Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Həmsədrlər Vyanada ATƏT-in Daimi Şurasında göstərdikləri fəaliyyətə dair illik hesabatla çıxış ediblər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik Vyanada ATƏT-in Daimi Şurasında göstərdikləri fəaliyyətə dair illik hesabatla çıxış ediblər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər hesabatda qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli üzrə səylər kontekstində həmsədrlər hesabat dövrünə aid ötən il ərzində səkkiz dəfə regionda olmuş, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla müxtəlif yerlərdə on dörd dəfə ayrı-ayrılıqda görüşlər keçirib, işğal olunmuş Azərbaycan ərazilərində faktaraşdırıcı missiya tərkibində səfər ediblər. Həmsədrlər həmçinin son 14 ay ərzində qoşunların təmas xəttini dörd dəfə piyada keçməklə, təmas xəttinin region xalqları arasında daimi baryer olmadığını və tərəflər istədiyi təqdirdə atəşkəs rejiminə riayət olunması üçün hərbi koordinasiyanın mümkünlüyünü nümayiş etdiriblər.

    Minsk qrupunda həmsədrlik edən hər üç ölkənin hökumətlərinin, o cümlədən ən yüksək səviyyədə, səy göstərdiyini vurğulayan həmsədrlər bir daha təkrarlayıblar ki, münaqişədə hərbi həll yolu yoxdur və qəbuledilməz status-kvonu dəyişmək və sülhə nail olmaq istiqamətində çətin qərarlar qəbul edilməsində tərəflərin siyasi iradəsi onlar üçün həlledici rol oynayacaq. Həmsədrlər həmçinin danışıqlar atmosferinin yaxşılaşdırılması, atəşkəs rejiminə riayət olunması və region xalqları arasında qarşılıqlı anlaşmanın təşviq olunması üçün əlavə səylərdən bəhs ediblər. Onlar bu ayın sonunda qeyd edilən məsələlərlə bağlı təkliflər üzərində işləmək və danışıqların davam etdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün regiona təkrar səfər edəcəklər. Hesabat çıxışından sonra ATƏT üzvü olan ölkələrin nümayəndələri çıxış ediblər. Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov da Azərbaycanın münaqişə ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yalnız Azərbaycanın deyil, eyni zamanda Avropanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki iqtisadiyyatı sürətlə inkişaf edən, Avropanın etibarlı tərəfdaşına çevrilən və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Azərbaycan son dövrdə təhlükəsizlik istehlakçısından təhlükəsizlik istehsalçısına çevrilib. Bu baxımdan Azərbaycanın ərazi bötüvlüyünün bərpa edilməsi ATƏT-ə üzv ölkələr üçün də fövqəladə dərəcədə mühüm məsələ olmalıdır. Danışıqların gedişinə toxunan daimi nümayəndə həmçinin bildirib ki, hazırkı status-kvonun saxlanılması Ermənistan tərəfinin marağındadır və bu dövlət heç bir şərtlə həmin status-kvonu dəyişmək niyyətində deyildir. İşğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin məhv edilməsi, abidələrin dağıdılması, bu ərazilərin Ermənsitan tərəfindən məskunlaşdırılması, təbii sərvətlərin amansızcasına talan edilməsi Ermənistanın bu niyyətini bəyan edən siqnallardır. Səfiri qeyd edib ki, etimad quruculuğu tədbirləri status-kvonun möhkəmlənməsinə xidmət etməməli, əksinə, işğal olunmuş ərazilərimizin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiya olunmasına töhfə verməlidir. Xüsusilə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında görüşün təşkil edilməsinə dair təklif irəli sürülmüş və ATƏT-ə üzv dövlətlər və həmsədrlər bu humanitar xarakterli etimad quruculuğu tədbirini dəstəkləməyə cağırılıb. Bundan əlavə, hərbi sahədə etimad quruculuğu tədbiri qismində işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının vacibliyi qeyd olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 304
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30