Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Leyla Əliyeva Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması ilə bağlı müzakirələr aparıb
    Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, noyabrın 2-də Leyla Əliyeva Amerikanın nüfuzlu “İnterview” jurnalının redaksiyasında olub. 1969-cu ildə tanınmış amerikalı rəssam və film prodüseri Endi Vorhol tərəfindən təsis edilən “İnterview” jurnalı ənənəvi olaraq dünya şöhrətli incəsənət adamları, musiqiçilər, aktyorlar, modelyerlərlə müsahibələrə yer verir və cəmiyyətdə yeni və qeyri-adi düşüncə tərzinin yaranmasını istiqamətləndirir.

    Azərbaycanlı qonaqla görüşdə “İnterview” və Amerikanın incəsənət aləminin üç digər qabaqcıl jurnalını nəşr edən “Brant Publications, Inc.” şirkətinin rəhbəri Piter Brant və “İnterview” jurnalının redaktoru Kristofer Bollen iştirak ediblər. Piter Brant Leyla xanımı jurnalın tarixi və əhatə etdiyi əsas mövzularla ətraflı tanış edib. Leyla Əliyeva isə öz növbəsində “İnterview” jurnalının yaradıcı heyətini Azərbaycanla daha yaxından maraqlanmağa dəvət edib və əmin olduğunu bildirib ki, populyar jurnalın oxucuları Azərbaycanda incəsənət, musiqi və moda aləmindən kifayət qədər yeni məlumat və maraqlı xəbərlər tapa biləcəklər. Həmin gün Leyla Əliyeva Nyu-Yorkda yerləşən “Metropolitan” incəsənət muzeyində olub. Muzeyin islam mədəniyyəti üzrə baş tədqiqatçısı Məryəm İxtiyar Leyla xanım Əliyevaya uzunmüddətli bərpadan sonra noyabrın 1-də yenidən açılan “İslam dünyasının incəsənəti” adlı sərgi barədə məlumat verib. Leyla xanım muzeydə “Ərəb əraziləri, Türkiyə, İran, Mərkəzi və Cənubi Asiya mədəniyyəti”nin min ildən çox tarixini təmsil edən 1200 eksponatın sərgiləndiyi yeni qalereyalarla tanış olub. Söhbət zamanı “Metropolitan” muzeyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib, burada Azərbaycan incəsənətinin daha yaxşı təmsil olunması barədə fikir mübadiləsi aparılıb. Leyla xanım Əliyeva Nyu-Yorkda yaşayan həmvətənimiz, “Noviy Rubej” qəzetinin redaktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Nobert Yevdayevlə görüşüb. N.Yevdayev Leyla xanıma təşəkkürünü bildirərək ona Azərbaycanın incəsənət muzeylərinə çatdırılması üçün şəxsi kolleksiyasından iki rəsm əsəri hədiyyə edib. “Analıq” və “Abstrakt kompozisiya” adlı əsərlərin müəllifi əslən bakılı olan amerikalı rəssam Nahum Çakbazovdur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 288
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30