Vətən, tək sənədir böyük məhəbbət, Bu elə, bu xalqa sənsən səadət, Adına yazılıb bu əbədiyyət, Ey azad mustəqil Azərbaycanım.
Hədərə getmədi tökülən qanlar, Sənə qurban getdi igid insanlar, Sənin qeyrətindi bu qəhrəmanlar, Ey azad müstəqil Azərbaycanım.
Eşqin ürəklərdə dərindən-dərin, Artır gündən-günə, gücün, zəfərin, Yazılır tarixə şanlı hünərin, Ey azad müstəqil Azərbaycanım.
Tale sənə yazdı Ulu Heydəri, Oldu bu ölkənin, xalqın öndəri, Sarsılmaz liderin, ey "Şah əsəri", Ey azad mustəqil Azərbaycanım.
Düşmən ürəyinə lərzə salırsan, Sərvətin artdıqca sən ucalırsan, İlham tək rəhbərdən, ilham alırsan, Ey azad müstəqil Azərbaycanım.
Dalğalan ey üç rəng bayraq, dalğalan, Qürurun göylərdən enməsin bir an, Səni uca tutur bu Əziz Pünhan, Ey azad müstəqil Azərbaycanım.
|
|