Milli Məclisin üzvləri Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
Sabah Milli Məclisin deputatları Rüfət Quliyev və Rafiq Məmmədhəsənov Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bişkek şəhərinə gedəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”a parlamentdən veriblər. Millət vəkilləri oktyabrın 30-da keçiriləcək seçkiləri MDB Parlamentlərarası Assambleyası və İcraiyyə Komitəsinin müşahidəçilər missiyasının tərkibində izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişatı ilə maraqlanacaqlar. Səfər noyabrın 1-də başa çatacaq.