Bəhreyndə etirazçılara qarşı zorakılığa görə 20 nəfər cəzalandırılıb
Bəhreyndə etirazçılara qarşı davranışına görə təhlükəsizlik xidmətlərinin 20 əməkdaşı cəzalandırılıb.
“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Bəhreyn hökuməti bildirib ki, aparılan araşdırma nəticəsində fevral-mart aylarında bəzi şəxslər tərəfindən etirazçılara qarşı güc tətbiq edildiyi, saxlananlara işgəncə verdiyi aşkarlanıb.
Qeyd edək ki, Bəhreyndə fevral-mart aylarında şiələrin etirazları zamanı toqquşmalar baş vermiş 24 nəfər həlak olub, yüzlərlə adam yaralanmışdı.