Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Fransa islama səcdə edir
    Fransada islam çox sürətlə yayılmaqdadır. Bu barədə açıqlama yayan Hudzon Universitetinin hesabatının nəticələri bir çox fransız siyasətçinin narahatlığına səbəb olub. Araşdırmalara görə, ölkədə çox sayda fransız dinini dəyişərək müsəlman olmağı seçir. Fransa Müsəlman Şurasının rəhbəri Məhəmməd Moussaouninin verdiyi açıqlamada hazırda ölkədə inşası davam edən 150 məscid olduğu deyilir.



    Son 10 ildə Fransada tikilən məscidlərin ümumi sayı 2000-dən çoxdur. Fransa Katolik kilsəsinin verdiyi rəqəmlərdə isə son 10 ildə ölkədə açılan kilsə sayının cəmi 20 ədəd olduğu məlum olub. Altmışdan çox kilsə isə bağlanıb. “French Institute of Public Opinion”un araşdırmalarına görə, fransız xalqının sadəcə yüzdə 4-ü davamlı olaraq kilsəyə getdiklərini, müsəlmanların isə yüzdə 41-i məscidə getdiklərini bildiriblər. Hesabata əsasən müsəlmanlar dinlərinə xristianlardan daha çox sahib çıxırlar. Hesabatın sonunda Hudzon Universiteti məscidlərinin sayının artmasını Avropanı islamlaşdırma siyasətinin bir hissəsi olduğunu və avropalı müsəlmanların Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan ilham aldığını iddia edib. Hesabatın fransızları qıcıqlandıraraq Norveçdə baş verən son qətliamın Fransada da təkrarlanacağı ilə bağlı iddialar səslənməkdədir.

    Küçədə namaza birdəfəlik son


    Fransada küçədə ibadət qadağan edilib. Bu haqda Fransanın "Le Figaro" qəzetində daxili işlər naziri Claude Gueantın müsahibəsi dərc olunub.
    "Küçədə ibadət yolverilməz haldır" deyən nazir bildirib ki, yeni qadağaya riayət olunmasına şəxsən özü nəzarət edəcək: "Mən vəzifəyə gələndən bəyan etmişəm ki, belə hallara son qoymaq lazımdır. Bu cür praktika bir çox vətəndaşların hissiyyatına toxunur, onlar ictimai yerlərin ibadətə ayrılmasından şoka düşürlər".
    Claude Gueant bildirib ki, artıq bu barədə Parisin iri müsəlman icmaları ilə razılıq əldə olunub. İki məhəllədə yerləşən məscidlərə gələn müsəlmanlar üçün 2 min kv.metrlik məkan ayrılıb. Bu yer icmalara illik 30 min avro müqabilində icarəyə verilib.
    "Bundan sonra həmin məhəllərdəki məscidlər Cümə günləri xidmət göstərməyəcək. Müsəlmanların da küçədə namaz qılmasına ehtiyac qalmayacaq. Bunun üçün keçmiş kazarma binası ayrılıb. Bu praktikaya birdəfəlik son qoyulacaq".
    Daxili işlər naziri küçəyə ibadətə çıxan insanlara qarşı güc tətbiq ediləcəyini də vurğulayıb. Amma onu da deyib ki, işlərin bu həddə gəlib çatacağına inanmır.
    Hazırda Fransada müsəlmanlar üçün 2000 məscid və ibadət evi var. Yerli qanunlara əsasən, nə hökumət, nə də yerli hakimiyyət orqanları yeni məscid və ya kilsənin tikintisinə vəsait ayıra bilməz.

    Niqablı qadın Fransa prezidenti olmaq istəyir


    Bu ilin aprelindən etibarən Fransada qadınların üzü və başı bağlı gəzməsini qadağan edən qanun qüvvəyə minib. Həmin vaxtda indiyə qədər 146 qadın bu qanunu pozduğuna görə saxlanılıb.
    Artıq həmin xanımlardan ikisi – Hind Amas və Kenza Drider barəsində məhkəmə qərarı çıxarılıb və onlar barəsində 150 avro miqdarında cərimə cəzası təsdiqlənib. Amma qadınlar cərimə ilə barışmadıqlarını deyiblər. Onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

    Prezident olsam...


    Hələlik Drider və Amas  Fransada Apelyasiya Məhkəməsinə üz tutacaqlarını, cərimə qərarı qüvvəsində qalacağı təqdirdə Strasburqa qədər gedəcəklərini bəyan ediblər.
    Qadınlardan biri – Kenza Drider hətta Fransa prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib. O, sosial, iqtisadi, dini və siyasi ayrıseçkiliyə məruz qalan qadınların hüquqlarını müdafiə edəcəyini bildirib: “Mən prezident olacağım təqdirdə bizləri ev dustağı edən bu qanunun ləğvinə səs verəcəyəm”.

    Üzünü bağlayan qadın...


    32 yaşlı Kenza özü 13 il bundan əvvəl niqab taxmağa başlayıb. O, əvvəllər mini ətəklərdə gəzdiyini etiraf edib: "Fransanın əsas problemi üzünü bağlayan qadın deyil. Əsas problemi - əsl qadın azadlığının olmamasıdır. Gəlin, mənim nə geyindiyimə diqqət verməyin, diqqəti problemlərə yönəldin”.
    Fransa prezidenti Nikola Sarkozi isə niqabı “qadın həbsxanasına” bənzədir.
    İndi Fransada uzun qara paltarda, üzünə maska taxıb gəzən qadınlara da rast gəlinir. Bəzi müsəlmanlar bu şəkildə qanundan yan keçməyə çalışırlar.
    Niqab qadağası təkcə Fransada deyil, Belçika və İtaliyada da tətbiq edilir. Digər Avropa ölkələr də oxşar qanunu qəbuluna hazırlaşır.

    Qazaxıstanda dindən “çıxır”


    Ölkədə dini ekstremist ideyalarının yayılmasından sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dinlə bağlı yeni qanun layihəsini imzalayacağı gözlənir. Qanun layihəsi sentyabrın 21-də parlamentdə qəbul edilib. Yeni qanun dini fəaliyyəti məhdudlaşdırılan və ya qadağalar qoyulan təşkilatların qeydiyyatını çətinləşdirir.
    Qanuna görə, gənclərin dini təhsili yerli hakimiyyətlərin nəzarəti altında olacaq. Eyni zamanda, bu qanun iş yerlərində ibadət etməyi qadağan edir.
    “Dini fəaliyyət və Dini Assosiasiyalar” adlanan qanun ölkə ictimaiyyətində müzakirələr doğurub. Millət vəkillərindən biri, dindar Bekbolat Tleukhan deyib ki, öz ofisində ibadət edərsə, deməli, bu cinayət sayılacaq və o, qanunu pozmalı olacaq. O, iş yerində ibadətə qadağanın Konstitusiyaya zidd olduğunu bildirib. 
     


    Qazaxıstanda namaz zamanı


     
    Rəsmi məlumatlara görə, Qazaxıstanın 64 faizi müsəlmandır və əksəriyyəti sünni hənəfi təriqətinə inanır. Sünni hənəfilərin çoxu gündə 5 dəfə namaz qılır. Bunun 2-3  namaz vaxtı iş saatlarına düşür.
    “Kazaxıstan Zhastray” Qeyri-Hökumət Təşkilatının rəhbəri Maksat Nurypbaev deyib ki, adamlar inam və ya iş seçimi qarşısında qalacaq, bu isə düzgün deyil.
    Qanuna görə, məscidlərin və dini təşkilatların qeydiyyatı üçün yerli və mərkəzi hakimiyyətlərdən icazə tələb olunur.
    Qanunun əleyhinə olanlar onu dini azadlıqların məhdudlaşdırılması kimi xarakterizə edir, lehinə olanlar isə hesab edir ki, ölkədə dini ekstremistlərin fəaliyyətinin qarşını alacaq.
    Prezident N.Nazarbayev bu il çıxışlarında tez-tez vurğulayıb ki, ölkənin dini ekstremistlərdən müdafiəsinə ehtiyac var. O, bu yaxınlarda məscid tikdirən imkanlı qazaxları da tənqid edib.
    Qazaxıstanda bu il bir neçə terror hadisəsi baş verib. Bundan sonra rəsmilər tez-tez Orta Asiyanın ən stabil ölkəsində dini ekstremizm təhlükəsinin artmasını bildirirdilər və qanun layihəsini də hökumətin buna reaksiyası kimi qəbul etmək olar.
     


    Ölkədə İslama meyllənənlərin sayı  çoxalır


     
    Dini rəsmilərin məlumatlarına görə, məscidlərin və burda namaz qılanların sayı da artıb. Paytaxt Astanada azı 30 min adam hər gün məsciddə namaz qılır. Bildirilir ki, onların 60-70 faizi dövlət orqanlarında çalışanlardır. Astananın 700 min əhalisi var.
    Hicab geyinmək də şəhər və kəndlərdə qız və qadınlar arasında populyardır. Mədrəsə yoxdursa, molla və ya imam yanında yeniyetmə övladlarının müəyyən dərəcədə dini təhsil almasını istəyən valideynlərin də sayı çoxalır.
     


    Yeni qanun narazılığı artıra bilər


     
    Milli Birlik Qeyri-Hökumət Təşkilatının rəhbəri Kanat Juman deyib ki, yeni qanun layihəsinin dindarlara xeyli məhdudiyyət gətirəcəyindən, onlar arasında narazılığa və qəzəbə səbəb  olacağından narahatdır: “Biz deputatlarla danışdıq ki, qərar gərək qanun şəklində olmasın. Bu layihə heç kimlə məsləhətləşmədən, dini qrupların və ya adamların fikirlərini dinləmədən hazırlanıb”.
    Qeyd edək ki, əgər bu qanun imzalansa, o, 1992-ci ildə qəbul edilən və hazırkı “Dini Azadlıqlar və Dini Assosiasiyalar” haqqında qanunu əvəz edəcək.

    Ərəb qızı şallaqlanacaq


    Səudiyyə Ərəbistanında  Shaima Ghassaniya adlı xanım məhkəmə tərəfindən 10 şallaq cəzasına məhkum edilib. Səbəb – bu xanımın krallıqda qadınların maşın sürməsinə dair qadağaya məhəl qoymamasıdır.
    Əslində, qanunvericilikdə ərəb qadınlarının sürücülüyünü qadağan edən heç bir tələb yoxdur. Lakin yerli dini qanunlar zərif cins nümayəndələrinin sükan arxasına oturmasını qəbul etmir. Bu, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə dair məhkəmədə çıxarılan ilk qərardır.
    Maraqlısı odur ki, bu qərar kral Abdullahın məlum fərmanından 2 gün sonra qəbul edilib. Səudiyyə kralı ilk dəfə qadınların seçici kimi hüquqlarını tanıyan sərəncam vermişdi. Qərara görə, 2015-ci ildə qadınlar yerli icra orqanlarına seçkilərdə iştirak edə biləcəklər.

    Rus məktəblərinə hicab olar, digərlərinə yox?


    Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyinin binası qarşısında müsəlman icmalarının mitinqi keçirilib. Aksiya iştirakçıları orta məktəblərdə hicabın qadağan edilməsinə etirazlarını bildiriblər. Onlar nazirin hicaba icazə verilməsi haqda Fərman imzalamasını istəyiblər.
    Təhsil və elm naziri Kanat Sadıkov mitinq iştirakçıları ilə görüşüb. O,  bəyan edib ki, nazirliyin hicaba icazə haqqında Fərman verməsinə ixtiyari çatmır.
    Bu dərs ili başlayandan sonra ölkə üzrə bir sıra məktəblərdə ümumi məktəb formasını əsas gətirərək  hicablı qızları məktəbə buraxmayıblar. Amma bu qadağa məktəblərin hamısında tətbiq olunmayıb.
    Valideynlər bildiriblər ki, rusdilli məktəblərdə hicabla bağlı problem yaşanmayıb, qadağa əsasən qırğızdilli məktəblərdən gəlib.

    Gənclər öz imamlarını özləri seçmək istəyir


    Brüsseldə yaşayan gənc müsəlmanlar öz baba-nənələri kimi mövcud məscidlərə getmək istəmirlər. Onlar gedəcəkləri məscidlərdə imam və axundları özləri seçmək istəyirlər.
    Sosioloq Leyla əl-Bəşiri “Le Soir” nəşrinə müsahibəsində deyib ki, indi Belçikada yaşayan müsəlman gənclər İslam qanun-qaydalarına müxtəlif dərəcədə maraq göstərirlər. Onlar əsasən 3 qrupa bölünürlər:  “Onların bir qismi – neo-sələfilər çox qapalıdırlar. Kişiləri uzun saqqal saxlayır, qadınlar tamamən örtürlər. Onlar yalnız bir məscidə gedirlər. Bu adamlar əsasən kasıb olur və öz dinlərinə ciddi riayət etməyi şərəf məsələsi kimi qəbul edirlər. Neo-sələfilər sanki cəmiyyətdən kənarda qalmağa çalışırlar”.
    Tədqiqatçı bildirib ki, Belçika müsəlmanları arasında geniş qismi də “Müsəlman qardaşlar” hərəkatının tərəfdarıdır. Onların fəaliyyətinin əsas məğzi ictimai fəaliyyət, intellektual inkişaf etməkdən ibarətdir. Bu icma üzvləri hətta qadının başının örtməsini də vacib saymırlar. Odur ki, bu qrupa aid müsəlmanlar müasir məscidlərdə ibadətə gedirlər.
    Və nəhayət, feminist müsəlmanlar - əsasən hicab uğrunda mübarizə aparılır. "İstəyirəm, başımı örtürəm” devizi ilə yaşayan bu xanımlar üçün hicab – azadlıq rəmzidir.
    Brüssel – Avropada müsəlmanların ən çox müsəlman yaşadığı şəhəri sayılır. Burada əhalinin 17 faizi müsəlmandır.

    Belçikada şəriət məhkəməsi işə başlayıb


    Antverpendə İslam hüququ əsasında fəaliyyət göstərən məhkəmə yaradılıb. Burada əasən boşanma və varisliklə bağlı məsələlərə aid mübahisələrə baxılacaq. Şəirət Məhkəməsinə mübahisəli tərəflərin hər ikisinin razılığı əsasında müraciət oluna bilər. Bu, mütləq şərtlərdən biridir.
    Bu məhkəmə “Belçika üçün şəriət” müsəlman təşkilatının təşəbbüsü əsasında yaradılıb. məhkəmənin çıxardığı qərarların hüququ qüvvəsi yoxdur. Bu qurum əsasən mülki işlər üzrə məhkəmə proseslərində barışdırıcı, nizamlayıcı missiya rolunu oynayacaq.
    Antverpen bələdiyyəsinin nümayəndəsi Monika de Konink dini qurumların bu cür təşəbbüslərinin yerli hakimiyyət tərəfindən dəstəkləndiyini bildirib.

    İsraildə məscid yandırılıb


    İsrailin Tuba Zanqriya yaşayış məntəqəsi yaxınlığında məscid naməlum  şəxslər tərəfindən yandırılıb. Vandallar məscidin divarları üzərində “qiyamət” və “qisas” sözləri də yazıblar. polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Əraziyə toplaşan müsəlmanlar “biz susmayacağıq” şüarları səsləndiriblər. İnsidentdən sonra 300-ə yaxın şəxs isə əsas magistral yollarını bağlamaq məqsədilə yürüş edib. Baş nazir Benyamin Netanyahu isə ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti) rəhbəri ilə əlaqə yaradaraq yanğını törədənlərin tapılması barədə tapşırıq verib.


    Hansı ölkədə neçə müsəlman yaşayır?


    Hansı ölkədə neçə müsəlman yaşayır? Amerikadan Avstraliyaya, Rusiyadan Cənubi Afrikaya qədər 1.5 milyard müsəlmanın ölkələrə görə qruplaşdırıldı.
    İndoneziya
    Müsəlman sayı- 207,000,105
    Müsəlman nüfuzu- 88.20%
    Pakistan
    Müsəlman sayı-159,799,666
    Müsəlman nüfuzu-97%
    Hindistan
    Müsəlman sayı- 151,402,065
    Müsəlman nüfuzu-13.4%
    Banqladeş
    Müsəlman sayı-132,446,365
    Müsəlman nüfuzu-88%
    Misir
    Müsəlman sayı-70,530,237
    Müsəlman nüfuzu-85%
    Türkiyə
    Müsəlman sayı-68,963,953
    Müsəlman nüfuzu-99%
    Azərbaycan
    Müsəlman sayı-7,584,311
    Müsəlman nüfuzu- 93.4%
    Nigeriya
    Müsəlman sayı-64,385,994
    Müsəlman nüfuzu-45%
    İran
    Müsəlman sayı- 64,089,571
    Müsəlman nüfuzu-98%
    Əfqanıstan
    Müsəlman sayı-31,571,023
    Müsəlman nüfuzu-99%
    Səudiyyə-Ərəbistan
    Müsəlman sayı-26,417,599
    Müsəlman nüfuzu-100%
    İraq
    Müsəlman sayı-25,292,658
    Müsəlman nüfuzu- 97%
    Rusiya
    Müsəlman sayı-21,513,046
    Müsəlman nüfuzu-15%
    Çin
    Müsəlman sayı-19,594,707
    Müsəlman nüfuzu-1.5%
    Somali
    Müsəlman sayı-8,548,670
    Müsəlman nüfuzu- 99%

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 601
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30