Valeh Ələsgərov: “Elmə nə qədər pul xərcləsək də xeyri yoxdur”
“İndiki zamanda ölkəmizdə elmə nə qədər pul xərcləsək də xeyri yoxdur. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bildirib. O qeyd edib ki, bu gün dünyanın aparıcı elmi-tədqiqat müəssisələri öz məhsullarını bazara çıxarmaqla milyardlarla pul qazanırlar və demək olar ki, özlərini maliyyələşdirirlər. “Məsələn, riyaziyyatı götürün, Lütfü Zadəni götürün və sair bu kimi misallar var. Lütfü Zadənin 5 nəzəriyyəsi var. Onlar olmasaydı, bugünkü kommunikasiya vasitələri olmazdı. Ona görə də nəticə alaraq bu işləri görmək lazımdır. Biz hətta təhsil sahəsində nə alacağıq onu düşünməliyik” - deyə V.Ələsgərov vurğulayıb. O bildirib ki, büdcədən ayrılan vəsaitlərə görə universitetlər və elmi tədqiqat mərkəzləri özlərində ciddi məsuliyyət hiss etməlidirlər.