Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda folklordan qeyri-qanuni istifadəyə dair sanksiyalar mövcuddur
    “Bu günlərdə Nazirlər Kabineti “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi Qaydalarının və istifadəyə görə haqqın məbləğinin təsdiq edilməsi haqqında” qərar qəbul edib. Qərara əsasən, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri ölkəmizin hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə vəsait ödəməlidir. Bu, çox mühüm qərardır”. Bu barədə fikirləri “KƏLAMİNFO”ya müsahibəsində Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib.

    H.Həsənli bildirib ki, qərar qəbul edildikdən sonra folklor nümunələrindən istifadə hüquqi qüvvəyə minir və bundan yararlanmaq istəyənlər Agentliklə lisenziya müqaviləsi bağlamalıdırlar. Onun sözlərinə görə, lisenziya müqaviləsində folklor nümunələrinin adı, istifadənin məqsədi, istifadə edildiyi ərazi, müddət və tərəflərin mühüm hesab etdiyi digər şərtlər öz əksini tapmalıdır. Şöbə müdiri deyib ki, bu şərtlər yalnız kommersiya məqsədilə istifadədə nəzərdə tutulur, ancaq adi qaydada istifadədə belə deyil: “Məsələn, Azərbaycan folklor nümunəsi əsasında hansısa bir ölkənin müəllifi orijinal əsər yaratmaq istəyir. Bu zaman belə bir icazə tələb edilmir. Bu, yalnız kommersiya məqsədilə istifadədə nəzərdə tutulur”,-deyən X.Həsənli onu da əlavə edib ki, dünyanın hər yerində folklor nümunələrindən istifadə sərbəsdir: “Amma folklorumuz daha zəngin olduğuna və başqaları tərəfindən mənimsənilməsi hallarının qarşısını almaq üçün bir alət kimi Azərbaycan tərəfi belə bir qərar qəbul edib”. X.Həsənli folklor nümunələrindən kommersiya məqsədilə istifadədə məhdudiyyət məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, icazə alan şəxs folklorun məzmunu, mənbəyi, mənsub olduğu xalqı təhrif edərsə, bu halda icazə dayandırılır. Onun sözlərinə görə, istifadə həmişəlik də ola bilər, ancaq icazə əsasında istifadə edənlər folklorun Azərbaycana mənsub olduğunu mütləq göstərməlidirlər. Qeyri-qanuni istifadəyə dair sanksiyalara gəlincə, X.Həsənli deyib ki, Azərbaycan ərazisində sanksiyalar mövcuddur: “İkitərəfli və çoxtərəfli müqavilələrdə isə hər bir ölkə digər dövlətə məxsus olan folklor, əqli mülkiyyət nümunələrindən qeyri-qanuni istifadə edilməməsi ilə bağlı öhdəlik götürüb ki, bu da beynəlxalq səviyyədə həll edilir”,-deyən Agentlik rəsmisi əlavə edib ki, Azərbaycan müvafiq beynəlxalq konvensiyanın üzvüdür, folklor və əqli mülkiyyət nümunələrindən qeyri-qanuni istifadə edənlərə qarşı Azərbaycanda olan sanksiyalar, digər ölkələrin də vətəndaşlarına şamil ediləcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 498
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30