan” kitabı ilə birlikdə Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictimai xadimi Horasio Gonzalesə təqdim edib. Öz tərəfindən, Milli Kitabxanada Azərbaycanla bağlı belə bir fondun yaradılmasından məmnunluğunu ifadə edən H.Gonzales bunun məsafəcə bir-birinə uzaq olan Azərbaycan və Argentinanı yaxınlaşdıran simvolik amillərdən birinə çevriləcəyini və Azərbaycanın zəngin mədəni və tarixi irsini Argentinada tanıtmaqda faydalı olacağına əminliyini bildirib. Azərbaycandan Argentinaya səfər etmiş Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Asim Mollazadə Azərbaycanın tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən çoxmədəniyyətli bir ölkə olmasından, ölkəmizin qədim və zəngin tarixi-mədəni irsindən danışıb və bu gün də Azərbaycanın sivilizasiyalar arası dialoqa, habelə Xəzər bölgəsi ilə Avropa arasındakı əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Gələn il Avropanın ən nüfuzlu musiqi festivalı olan Avroviziyanın Bakıda keçiriləcəyini vurğulayan millət vəkili Azərbaycan gözəllikləri ilə tanış olmaq üçün argentinalıları ölkəmizə dəvət edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 341
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30