Argentinalı nazir: Argentina Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır
Tezliklə Argentinanın Azərbaycanda səfirliyi açılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao bildirib.
O qeyd edib ki, Argentina Azərbaycanla əməkdaşlığa yeni başlayıb və bunun gücləndirilməsində maraqlıdır. O, Argentinada erməni lobbisinin güclənməsinin Azərbaycanla münasibətlərə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkəsində ermənilərin say çoxluğuna baxmayaraq bunun Bakı ilə münasibətlərə heç bir təsiri olmayacaq. “Əksinə getdikcə Azərbaycan- Argentina münasibətləri güclənərək yeni mərəhələyə qədəm qoyur. Biz Bakı ilə əməkdaşlığın gücləndirilməsində çox maraqlıyıq”-deyə, o, əlavə edib.