Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Oqtay Əsədov: Beynəlxalq təşkilatların hesabatlarında yer alan qeyri-dəqiq məlumatların günahkarını ölkə daxilində axtarmaq lazımdır
    Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabatı müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda qadın polislərin işə götürülməsi vacibdir. O qeyd edib ki, artıq qonşu ölkələrdə polis strukturlarına qadın işçilər cəlb edilməyə başlayıb, bunlar əsasən yetkinlik yaşına çatmayanların işləri, ailə məsələləri, insan alveri qurbanları ilə işlər üzrə fəaliyyət göstərirlər. Deputat Fazil Mustafa çıxışında son zamanlar insan alveri ilə mübarizə sahəsində boşluqların aradan qalxdığını və bir sıra işlərin həyata keçirildiyini vurğulayıb. Millət vəkili deyib ki, bu mübarizə işlərinin bir qurumun üzərinə qoyulması doğru deyil. O, məcburi əməyə cəlblə bağlı da danışıb. “Bu gün Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirənləri də araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda başqa ölkədən ucuz işçi gətirilməsi doğru deyil” - deyə F.Mustafa vurğulayıb.

    Millət vəkili Zahid Oruc isə qeyd edib ki, mübarizə tədbirlərini gücləndirmək üçün əmək miqrasiyasını tənzimləyən qurumların məsuliyyəti artırılmalı, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməlidir. Övladlığa götürmə ilə bağlı məsələyə xüsusi nəzarətin artırılmasını vacib sayan deputat insan alveri ilə bağlı bəzi faktlara da toxunub. “Turizm şirkətləri xətti ilə insan ticarəti faktları mövcuddur. Uşaq dilənçiliyi də mövcud problemlər arasında yer alır. Buna qarşı tədbirlər gücləndirilməlidir. İnsan orqanları transplantasiyası faktı da diqqət çəkir. Bu işdə Beynəlxalq Universitetin adı hallanır. Başqa bir fakt isə İranla bağlıdır. İran uzun illərdir ki, Azərbaycana narkotik ixracın həyata keçirir. İldə bu həcm 40 tondan artıqdır. Məlumatlara görə, İranda bəzi Azərbaycan vətəndaşlarını girov saxlayırlar ki, bu cür planlarını həyata keçirsinlər” - deyə o, əlavə edib. Deputat Rəfael Cəbrayılov isə çıxışında Çindən Azərbaycana gələn qadınların küçə ticarəti ilə məşğul olmasının beynəlxalq hesabatlarda yer almasından narahatçılığın ifadə edib. Millət vəkili, həmçinin yerli şadlıq evlərində azyaşlı qız uşaqlarının mələk rolunda işə cəlb olunduğundan danışıb. Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, bu gün dünya üzrə illik dövriyyəsi 32 milyard dollar təşkil edən insan alveri transmilli cinayətdir və peşəkar cinayətkar qruplar tərəfindən həyata keçirilir. Azərbaycanda insan alveri qurbanlarının əksəriyyətinin orta təhsilli olduğuna diqqət yönəldən millət vəkili bu cür halların aradan qaldırılması üçün orta məktəblərdə maarifləndirici tədbirlərin gücləndirilməsini vacib sayıb. “Məni narahat edən başqa bir məqam isə beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı narahatedici məqamların yer almasıdır. Həqiqətən də bizim bəzi qeyri-hökumət təşkilatlarımız beynəlxalq təşkilatlardan maliyyə almaq üçün doğru olmayan məlumatlar verirlər” - deyə deputat vurğulayıb. Parlamentin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, insan alverinin qurbanı olan şəxslərlə bağlı bir çox sənəd qəbul edilib. Komitə sədri bildirib ki, Azərbaycan insan alveri ilə mübarizədə ön sıralarda dayanır. “Yaxşı olar ki biz bəzi Avropa ölkələri və Amerikadakı hadisələrlə bağlı ittiham çıxışları edək. Onda bəlkə bizə qarşı qərəzli mövqelərə son qoyulsun” - deyə R.Aslanova vurğulayıb. Deputat Siyavuş Novruzov insan alverinin bir ölkənin daxili məsələsi olmadığını bildirib. “Bununla belə, heç bir dövlətin başqa bir ölkə haqqında hesabat hazırlamaq hüququ yoxdur. Biz ilbəil onların hesabatlarına baxırıq və hər şey eynidir. Biz hansısa dövlətə nümayiş etdirmək üçün tədbirlər həyata keçirmirik, öz vətəndaşlarımızı müdafiə edirik” - deyə o vurğulayıb. Spiker Oqtay Əsədov qeyd edib ki, beynəlxalq təşkilatların hesabatlarında yer alan qeyri-dəqiq məlumatların günahkarını ölkə daxilində axtarmaq lazımdır. “Şikayət göndərmək bizə SSRİ-dən miras qalıb. Moskvaya “meşok”larla şikayət gedirdi. İndi də Avropa Şurasına gedir. Bu imicin yaranmasında səbəbkar özümüzük. Daxilimizdə bununla mübarizə aparmalıyıq” - deyə spiker bildirib. Söylənilən fikirlərə münasibət bildirən daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, hazırda DİN-də 2376 qadın çalışır. Ailə cinayətləri, qadınların problemləri mütəmadi diqqətdə saxlanılır: “Daxili orqanlarda nə qadınlara, nə də kişilərə iş məhdudiyyəti yoxdur. Məcburi əməklə bağlı 2004-cü ildən indiyədək 7 fakt aşkarlanıb və cinayət işi qaldırılıb”. Narkotiklərlə bağlı millət vəkili Zahid Orucun qaldırdığı məsələyə münasibət bildirən nazir müavini «bununla bağlı bizim də narahatlığımız var və müvafiq tədbirlər görülür” - deyə nazir müavini vurğulayıb. İnsan orqanları transplantasiyası ilə bağlı ABU-da prokurorluq tərəfindən müvafiq araşdırmalar aparıldığını qeyd edən V.Eyvazov əlavə edib ki, istintaq qurtardıqdan sonra məlumat veriləcək. Hesabat səsə qoyularaq 99 səs çoxluğu qəbul olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 609
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30