Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əli Abbasov BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasına Azərbaycan tərəfdən üzv seçilib
    BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyası 2015-ci ilə qədər genişzolaqlı çıxışın inkişafı sahəsində yeni məqsədlərini müəyyənləşdirib. Komissiyaya Azərbaycan tərəfdən üzv rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçilib. Bu, komissiyanın Cenevrədə keçirilən “ITU Telecom World 2011” sərgi-konfransı (24-27 oktyabr) çərçivəsində baş tutub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.

    Yeni vəzifələr genişzolaqlı rabitə sahəsindəki siyasəti, əlverişlilik məsələlərini və genişzolaqlı rabitənin tətbiqini əhatə edir. Tapşırıqlara əsasən, 2015-ci ilə qədər Azərbaycan da daxil olmaqla bütün ölkələr milli plana və ya genişzolaqlı rabitədə strategiyaya malik olmalıdırlar. Yaxud onu universal əlverişlilik və xidmət təyinatlarına daxil etməlidirlər. Həmçinin, 2015-ci ilə qədər nəzərdə tutulub ki, inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitənin baza xidmətləri qiymət baxımından əlverişli olmalıdır. Bunun üçün lazımi tənzim etmə və bazar güclərindən (məsələn, orta yalıq gəlirlərin beş faizindən artıq olmayaraq təşkil etmək) istifadə edilməlidir. 2015-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 40 faizi internetə çıxış əldə etməlidir, dünyada internet istifadəçilərinin sayı 60 faizə, inkişaf etməkdə olan ölkələrdə 50 faizə, az inkişaf etməkdə olan ölkələrdə isə 15 faizə çatmalıdır. ITU qeyd edilən məqsədlərin həyata keçirilməsində hər bir tərəfin əldə etdiyi inkişafın ölçülməsinə görə cavab verməyə, genişzolaqlı rabitənin inkişafı barədə illik hesabatı hazırlamağa məcbur edir. Hesabat dünyanın bütün ölkələrinin onların genişzolaqlı rabitə sahəsində siyasəti, əlverişliliyi və genişzolaqlı rabitənin tətbiqi baxımından təsnifatını nəzərdə tutur. Komissiyanın təsdiq etdiyi “Genişzolaqlı çağırışda” rabitə "insanın tələbatı və əsas haqlarından biri" kimi qiymətləndirilir. Sənəddə innovasiya siyasətinin əsaslarının, biznes modellərin və bütün dünyada genişzolaqlı əlverişliliyin artımına dəstək üçün maliyyələşdirmə sazişləri məqsədləri ilə dövlət və özəl sektorun sıx qarşılıqlı əməkdaşlıq etməsinə çağırış yer alıb. Sənəddə hökumətlərə bazara çıxışda məhdudiyyətlərə və İKT-də lazımsız vergilərə imkan verməməyə təkidli çağırış yer alıb. Sənəddə, həmçinin, hökumətlərə funksional uyğunlaşmanın və mövcud lazımi radiotezliklər spektrinin təmin edilməsi məqsədləri ilə razılaşdırılmış beynəlxalq standartların işlənməsinə çağırış var.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 592
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30