Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mənim qəbiristanlıq sevgim
    Bəlkə də bu sizə qəribə görünəcək, mən qəbiristanlıqda gəzməyi çox xoşlayıram. Qəbiristanlıqda hər yaşda, hər xasiyyətdə adam tapmaq mümkündür. Bəzən tanımadığım adamların məzarı önündə dayanıb, onlarla uzun-uzadı “söhbət” edirəm. Nə olsun ki, qara mərmərdən hazırlanmış ağır daşların altında uyuyan bu adamların dili-ağzı yoxdur. Elə adamlar var ki, onların nə demək istədiklərini gözlərindən oxumaq mümkündür.



    Uşaq olanda nənəm məni tez-tez qəbiristanlığa aparırdı. Biz Novruz bayramının gəlişini səbirsizliklə gözləyirdik. Sonuncu çərşənbədən bir-iki gün əvvəl camaat haqq dünyasında olan qohum-əqrəbasının məzarını ziyarət edirdi. Arvadlar bu mərasimə bir həftə əvvəldən hazırlaşırdılar. Kənd camaatı hər dəfə qəbirüstünə çıxanda, nənəm bir qazan plov dəmləyərdi. Biz saat 12-də qonşularla bir yerdə qəbiristanlığa gedərdik. Nənəmin boğçasını mən daşıyardım.

    Bizim kənddə qəbir yerlərini pulla satmırdılar. Babamın məzarının yanında boş yer çox idi. Biz qəbirüstünə mart ayının ortalarında çıxdığımız üçün həmin ərazi yaşıllığa bürünmüş olurdu. Rəhmətlik nənəm hökmlü arvad olduğundan qonşular da öz süfrələrini babamın qəbrinin yanındakı çəmənlikdə açardılar. Nənəm əvvəlcə bir boşqab aş çəkib, babamın qəbrinin üstünə qoyardı. Sonra isə boğçasından alma, armud, qoz, fındıq, saçaqlı konfet çıxarıb məzarın üstünə düzərdi. Boğçasını daşıdığım üçün mənim cibimi konfetlə doldurmağı da yaddan çıxarmazdı. Buna baxmayaraq, mən nənəmin başının qarışmasından istifadə edib, babamın qəbrinin üstündəki saçaqlı konfetlərin bir-ikisini çırpışdırıb, dərhal həzmi-rabedən keçirərdim. Nənəm bunu görsə də, özünü görməməzliyə vurardı.

    Nənəmin dəmlədiyi plovun ətri ətrafa yayılardı. Amma elə arvadlar olurdu ki, qəbiristanlığa dolma, hətta toyuq qızartması gətirirdilər. Onlar bunun səbəbini belə izah edirdilər: “Rəhmətlik kişinin əvvəldən plovla arası olmayıb”.

    Biz evə qayıdandan sonra qəbiristanlığın yaxınlığında yaşayan uşaqlar məzarların üstündəki meyvəni, qozu, fındığı yığıb aparırdılar. Onlar qəbirlərin üstündən götürdükləri qozu, fındığı ertəsi gün məktəbə gətirirdilər. Yazıq xadimələr düz bir həftə partaların altından qoz-fındığın qabığını təmizləməklə məşğul olurdular.

    Babamın məzarı böyük bir iydə ağacının altındaydı. Onun qəbrinin yanında boş yer vardı. Nənəm orda müxtəlif çiçəklər əkmişdi. Nənəm həmin çiçəklərin başına dolanırdı. Biz çox sonralar bildik ki, nənəm bu yeri özü üçün saxlayır. Kəndimizdə yaşı altmışı ötmüş adamların hamısının qəbir yeri hazır idi. İnsanlar həmin əraziyə qəbir yeri deyil, doğma evləri kimi baxırdılar. Hətta ağsaqqallardan biri sağlığında başdaşına bu sözləri yazdırmışdı: “Mən öz evimdəyəm, siz isə qonaqsınız”.

    Nənəm bu dünyadan nisgilli köçdü. Biz onun sonuncu arzusunu yerinə yetirə bilmədik. Buna görə də nənəmi son mənzillə yola salanda ayağımız bir-birinə dolaşırdı. Şəhərin mərkəzindən Zabrat qəbiristanlığına qədər olan məsafə həmin gün bizə dünyanın o başı qədər uzaq göründü...

    Üç il əvvəl el ağsaqqalı Pirəli dayı dünyasını dəyişəndə, övladları Hovsan qəbiristanlığından yer aldılar. Dağ boyda kişini iki qəbirin arasındakı iki metrlik yerdə dəfin etdilər. Sağdakı qəbirdə uyuyan adam Azərbaycanın şimal, sol tərəfdəki qəbrin sahibi cənub rayonlarımızın birindəndir. Arvadı həyat yoldaşının qəbrini ziyarət etməyə gələndə, yaş torpağı qucaqlayıb belə deyib: ”Ay Pirəli, sən bu yad adamların arasında neçə baş çıxaracaqsan?”

    Mən, uşaq olanda yaşlılardan tez-tez bu sözləri eşidirdim: “Biz gor qonşusuyuq”.


    Etiraf edim ki, bu sözdəki hikməti Pirəli kişinin yaşı səksəni haqlamış arvadının giley-güzarını eşidəndən sonra anladım. Sən demə, bəzi adamlar o dünyadakı qonşusunu da bu dünyada seçirmişlər...

    Əvvəllər işğal edilmiş rayonlardan dünyasını dəyişənlər olanda, onun qəbrini çəpinə qoyurdular. Bu, həmin qəbrin əmanət olduğuna işarə idi. Ölü yiyəsi dünyadan köçən əzizini bir gün öz doğma yurd-yuvasında dəfn edəcəyinə inanırdı. Amma son vaxtlar bu qaydaya əməl olunmur. Camaat başa düşür ki, ermənilər qəbiristanlıqlarımızı çoxdan yer üzündən siliblər…

    Yeddi il əvvəl atam qəfildən dünyasını dəyişəndə mənim qəbiristanlığa bəslədiyim gizli sevgi yenidən üzə çıxdı. Əvvəllər bəzən elə olurdu ki, bir həftədə iki dəfə atamın məzarını ziyarət edirdim. Zabrat qəbiristanlığı son 7 ildə mənim ən çox baş çəkdiyim ünvandır. Burda müxtəlif taleləri yaşamış insanlar uyuyur. Qəbiristanlıqlar talelərin birləşdiyi məkandır.

    Qəbiristanlıqda dolaşarkən tez-tez maraqlı hadisələrin şahidi oluram. Atamın məzarının təxminən 20 addımlığında nurani bir qocanın qəbri var. Qəbrin üstündə bu sözlər yazılıb: “Oğlanları ..........dan xatirə”. Qəbrin ətrafını kol-kos bürüyüb. Neçə illərdi ki, atalarının məzarını ziyarət etmək beş oğulun heç birinin yadına düşmür.

    Azərbaycanda dünyasını dəyişən insanlar haqqında deyirlər: “Onu son mənzilə yola saldıq”. Həqiqətən də qəbiristanlıqlar insanların son mənzilidir. Buna görə də qəbiristanlıqdan qorxmağa, üşənməyə dəyməz. Onsuz da qorxunun əcələ faydası yoxdur...


    Seymur Verdizadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 566
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30