Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    O daşlar hələ də yağır
    Əli İldirimoğlunun “Daş yağan gün” romanı haqqında bir neçə soz

    Görkəmli yazıçı-publisit Əli İldırımoğlunun “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Həmin adam”, “Közərən sətirlər”, “Qarlı gecələr”, “Aqibət” romanlarını, eləcə də oçerklərdən ibarət “Silinməz izlər”, povest və hekayələrinin cəmləşdiyi “Dərd” kitablarını böyük həvəslə oxumuşam. Müəllifin bu yaxınlarda daha bir kitabının işıq üzü gördüyünü eşidəndə çox sevindim və “Daş yağan gün” romanının dərc olunduğu həmin kitabı əldə edib oxudum. Əvvəlcədən qeyd edim ki, qələminə, şirin, oxunaqlı üslubuna bələd olduğum yazıçının yeni yaradıcılıq nümunəsi də əvvəlkilərtək olduqca maraqlıdır. Amma Ə.İldırımoğlunun “Daş yağan gün” romanında diqqətimi daha çox cəlb edən, əsərin tarixi faktlar əsasında yazılmasıdır.



    Yazıçı romanın əsas qəhrəmanı Nəcəfin həyatını, yaşam tərzini, qarşılaşdığı haqsızlıqları qələmə almaqla, əslində ermənilərin insanlığına sığışmayan qəddarlığını, Azərbaycanın şəhər və kəndlərinə tutduqları divanı tarixi faktlara əsaslanaraq, bədii üslubda oxuculara təqdim edir. Nəcəf hələ qundaqda olarkən erməni qaniçənləri tərəfindən kəndi viran qoyulan, ata-anası, qardaş-bacıları amansızlıqla öldürülən bir obrazdır. O zaman hələ körpə olan Nəcəf doğma əmisi sayəsində ölümün pəncəsindən xilas olsa da, ata-anasız qalan bu uşaq sonrakı illərdə “dustaq ömrü” yaşamağa məhkum edilir. Əmisi onu öz övladlarından seçərək, yerini-otağını yumşaq yorğan-döşəkdə deyil, peyin iyi gələn üfunətli tövlənin ayağında, civirdən hörülüb düzəldilən çarpayıda salır. Əmisinin qoyun-quzularını otarıb çobançılıq eləyən Nəcəf ailənin digər üzvlərindən fərqli olaraq, yeməyini də burada yeyir. Əsgərlik yaşına çatsa da məktəb üzü görmür. Oxuyub-yazmağı çobanlıq edərkən dostlaşdığı balaca uşaqdan öyrənir. Bu cür ögeylik azmış kimi, əmisi yeri gəldi-gəlmədi Nəcəfi danlayır, vaxtıilə ölümdən qurtardığını dönə-dönə üzünə çəkməklə, onu qul halında saxlayır. Bütün bu haqsızlıqlara görə isə Nəcəf yalnız erməniləri günahkar sayır. Təklikdə qalanda, yağı düşmənin qarasınca danışır, mənim də atam-anam, bacım-qardaşım olsaydı həyan duranım olardı deyir.


    Nəcəfin kəndinin ermənilər tərəfindən dağıdılması, doğmalarının öldürülməsi onda bu millətə qarşı sonsuz nifrət formalaşdırır. Hətta yaylaqda olarkən alaçıq yoldaşlarına hücum çəkib qabağına kim keçdi, hamını qırmaq, məhv eləmək, erməni çobanlar Akopu, Armenakı da qanına boyamaq barədə düşünür. Amma özünü tez ələ alaraq, bu fikrindən daşınır. O, səfehləmə Nəcəf, sən Andranik, Nijdeh, Hamazas, Dro deyilsən, hünərin varsa andraniklərə, onun yolunu tutan əclaf erməni daşnaklarına gücünü göstər deyə, özü-özünü tənbeh edir. Lakin yaylaqda olarkən Andranik Torosoviç Ozanyanın başçılıq etdiyi quldur dəstəsinin üzvü olmağı, minlərlə günahsız türkü qanına-qəltan eləməyi ilə fəxr eləyən dağbəyi, Nəcəfin içindəki nifrət hisslərini yenidən alovlandırır. Nəcəf, dağbəyi vəzifəsini icra edən Andranik Poqosyanın onu nifrətlə süzməsini, hər dəfə üzləşəndə alçaltmasını həzm edə bilmir. O, canından, olanlardan bezərək bu daşnak tör-töküntüsünü öldürmək istəyir. Son anda əmisini, onun ailəsini düşünüb səbr  edir. Dağbəyi isə əcəli gəlmiş keçi kimi, gedib-gəlib  başını Nəcəfin çomağına sürtür. Ancaq hadisələrin gedişi yaylaqdan arana köçən zaman qəfil Nəcəfin xeyrinə dəyişir. Dağbəyi yeyib-içib, vaxtilə darmadağın elədiyi Həsənli kəndindən oğurladığı atın belinə qalxanda, Nəcəf onun silahı ilə havaya atəş açır. Güllə səsindən hürkən at əvvəlcə şahə qalxır və çay qırağı ilə sürətlə qaçmağa başlayır. Bu zaman bir ayağı atın üzəngisinə ilişən  dağbəyinin başı çay qırağındakı daşlara  çırpılır və o ölür.


    Əsərin ən önəmli hissəsi erməni gerçəkliklərindən bəhs edilən məqamlardır. Belə məqamlardan biri dağbəyi A.Poqosyanın Rusiyada tibb fakültəsində oxuyan qızı Silvanın dalınca Moskvaya getməsi anıdır. Qızından teleqram alan dağbəyi qatara bilet alıb yola düşür. Kupedə tarix elmləri namizədi, gürcü Eduard Çiburdanidze ilə tanış olur. Söhbət əsnasında “erməni soyqırımı”ndan, qisas üçün türkləri qırmağından fəxrlə danışan dağbəyi gürcü alimin söylədiyi tarixi faktlar qarşısında özünü itirir. E.Çiburdanidze arxiv materialları əsasında daşnak Andranikin türklərə qarşı xəyanətkar mövqeyi, uydurma soyqırımı, Zəngəzurun qəza rəisinin 11 dekabr 1918-ci il tarixli, 185 nömrəli teleqramı  və digər hadisələr barədə həqiqətləri söyləyir. Dağbəyini başa salır ki, andraniklər, nijdehlər, hamazaslar və droların faciəsi, malik olduqları gücü xeyrə deyil, şərə sərf etmələrindədir. Bildirir ki, daşnaklar tarixən türkləri, azərbaycanlıları qırdıqları qədər də öz  millətlərini qırğına verib, bununla da mənsub olduğu xalqın dostlarının yox, düşmənlərinin sayını artırıblar. Bu isə ermənilərin faicəsidir və gələcəkdə onlara  ucuz başa gəlməyəcək. Dağbəyi din qardaşının dediklərinə etiraz etməsə də, erməni xisləti onu bu gerçəklikləri qavramaqdan mərhum edir.


    Moskvaya çatan A.Poqosyan qatardan düşüb taksiyə əyləşir. Söhbət zaman sürücünün Ermənistan azərbaycanlısı olduğunu bilib, həmyerli kimi özünü təqdim edir, sadə, zəhmətkeş, qonaqpərvər Fərmanı aldadaraq, onun etibarından sui-istifadə eləyir.


    Romanda Nəcəfin Vətən borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşməsi, əsgərlikdə üzləşdiyi hadisələr də maraq doğurur. Ukraynada hərbi-xidmət keçən Nəcəf burada mesxeti türkü Rövzətlə dostluq edir. Hər iki gənc heç kimə söyləmədiyi dərdini, sirrini yalnız bir-birinə deyir. Bir dəfə Nəcəf Rövzətlə söhbət edərkən, ermənilərin onun başına gətirdikləri müsibətdən, kəndini dağıtmalarından, valideynlərini, qardaş-bacılarını öldürmələrindən danışır. Ona görə də, ermənilərə sonsuz nifrətinin olduğunu deyir. Bütün bu söhbətləri isə onların erməni əsilli komandiri Arsen Manukyan eşidir. Bunu hər iki əsgər də bilir. Bu səbəbdən komandirləri tərəfindən nə vaxtsa cəzalandırılacaqlarını fikirləşirlər. Amma bir bazar günü A.Manukyan Nəcəfi otağına çağıraraq onunla təklikdə söhbət edir. Nəcəfin başına gətirilən müsibətlərin səbəbkarı kimi mənsub olduğu millətin nanəcibləri əvəzinə ondan üzr istəyir.


    Bir neçə əclaf adamı millət adlandırmağın ədalətsizlik olduğunu vurğulayan komandir, milləti barədə qatil, vəhşi kimi qeyri-əxlaqi rəy formalaşdıranları gözünün işığı olsa belə, tərəddüd etmədən başlarını kəsməyə hazır olduğunu, özünün və atasının müsəlmançılığı qəbul etmək istədiklərini deyir. O, babası Manuk Manuçaryanın və əmilərinin daşnaklara qoşularaq bir çox kəndləri, o cümlədən, Çarhovuzlu kəndini viran qoymalarına, uşaqlı-böyüklü hamını qırmalarına rəğmən, illər sonra atasının tibb təhsili alaraq bu kəndə təyinat almasından sonra azərbaycanlıların onlara göstərdiyi xoş münasibətdən danışır. Bununla da əcdadlarının hərəkətlərindən xəcalət çəkdiyini söyləyir. Sonra isə Arsen Nəcəfi evinə qonaq aparır, onu həyat yoldaşı Qreta ilə tanış edir. Tanışlıqdan məmnun olan Qreta zaman keçdikcə Nəcəfə daha çox bağlanır. Milliyyətcə erməni olan Qreta əri, onun keçmişi, babası və  əmiləri barədə nifrətlə danışaraq Nəcəfi sevdiyini bildirir. Hətta onunla evlənəcəyi təqdirdə Nəcəfi xoşbəxt edəcəyini deyir. Nəcəf əsl türk övladı kimi kəsdiyi çörəyə, komandirinə, onun ailəsinə xəyanət eləmir. Əsərin qəhrəmanının bu cür kişiliyinin müqabilində isə komandiri Arsen erməni xislətinin qurbanına çevrilərək, onu məhv etməyə çalışır. Elə bu məqsədlə də Fin müharibəsində iştirak etməyə yollanan hərbi hissənin şəxsi heyyəti arasından Nəcəfi ayıraraq, yemək-içmək axtarıb tapmaq bəhanəsilə gecə vaxtı düşərgədən aralıda yerləşən kimsəsiz evə aparır. Heç kimin olmadığı qaranlıq evə çatanda öz silahı ilə Nəcəfi qətlə yetirir. Belə xəyanətkar mövqe seçdiyinə, namərdliyinə görə Arsen Manukyan da Nəcəfin dostu Rövzət tərəfindən öldürülür.


    Ümumiyyətlə, romanda həyəcanlı anlar bir-birini əvəz edir. Ən əsası isə əsərdə erməni xisləti müxtəlif obrazlar vasitəsilə oxucuya çatdırılır. Yazıçı-publisist Yaşarın təbirincə desək, “Əli İldırımoğlunun “Daş yağan gün” romanı göstərir ki, erməninin içinin türkə qarşı məkr, nifrət hissi ilə dolu olması, türkə qənim kəsilməsi türkün yox, erməninin faciəsidir. Çünki keçmişindən qurtulmayınca, erməninin gələcəyi olmayacaq”.


    Rufik İSMAYILOV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 504
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30