Hillari Klinton Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibətilə təbrik məktubu göndərib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.
Dövlət katibi təbrik məktubunda Qurban bayramının dünyanın müxtəlif ölkələrinin müsəlmanlarını bir araya gətirdiyini vurğulayaraq, bunun çox mühüm dəyər olduğunu və ABŞ-ın bu dəyəri paylaşdığını diqqətə çatdırıb.
Dövlət katibi fürsətdən istifadə edərək Azərbaycan xalqını və hökumətini bu müqəddəs bayram münasibətilə təbrik edib.