Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ailə və Cinayət məcəllələrinə dəyişikliklər ediləcək
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Sosial siyasət komitəsilə birgə bu gün keçirdiyi iclasda Ailə və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunaraq təsdiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, nəzərdə tutulan dəyişikliklərə əsasən nikah yaşının qaldırılması Azərbaycanın ümumbəşər dəyərlərinə uyğundur və Avropa hüquq siyasəti məkanına daxil olmaq üçün növbəti bir addımdır. O qeyd edib ki, ölkədə hələ də məcburi nikah münasibətlərinə daxil olmaq faktları aşkarlanır və bu norma onun qarşısını almağa yönəlib.

    Millət vəkili Rövşən Rzayev iclasda bu halların daha çox ölkənin regionlarında baş verdiyini bildirərək, daha sərt cəzaların qəbul edilməsinin tərəfdarı olduğunu bildirib. Deputatlardan Rəfail Cəbrayılov iclasda Cinayət Məcəlləsinə tək qadınların deyil, kişiləri də məcburi nikaha daxil etməyə görə cinayət məsuliyyəti tətbiq olunmasını təklif edib. “Təcrübədə 16 yaşlı oğlanın 30 yaşlı qadınla evləndirildiyinin şahidi olmuşam” - deyə o vurğulayıb.
    Millət vəkili Çingiz Qənizadə isə deyib ki, tək nikaha məcbur edilməyə görə deyil, ümumiyyətlə, razılıq olsa belə, erkən nikaha cəlb olunma cəzalandırılmalıdır.
    Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda ötən il 155 min uşaq anadan olub, onlardan 29 mini qeyri-rəsmi nikahdan doğulub. “Qanuna bu dəyişikliyin olunmasının məqsədi cəmiyyətə çağırış etməklə belə halların qarşısının alınmasıdır” - deyə o, əlavə edib.
    Milli Məclisin şöbə müdiri Samir Cəfərov təkliflərə münasibət bildirərək qeyd edib ki, bu gün üçün təklif olunan maliyyə sanksiyalarının həcmi optimaldır. “Yalnız qadınlara aid edilməsi Azərbaycanda qadın hüquqlarının xüsusi yer tutduğunu bildirir” - deyə o bildirib.
    Qeyd edək ki, Cinayət Məcəlləsindəki dəyişikliyə əsasən qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ailə Məcəlləsinə dəyişikliklərdə isə qadınlar üçün nikaha girmə yaşının 17-dən qaldırılaraq 18 olması nəzərdə tutulur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 479
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30