Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Canavar balası
    Qurd Cəbrayıl: "Bilirdim ki Qəmərli kimi çekistlər heç vaxt heç kimin cinayətini bağışlamazlar". ("Arxadan vurulan zərbə")

    Həyat hadisələrlə doludur. Dialektik fəlsəfədə deyilir; hər şey axır, hər şey dəyişir. Hadisələr də müxtəlif olur. Bəzən gözləmədiyimiz halda elə qəribəliklərlə rastlaşırıq ki, hadisələrin nədən və necə baş verdiyinin izahını tapmaqda aciz qalırıq. Elə o səbəbdəndir ki, qəfıl olaraq dünyanın üzünə bozardığım bütün çılpaqlığı ilə görür, lakin çıxış yolu müşkülə çevriləndə özünü olduqca tənha hiss edir, sanki bütün ümidləri qırlmış ən miskin, həm de kimsəsiz bir vücuda çevrildiyinin fərqinə varmaya bilmirsən. Və elə buradaca düşünürsən ki, əcəba, axı nə üçün...

    Axı nə üçün və səbəbdən xislətimizdəki bütün murdarlıqları qəlbimizdə bəsləməyi özümüzə rəva bilir, amma yaradıldığımız kimi, yəni insan ola bilmirik. Bəlkə də, istəmirik bunu. Bir dönüb insan ola biləcəyimizdən qorxuraq, bəlkə. Bəlkə də...
    Bəzən adama elə gəlir ki, həyatda baş verənlər sadəcə təsadüflərdən doğan qanunauyğunluqlardır. Çox yəqin ki, elə bu səbəbdən də bildiklərimizdən və ya bilmək istəmədiklərimizdən asılı olmayaraq qarşılaşdığımız adi və qeyri-adi hallar təbii qanunauyğunluq kimi qəbul olunur. Lakin İslam fəlsəfəsi "təsadüf anlayışını qəbul etmir. Heç şübhəsiz ki, bizə təsadüf kimi görünən hər bir hadisə hansısa zərurətdən doğur. Amma bu, o demək deyil ki, həmin hadisəyə insan cavabdehlik daşımamalıdır.
    Qurani-Kərimdə göstərilir ki, AIlah-Təala insanı "faili-muxtar" (ixtiyar sahibi, əməllə-rində müstəqil) yaratmışdır. Habelə, müəyyən olunmuş həyat qanunları üçün də sərhədlərə qadağalar qoymuşdur. Qadağaları pozanlar şübhəsiz ki, günahkar sayılır. Günahlar da böyük və kiçikliyinə görə iki hissəyə bölünür. Böyük günahların da əksəriyyəti cinayət xarakteri daşıyır. Bu zaman cinayətkar - cani mütləq cəzalanmalıdır. Bu cəza bəzən bu dünyada, bəzən də axirətdə verilir. Real həyatda qarşılaşdığım hadisələrdən biri yuxarıda bəhs etdiyim günahların ən böyüyünün baş verməsi ilə sonuclandı. Nəticədə günah sahibi törətdiyi əməlin cəzasını hələ ki, məhkəmənin hökmü ilə çəkməsə də, cinayətkar kimi çəkmək məcburiyyətindədir. Bu hadisə böyüyüb boya-başa çatdığım doğma kəndimdə (Masallı, Türkoba kəndi), yerli əhalinin gözü qarşısında baş vermişdir. Çox maraqlı və təəssüfedici fakt ondan ibarətdir ki, Türkoba kimi dindar bir kənddə cinayət törədilir, lakin heç bir müsəlman narahat belə olmur. Sanki belə bir hadisənin baş verəcəyini yəqin edən Adəm övladları buna bilərəkdən göz yumur və "mənə nə" deyib biganəlik nümayiş etdirərək seyirçi mövqeyi tuturlar. Bir anlığa da olsa bu cür laqeydliyin haradan qaynaqlandığını və insanların nə üçün haqqı deməkdən qorxduqlarını düşünürsən. Fəqət düşünə-düşünə bu cür insanlarda əqidə və iman zəifliyinin cücərməkdə olan toxumlarını görür-sən. Cücərən bu yabanı toxumlar insanlarda Qiyamət gününə inamsızlığın yaranmasına gətirib çıxara bilərmi?-deyə düşünürsən. Bax, bu, gələcək nəslin ən dəhşətli faciəsidir. Bu qorxulu tendensiya Adəm övladına Qurani-Kərimdə buyurulan "Həqiqətdə Allah xain baxışlara və qəlblərdə olan gizli mətləblərə alimdir..." ayəsini xatırladır və "əgər dərk etsəydin, heç şübhəsiz ki, belə etməzdin", - deyə işıqlı yol göstərir.
    Bütün bunlar bir qisim insanlar tərəfindən sovet ideologiyasının mənfur qalıqları kimi də qəbul edilə bilər. Lakin faktın mövcudluğu həmin şəxslərə şəriət baxımından da belə düşünməyə heç bir əsas vermir. Çünki qəbul etmək istəmədiyimiz əski sovet ideologiyası məmləkətimizi müstəmləkəsində son 70 ildən artıq bir dövrəsində bizlərə müsəlmanlığımızı belə unutdurmağa çalışırdı. Lakin bizlər dil içərisində dilimizi, din içərisində dinimizi qoruyub saxlaya bildik. Şəxsən bir ruhani kimi məhz İslama xidmət etdiyim üçün olmazın təzyiqlərə, təqiblərə, hətta təhqirlərə belə məraz qalmışam. Lakin iman və ali dinimiz olan İslama inam məni yolumdan döndərə bilməyib.
    Mətləbdən yayınmayaq. Görün nə qədər dəhşətli haldır ki, Türkoba kimi dindar bir kənddə baş verən ölüm hadisəsi elə həmin kəndin camaatı tərəfindən ört-basdır edildi. Hadisəni gözləri ilə görənlər sanki kor imişlər deyə, haqqı-ədaləti söyləməkdən çəkindilər. Beləliklə, həm qanun, həm də şəriət baxımından cinayət və günah sahibi olan bu şəxslər başa düşmək istəmədilər ki, onlar bu "lal, kar və korluqları ilə zalıma kömək edib, məzlumun haqqını batırırlar. Nəticədə haqq-ədalət boğulur, cani azadlıqda gəzir, məz-lum isə gecə-gündüz əzab içində qıvrılır.. Olduqca utanc gətirən olay və simasızlığın etalonu deyilmi? Məsum bir ana camaatın gözü qarşısında avtomobillə vurularaq qanına qəltan edilir. Ətrafdakılar isə bir anın içində "lal, kar və kor"a çevrilirlər. Hələ bu azmış kimi, daha "çevik və diribaş", həm də simasız şahidlər isə ürək sızladan qanlı hadisənin üstünü örtməklə qısa zaman kəsiyində qəfil varlanmaq sövdasına düşürlər. Və buna qismən də olsa nail olurlar. Haram rahatlığın ağuşuna atılaraq haramzadalıq edən bu şərəfsizlərin məsum bir ananın qan puluna hərisliyi caninin ölkəni asanlıqla tərk etməsinə şərait yaradır. Heyhat və yazıqlar olsun ki, haramzadalıq edənlər içərisində mənim doğmalarım da var. Hələ pərdə arxasında gizlənərək drijorluq edən bəzi "qohumlar" özlərini guya daha ağıllı sandıqlarından və "ehtiyat" hərəkət etdiklərindən "səhnəyə" çıxmağın vaxtı olmadığını düşünür və məqam gözləməyi daha məqbul sayırlar. Dəhşətlidir, dəhşətli olduğu qədər də faciəvidir. Düşünürsən, əcəba onlar hansı haqq və hansı üzlə yer üzündə rahat gəzəcəklər, deyə bilmərəm. Lakin bütün varlığımla əminəm ki, onların saxta təbəssümləri heç vaxt vicdanları sarmış ləkələri pərdələyə bilməyəcək.
    Hadisə ilə bağlı kənd ziyalısı, mərhum Rzabala Qurbanov yas mərasimlərinin birində qatilin və ona havadarlıq edənlərin kimliyinin əsl simasını, daha doğrusu, simasızlığını mənimlə söhbəti zamanı olduqca gözəl xarakterizə etdi: "Bacımızın qətlində haqlı olaraq şübhələndiyiniz adamların qanında haqsızlıq və haramzadalıq var. Əsli-nəcabəti olmayan, halal-haram bilməyən, kəbinsiz dünyaya gələnlərdən hər şey gözləmək olar".
    1963-cü ilin sentyabr ayında məhəllə ağsaqqalı, halal zəhməti ilə dolanan İshaq Əsədullayev işdən evinə qayıdarkən QAZ-51 markalı yük maşını ilə vurulur. Cani yaralı İshaq kişiyə kömək etmək əvəzinə küt alətlə onun baş nahiyəsindən vurur, (yaralı on-lara yalvarıb-yaxarsa da heç bir faydası olmur, hətta vəhşilər yük maşınında olan qızların qara-qışqırığına belə məhəl qoymayaraq) onu vəhşicəsinə qətlə yetirirlər. Hələ o zaman faktla bağlı açılan cinayət işi çətinliklə də olsa sübuta yetirilir. Aydın olur ki, sürücü köməkçisi Əliməmməd Əsədullayev yaralı insanı ağır dəmir alətlə öldürüb. Sonradan qurulmuş ssenari üzrə guya sürücü "kişilik" edib bütün cinayətləri öz üzərinə götürür, nəticədə "dişi canavar" Əliməmməd Əsədullayev cismani azadlıqda qalır.
    Təəssüflər və yenə təəssüflər olsun ki, bizlər bu tip canlıları tanıya-tanıya rahat buraxır və növbəti cinayətlərə zəmin yaradırıq. Unuduruq ki, cinayətə göz yummaq, onun baş verməsinə şərait yaratmaq elə cani ilə şərik olmaq deməkdir.
    Gənclik illərimdə eşitdiyim maraqlı bir hekayət bu hadisələrlə demək olar ki, tam uzlaşır: İşdən evinə qayıdan qazi qonşu uşağın diri bir qazın lələklərini dartıb çıxartdığını görsə də, əhəmiyyət verməyib yoluna davam edir. Uşaq isə qazın çığırtısından sanki ləzzət alırmış kimi, işinə aramsız davam edir. Qazi gecə yuxu aləmində Qiyamət məhkəməsinin şahidi olur. Onun əməl kitabçasına qiymət verilərkən məlum olur ki, hər şeyə yerli-yerində, yəni qanunauyğunluqla əməl olunmuşdur. Fəqət, o uşağın törətdiyi xoşa-gəlməz hərəkətlərinə əhəmiyyət vermədiyinə görə (bir heyvanın əziyyətinə görə), ona cəza tətbiq edirlər. Qazi öz qışqırığına yuxudan ayılır və tövbə edərək Allah-Təaladan üzr istəyir.
    Kələfin ucu sonralar açıldı. Mənə bütün yəqinliyi ilə məlum oldu ki, hadisəni görənlərin çoxu pul alıb aradan çıxdılar. Yəni, doğurdan da pul əqidə və vicdandan qiymətlidir? Görəsən insan da qan pulu yeyər? Əlbəttə yeməz! Bəli, insan - kişi qan pulu yeməz, ancaq müəyyən adamlar var ki yeyər, hələ üstündən su da içər. Bir də ki, həmin adamları bir şey çaşdırıb; kənddə baş vermiş əvvəlki cinayətlərin açılmaması. Hansı ki, Fərəmil kişinin cavan oğlunu - Şafıq Ağayevi vuran avtomobildə Məmmədəli Məmmədov və piyalə dostları olmuşlar. Sürücü onların qohumu olduğu üçün cinayətin üstünü örtdülər. Lakin haqq-ədalət batmaz, gec də olsa güclü bir partlayışla açılar. Necə ki, açıldı. Şahidlərin də acı taleləri hamının gözü önündədir. Bütün kənd əhli - uşaqdan tutmuş böyüyə qədər bunları bilir və zaman-zaman təhlil edirlər. Amma təəssüflər olsun ki, bir nəfər qeyrətli kişi cürət edib bir kəlmə söz belə demir. Həzrət Peyğəmbərimiz (s) buyurur: "Törətdiyin əməldən qafil olma, buğda əkən buğda biçər, arpa əkən arpa".
    Bu başıbəlalı kənddə faciə ilə nəticələnən yol-qəza hadisələri çox olub, amma maraqlıdır ki, əksəriyyətinin də üstünü "gözübağlı" şahidlərin köməkliyi ilə asanlıqla qapamağa müvəffəq olublar.
    Qonşumuz Manaf İsa oğlu Əliyevin yeniyetmə oğlunun ölüm işi kimi. Bu gənci QAZ 51 markalı yük maşını ilə vurub öldürdülər. Kənd camaatı isə sadəcə "susdu". O hadisədə də qazanan bu işi araşdıranlar oldu...
    Hadisə bir neçə il gizlədildi, lakin fələk öz işini gördü. Hadisəni törədən sürücü öz əməlinin "bəhrəsi"ni elə bu dünyada aldı. Heç bir düşüncəyə gəlməyən şəraitdə, həmişə gözü önündə, ürək ağrısı ilə yad olunan, heç vaxt yaddan çıxmayan bir halda ondan qisas alındı. Bəli, gec də olsa, güclü oldu. Məgər başqasının qəlbini yandırmaq balaca işdir? Bəs nə üçün deyiblər, özünə rəva bilməyəni, başqasına rəva bilmə. Hamının əlin-də hadisə, qəza baş verə bilər, lakin onu yoluna qoymaq, günahı etiraf etmək hər iki aləmdə - dünya və axirətdə insanın cəzasını yüngülləşdirəcək və o, cəmiyyətdə, xalq arasında daim üzüağ olacaq. Quran-Kərimin buyurduğuna görə, hər hansı bir hadisəni görüb deməyənin gözlərini Qiyamət günündə xalqın qarşısında yerindən oyub çıxaracaqlar.
    Bəli, bu gün hüquq-mühafızə orqanlarına gün kimi aydındır ki, hadisə bu iki nəfərin -Gövşən və Elçinin arasında olub. Bacımın qatili onlardır. Lakin şahidlərin qaçıb gizlən-məsi işi ləngidirdi.
    Bacımın qətli ilə bağlı maraqlı bir nüans var, heç şübhəsiz. Avtomobil Gövşənindir. Bəlkə də qəza baş verən vaxt avtomobili idarə edən Elçin Nəzərov olub.
    Hər halda sükan arxasında kimin oturmasından asılı olmayaraq (Elçin və ya Gövşən), bunların hər ikisi cinayətkardır. Çünki bir yerdə olublar. Amma bütün bunlara baxmaya-raq avtomobil sahibi Gövşəndir. Günahkar da odur...

    Cinayətin izi ilə


    Cinayətin təzəsi, köhnəsi olmur, cinayət elə cinayət olaraq qalır. O, göz qabağında olan qara yaradır. Heç zaman yaddan çıxmır, həmişə göynəyir. Qılınc yarası müəyyən dövrdən sonra sağalırsa da, lakin söz yarası daha dərin işləyir.
    Bəli artıq cani təslim olmaqdansa, söz yarası vurmağa cəhd edir. Görünür, həyasız-lığın daha da görünməyən sədləri varmış.
    15 il bundan əvvəl Masallı rayonu Türkoba kəndində avtomobil qəzası nəticəsində baş vermiş faciəvi ölüm çox adamı sarsıtmışdı. Kimini ər kimi, kimini övlad kimi, kimini bacı kimi, kimini də qardaş kimi. Bəli, bu sarsıntı hələ də sarsıdır. Heç şübhəsiz ölüm haqdır, hamımız öləcəyik. O Allah tərəfindən bir əmrdir. Onunla hamımız razılaşmalıyıq, qocası da, cavanı da. Amma adama təsir edən, adamı sarsıdan mənəviyyatsız adamların həyasızlığıdır. Onların məst halətdə - içkili vəziyyətdə törətdiyi hadisələr böyük və ağır cinayətlərə səbəb olur. Elə-belədə özünü idarə edə bilməyən axmağın biri, içki içərək olan-qalan ağlını da əldən verəndən sonra, sükan arxasına keçir, günahsız insanların həyatına bais olur.
    On beş il bundan əvvəl içkili vəziyyətdə avtomobili idarə edə bilməyən əyyaşın biri, məsum bir ananın həyatına qəsd edərək, onun yaralı nəşini ortada qoyaraq, qaçıb gizlənməyə müvəffəq olan, müəyyən vasitələrlə cinayəti ört-basdır edərək aradan çıxan bir canlıya - bir həyulaya daha nə ad vermək olar? Budur əsas sarsıntı - qara yara...
    Hadisəni törədən Gövşən, bir zamanlar "peyğəmbər" də oldu. Lakin buna nə mən, nə kəndin digər ağsaqqalları heç bir əhəmiyyət belə vermədik. Onun bu hərəkətini kiçicik bir psixi pozğunluq kimi qəbul etdik. O, xırdaca saqqal saxlayıb, əlinə bir təsbeh alaraq, özünü bölgə "peyğəmbər-"i adlandırdı. Az birzamanda "müridləri" də tapıldı. Kəndin cavanlarını başına yığıb onlara qəribə məcaralar uyduraraq, guya ona gələn "vəhy"lərdən danışırdı. Söz yox, ona heç kim inanmırdı, amma "peyğəmbər" süfrəsində oturmaq onlara sərf edirdi. "Müridləri" yarı zarafat-yan ciddi soruşardılar, bəs, sənə nazil olan ki-tabdan, səhifədən bir şey yoxdur? O da deyərdi ki, bu günlərdə veriləcək. Sonralar doğrudan da ona "vəhy" gəldi, bu "vəhy" ondan ibarət idi ki, guya sən demə birinci arvadın qızını, ikinci arvadın oğlu ala bilərmiş. Ata-ana razı olmasalar da onlar gizli sevdalaşarmış. Uşaqlardan ona etiraz edən olsa da, o, "peyğəmbər" olduğu üçün dediyi sözün üstündə durdu. Görməli günlərimiz var imiş... (Bu barədə daha sonra yazılacıq kitabda məlumat veriləcək).
    Bütün ağıllı adamlar, (müsəlman və ya qeyri müsəlman) çox gözəl bilirlər ki, XV əsr bundan qabaq peyğəmbərlik xətm olub - başa çatıb. Sonradan bunu iddia edən hər hansı bir cinsdən olan şəxs, ya psixi xəstə, ya da məşhur fırıldaqçıdır. Ən təəccüblü iş isə belələrilə oturub-duranların kimliyidir...
    Bu gün belə bir adam (peyğəmbər) cinayəti törətmədiyinə and içir. Çoxu da ona inanır. Halbuki, bilə-bilə ki, bu adam özünü peyğəmbər adlandırırdı. Maraqlıdır, bu adamlar bilə-bilə ki, özlərini peyğəmbər, imam və s. adlandıranlar kafir və Allaha asi olanlardır, belələrinə and düşmür, yenə də onunla oturub-dururlar. Qorxmurlar ki, belələrinin odu onları da yandıracaq. İnsanlar həqiqi peyğəmbərlərin göstərişlərinə əməl etməkdə tənbəllik, yada ki, səhlənkarlıq edir. Görəsən belə "peyğəmbər"lərin sözünə andına nəyə görə inanırlar?..
    Sonralar bu "peyğəmbər" təsdiqlənmədiyini görüb, saqqalını qırxdı, təsbehini də "şəriətinin ilk qurbanının boynuna salıb, təzə stillə şəninə badə qaldıra-qaldıra musiqi sədaları altında uzaq ellərə yola saldı. Sən demə, bunu peyğəmbərliyə vadar edən, kiçicik tarlasında əkdikləri xaşxaş danələri imiş ki, sonralar nəşə deyilən hazır maddəyə çevrildi. Onu dəmli görən cavanlar- ətrafına cəmləşən müridlər: "Sən necə peyğəmbərsən ki, nəşə çəkirsən", soruşanda, "nəşə, cənnət bitkisidir, onsuzda cənnətdə bizə bu nəşədən verəcəklər, mən indidən onun qabağına gedirəm",-deyərdi. "Peyğəmbər" iddiasında olan Gövşənə bundan əlavə tərif verməyə ehtiyac yoxdur. Təəssüf doğuran məsələ budur ki, bacı-qardaş izdivacını halal bilən belə bir ailəyə seyyidlər qız verib, qohum da oldular...
    11 ildən sonra Azərbaycana dönən "peyğəmbər"lə daha sıx birləşmək qəsdilə, sanki yaxşı cinsdən toxumluq almaq üçün yenidən seyidlərimiz bir qız da öz oğlanları üçün aldılar. Belə bir əcaib və qəribə hekayəni də yenidən şərh etməyə ehtiyac duymuram. Bu da bir tarixdir. Amma ləkəli bir tarix...
    Tarixi bir rəvayətə də nəzər salaq. Bəhlul-Danəndənin dövründə bir kişi bir küpə qızılı əmin bir adamın evində əmanət qoyur. Əmin adam qızılları boşaldıb yerinə saxsı qırıntıları tökür. Küp sahibi qayıdandan sonra əmanətini geri istəyir. Lakin qızıl yerinə saxsı qırıntıları gördükdə təəc-cüblənir. Əmin adam onun təəccübləndiyini görəndə: "Özün qoymusan, özün də götürürsən, mən ki, ona əl vurmamışam, bura peyğəmbər şəhəridir, peyğəmbər şəhərində möcüzə ola bilər",-deyir. Kişi hara şikayət edirsə, əhəmiyyəti olmur. Hadisədən xəbər tutan Bəhlul-Danəndə kişidən 1 ay möhlət istəyir ki, əmanəti ona qaytartsın. Bəhlul əmin adamın hey-kəlini oturaq halda düzəltdirib evinə aparır. Sonra iki dovşan balasını onun qucağında xörək yeməyə öyrəşdirir. Hər zaman dovşan balaları acanda ge-dib heykəlin qucağında oturar və yeməklərini gözləyərmişlər. Bu zaman Bəhlul əmin adamın məktəbə gedən azyaşlı uşaqlarını evinə aparıb gizlədir. Bir neçə gündən sonra xəbər verir ki, sənin uşaqların bizə gəlib çıxıblar. Əmin adam uşaqlarını geri istəyir. Bəhlul dovşan balalarını quca-ğına götürüb onlara gəlir. Evə daxil olan kimi dovşan balalarını buraxır. Dovşanlar qaçaraq əmin adamın qucağında otururlar. Bu adam Bəhluldan dovşanların sirrini soruşanda Bəhlul deyir ki, bunlar sizin uşaqlardır, bizə gələndən sonra dovşana çevriliblər. Əmin adam əsəbləşib qışqırır: "Bu nə söhbətdir mənə danışırsan". Bəhlul aramla: "Bura peyğəmbər şəhəridir, bu şəhərdə hər zaman möcüzə ola bilər",-deyir.
    Əmin adam məsələnin mahiyyətini başa düşərək Bəhlulla razılığa gəlir. "Sən övladlarımı mənə qaytar, mən də qızılları sənə təhvil verim",-deyir. Beləliklə, peyğəmbər şəhərində olan bu "möcüzə" öz müsbət həllini tapır.
    Amma baş vermiş avtomobil qəzasındakı qətl hadisəsinin müəmması hələ də açılmaq bilmir. Görünür, "peyğəmbər"in müridləri hələ də ona sadiqdirlər.
    Bəli, artıq məsələ aydındır. İllərdən bəri şübhə ilə yanaşdığımız adamların üstündən artıq pərdələr götürüldü. Müqəssirlər bu gün güzgü kimi bizə aydındır.
    Yuxarıda qeyd etdiyimiz kimi bu günlər bizim keçmiş "peyğəmbər"imiz Gövşən şəraba meyl edəndən sonra xoşhallıqdan ağlayaraq: "Mənim canımdan nə istəyirlər, niyə Elçindən yapışmırlar" deməklə heç də səhv etməyib. O sərxoş halda sükanda Elçinin olduğunu deyib. Bir az da pis...
    Həmçinin Zahid də and içməkdə zahirən səhv etməyib, çünki 15 ilin ərzində el-obada yayılan söz-söhbətlərdən və qeyrətə gəlmiş şahidlərin dediklərindən aydın olmuşdur ki, həqiqətdə avtomobil Gövşənin olsa da həmin vaxt sükanın arxasında Nəzərov Elçin Vəlihəd oğlu olmuşdur. Hər ikisi içkili və nəşəli olduğundan hadisəni necə törətdiklərini fəqət röya kimi təsəvvür edirlər. Hələ də vicdanı qarşısında hesabat vermək istəmirlər. Bizdə deyirlər: "Caninin dini əqidəsi olmur, cani elə canidir ki, var".
    Bəli, budur əsl müəmma. Artıq burada bizə məlum olan üç müqəssir var.
    1. Avtomobil sahibi Gövşən, sükanı Elçinə etibar edən Gövşən və şahid Gövşən.
    Yenə də Gövşən və Elçin hadisənin əsas müqəssirləridirlər. Yerdə qalan şahidlər isə bizə Allah-Təala tərəfindən vəd olunan qiyamət günü öz layiqli cəzalarını alacaqlar.
    Haşiyə: Beş-altı ay bundan əvvəl bu dələduzlar növbəti bir plan cızmışdılar. Onlar naşı bir ssenarist kimi bir pərdəli tamaşa hazırlayıb səhnəyə qoymaq istəyirdilər. Nədənsə artistlər zəif olduğundan tamaşa alınmadı. Onlar kənd adamlarından bir neçə nəfəri ortalığa atmışdılar. Guya Rəcəbov Qiyasın oğlu İlham Lənkarandan - əsgərlik yoldaşının toy məclisindən qayıdarkən içkili olmuş və hadisəni törətmişdir. Onun maşınında bacısının əri Əfsər müəllim və Batandartdan Yusif adlı bir qonaq da olmuşdur. Həmin Yusif guya hər il İlhamdan pul alırmış ki, məsələni açmasın. 15 ildən sonra Yusif qonşusu, Masallı rayonunun Türkoba kəndindən olan Qurbanov İlqar Hilal oğluna sirr gələrək: "Sizin kənddə 1996-cı ildə baş vermiş hadisənin aqibəti necə oldu?",-deyə soruşur. Sonra isə: "Əgər pul qazanmaq istəyirsənsə, get İlhama məsələdən agah olduğunu de və ondan istədiyin qədər pul al",-demişdir. İlqar da öz növbəsində guya qaynı Ağayev Pənah Aşur oğluna məsələni danışmış və ikitrəfli pul qazanmağı ona tövsiyə etmişdir. Belə ki, Pənah Gövşənin qardaşı Əlihüseynə bu "şad xəbəri" verməklə, həm Əlihüseyndən pul alacaq, həm də Rəcəbov İlhamdan pul götürəcəkmiş. Onlar məsələni dəfələrlə kənddə səhnəyə qoysalar da heç bir reaksiya verən olmamışdır. Çünki hamı çox gözəl bilir ki, mərhumənin böyük qardaşı Seyidzadə Mirəziz Mirəsgər oğlu (müəllif) Rəcəbov Qiyasla çoxdandır ki, yaxşı münasibətdə deyil. Əgər zərrə qədər bu işdə şübhə yeri olsaydı, heç şübhəsiz ki, Hacı Mirəziz bu işi belə qoymazdı. O, Rəcəbov Qiyasla ikiqat, üçqat haqq-hesab çəkərdi. Görünür ssenarini yazanlar əvvəldən yanılmışlar. Nə isə, bu da bir tarixdir. Amma heç kəs unutmamalıdır ki, haqq incələr, üzülməz. Sonda haqq-ədalət zəfər çalacaq. Nə isə, bu barədə sonra...
    II Dünya Müharibəsinin bizə vurduğu mənəvi və maddi ziyanları çox olmuşdur. Kiminin ayağı, kiminin gözü, kiminin əli şikəst olmuşdu. Bəziləri də beyindən zədə almışdılar. Belələrindən biri hərdən mənə macəra danışardı. Deyərdi ki, bir də görürdüm ki, üstümüzə təyyarə gəlir, hamı sevinclə qışqırardı: naşi, naşi, naşi. Mən isə baxan kimi deyərdim: "lojis... samolyot naş, a lyotçik ne naş"...

    Müəmmalar...


    Ən maraqlı və düşündürücü fakt odur ki, həmin günlərdə rayonun bütün avtomobillərini ekspertizadan keçirdən polis işçiləri (Həmin dövrdə Masallı RPŞ-nin rəis müavini işləyən Qambay Muradov və Boradigah qəsəbə PB-nin rəisi Təhmasib İbrahimov) nədənsə Gövşənin avtomobilini ekspertizadan keçirmədən aradan çıxartdılar. Budur əsl müəmma...
    Hadisənin şahidləri - Ağayev Coşğun Mirpenc oğlu və Kişiyev Vüqar Almas oğlu gördüklərini olduğu kimi mənə danışdılar: "Biz yaxında idik, bizimlə üçüncü adam da var idi. Bu adam Oqtay Bilal oğlu idi. Şəfəq qaralmaqda idi. Möhkəm tappıltı səsi gəldi. Üzbəüz gələn maşının işıqları söndü. Biz yaxınlaşanda Nuriyev Mərifət Mehtaban oğlu vurulmuş qadına kömək edirdi. Hadisə yerinə yaxınlaşan İsayeva Xeyrənisə qadın başını yaylığı ilə sarıyırdı. O, inildəyirdi. Gövşən ilə Elçin, Mərifətlə Xeyrənisəyə nəsə deyib onları uzaqlaşdırdı. Onlar bizi də qovmağa çalışırdılar. Biz əhəmiyyət vermədik. Yanınızda olan üçüncü adamı - Əkbərov Bilalın oğlu Oqtaya da nəsə deyib onu da uzaqlaşdırdılar. (Onu da deyim ki, Oqtay mərhumənin dayısı oğludur) Bu zaman Zahid Sadıqov yaxınlaşdı: "Adə, bu bizim Zabitədir ki, gəlin kömək edək, maşına qoyub xəstəxanaya aparaq",-deyə qışqırdı. Bir azdan yaxınlıqda olan kafeden adamlar bir-bir gəlməyə başladılar. Nəsirov İnqilab və Talıbov Rahib də yaxınlaşdı".
    Bir neçə gündən sonra Oqtayla Mərifət yoxa çıxdılar. Sonradan məlum oldu ki, bunları kənddən uzaqlaşdırıblar. Coşğun və Vüqarın da evlərinə gedib "ağzınıza yiyə durun" tapşırığını vermişdilər. Mərhumənin qohumu - bibisi nəvəsi ilk istintaqı aparan müstəntiq Məmmədov Ərzuman Səyyad oğlu da bir müddətdən sonra: "Mən qohumam, mənim işi aparmağım yaxşı deyil" deyib, işi müstəntiq Namiq Bayramova təhvil verdi.
    Həmin dövrdə Masallı RPŞ-nin rəis müavini işləyən Qambay Muradov və Boradigah qəsəbə polis bölməsinin rəisi Təhmasib İbrahimov (haliyədə Ağcabədi RPŞ-in rəisi vəzifəsində çalışır) birləşərək məsələni "pulun xeyrinə" həll etdilər. Eyni zamanda Ağayev Gövşən Əliməmməd oğlunu da respublikadan uzaqlaşdıraraq işi açıq saxladılar. Bu illər ərzində həmişə xəyallarla yaşamışam. Onlar deyərdilər ki, Gövşən haqqında axtarış vermişik. Mən də fikirləşirdim ki, nə vaxtsa tutub gətirəcəklər. Sən demə Qambay və Təhmasib məni aldadırmış. Bu adamlar çoxdan bir-birləri ilə "düzəlişiblərmiş".
    Qeyd: Ərzivanın təhsil almasında və işə düzəlməsində bir qohum kimi mənim böyük köməkliyim olmuşdur. Bunu bütün kənd bilir. Hadisədən sonra o, tez-tez şəhərə gələrdi. Mən onu həmişə məzəmmət edərdim. O, sözlərimə qulaq asar, sakit dayanar, bəzən də əsəbiləşib müəyyən etiraflar edərdi. Bir dəfə ağzından qaçırtdı ki, nə edim, elə şeylər var ki, demək olmur, zaman gələr bilərsən...
    Bir gün də xəbər gəldi ki, Ərzivan qəflətən ölüb. Bu hadisə 2002-ci il iyun ayının 10-da baş verdi. Bu müəmmalı ölümün də müəmması açılmadı. Bəlkə də açmadılar. Bəlkə də şərab süfrəsində qeyri-iradi deyilən bir sözün badına getdi Ərzivan. Çünki illər keçdikcə, cani Ərzivanı daha təhlükəli rəqib sayır, onu nəyin bahasına olursa-olsun tərksilah etməyə çalışırdı. Dəfələrlə sözarası ifadələr, onun kinini daha da artırır, ona qarşı nə isə fıkirləşirdilər. Günün birində qonaqlıqdan evinə gələn Ərzivan qapı önündə yerə sərilir, ürəyi partlayaraq vəfat edir. Bu boyda hadisəyə onun iş yoldaşları belə narahat olmur. Təbii olüm adı ilə dəfn olunur Ərzivan. Yeddi gün məclis verilir, bozbaş yeyilir, vəssalam.
    İllərlə böyük torun ilmələri arasında çobalayan cani bundan sonra bir anlıq rahatlıq hiss etsə də, daxili həyacan onu, torun kiçik və narın ilmələrində yenidən dolaşdırır. "Birdən bu məsələ araşdırılsa, vəziyyət necə olar?", - deyə narahat olur. Sonra isə "Eh, kimi var ki, araşdırma da aparsın? Bir azdan qarışacaq köhnə ölülərə, yaddan çıxacaq".
    Hələ Elçin Nəzərovun anasının sözü görün necə də gülüncdür. "Ay kişi, onsuz da hərə bir cür ölməlidir, bu qadın da belə ölüb də, siz nə istəyirsiniz, camaatm balalarından?.." Yazıqlar olsun! Bəs haqq, ədalət, mizan-tərəzi, bəs qiyamət günü...

    Doğmaların səhvi


    Doğmalarımdan biri həmişə deyərdi: Hacı, əgər 10 ildən sonra da məlum olsa ki, hadisəni törədən Gövşəndir onu öz əllərimlə boğaram. Bir ildən sonra Gövşənin qardaşının toyu oldu. Xəbər almışdım ki, Gövşən toya gələcək. Odur ki, Qambaya zəng edib xəbər verdim. Qambay və Təhmasib guya axtarışda olan Gövşəni həmin gecə götürəcəkdilər. Sən demə Gövşəni öz xeyrinə görə götürəcəkmişlər. Onların dediyinə görə hətta hava limanında da adamları gözləyirdi. Sonradan məlum oldu ki, həqiqətən də çox adam onu gözləyirmiş. Gözləyirmişlər ki, onun təhlukəsizliyini təmin etsinlər, toyda iştirak etsin və gecə ilə də onu arxayın yola salsınlar. Saldılar da! Hətta həmin adamla - Gövşəni əlləri ilə boğmaq istəyən adamla. Çiynində ulduz gəzdirən adamla. Gətirdilər və yola da saldılar. Nəyin xatirinə?! Bu isə gün kimi aydındır. Çirkin pulların xatirinə. Nar-kotik maddələrin dövriyyəsindən əldə edilən çirkin pulların hesabına. Hava limanından Masallıya, Masallıdan hava limanına pul paylanıdı həmin gecə. O günlərdə mən müqəddəs Kərbəla müsafiri idim. Yolüstü Qambay Muradovla əlaqə saxladım, "arxayın ol Ağa, o daha bizim əlimizdən qaça bilməz", - dedi cənab Qambay. Kərbəladan qayıdandan sonra mərhum Hacı Abdulla İbrahimovla (keçmiş Ali Məhkəmənin sədri), DİN Cinayət Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirovun qəbulunda olduq. Ondan xahiş etdik ki, Gövşənin Rusiyadan gətirilməsində bizə kömək etsin. Zakir Nəsirov Masallı RPŞ-nin rəis müavini Qambay Muradova bizim yanımızda sərəncam verdi ki, Hacı Mirəzizə kömək et. Qambay da öz növbəsində 2 nəfər polis işçisinin ezamiyyə xərclərini qeyri-rəsmi olaraq məndən aldı. Burada da bir xeyli qabağa düşdü. Bir neçə gündən sonra mənə telefonla dedi ki, uşaqlar Gövşəni gətirəndə gecə qatardan özünü atıb qaçıb. Yenə əlimiz boşa çıxdı. Bir sözlə hara əl atdım, məni aldatdılar. Haqsızlıq o dərəcəyə gəlib çatmışdı ki, hətta mərhumə bacımın paltarlarını ekspertiziaya göndərməmişdilər. İki aydan sonra yenə mərhum Abdulla İbrahimova əziyyət verib ekspertiza institutuna getdik. Sədr bizi qəbul etdi. Məlum oldu ki, burada da bizi aldadıblar. Sədrin tələbindən sonra paltarları göndərsələr də, çox vaxt keçdiyindən artıq heç bir əlamət aşkar olunmadı. Qambay Muradov və Təhmasib İbrahimovun apardıqları "operativ" işlər ancaq onların öz xeyrinə oldu. Sanki Gövşən onların əlinə sağmal inək kimi düşmüşdü. Əgər Saxalində dustaqda olmasaydı bəlkə hələ də onu sağacaqdılar. Kim bilir bəlkə də qardaşı Əlihüseyn südü vaxtı-vaxtında özü aparıb təhvil verir. Bəlkə də...
    Ağayev Gövşən, Nəzərov Elçin və onların dirijorlarının şərikli qətl hadisəsi el arasında açılsa da, hüquq-mühafızə orqanları tərəfindən də açılmalıdır - sübuta yetməlidir. Doğrudur, 15 il daxili iztirab çəkməyin özü həbsdə yatmaqdan çətindir. Əlbəttə, vicdanı olanlar üçün. İnanıram ki, hər dəfə mərhumənin adamlarını görəndə heç olmasa onların susan vicdanı narahat olur. Amma bütün bunlara baxmayaraq, heç istəməzdim ki, bu məsələ, bu kin-küdurət nəsilbənəsil davam etsin. Əgər bu cahil canilər bu neçə illər ərzində gəlib etiraf etsəydilər, mən məsələni yenidən araşdırmazdım, yaranın üstünü qoparmazdım. Lakin Gövşənin həyasızlığı və simasızlığna baxın ki, vətənə qayıtdıqdan sonra, mərhumənin uşaqlarından polisə şikayət ərizəsi də verir ki, məni təhqir edirlər. Deyəsən bu, həyula istəyirmiş ki, onun qabağına gül-çiçəklə çıxsınlar. Hayasızlığın son həddi. Deyilmi?..
    Lakin hamının bildiyi kimi ilan nə qədər əyri getsə də yuvasına düz girər. Qazanda nə varsa, çömçəyə də o gələr.
    Və ən nəhayət, canavar balası böyüyəndə canavar olar...

    Cinayətin üstü açıldı


    Heç şey itmir, heç şey yaddan çıxmır. İnsan hər zaman etdiyi əməllərə, dediyi sözlərə məsuliyyət daşıyır. Əgər bu belə olmasaydı Allah-Təala ədalət məhkəməsi təyin etməzdi. Əgər zaman ötdükcə insan məsuliyyətdən yaxa qurtara bilsəydi, o zaman Mübarək kimilərini 30-35 ildən sonra xərəkdə məhkəməyə gətirməzdilər. Deməli, insanlar törətdikləri əməllərin mükafatını alacaqlar. Yaxşıya-yaxşı, pisə-pis. Həyati bir əhvalat çox maraqlıdır. Şəhərdə bir müəssisənin qarşısında ahıl bir kişinin qoluna qırmızı lent bağlayıb durduğunu gördüm. Avtomobili saxlayan kimi yanımı kəsdi. Dedim ki bir nəfəri gözləyirəm indi gedəcəyəm, dedi ki, dəxli yoxdur yeri "zanit" etmisən, pulunu verəcəksən. Dedim ki, axı sən özün heç təyinatlı deyilsən. Bir vəsiqə göstər görüm hansı idarə tərəfindən səni bura təyin ediblər. Məlum oldu ki, bu adam özü üçün çörək pulu qazanır. Soruşdum təqaüd almırsan? Dedi aldığım təqaüd məni qane etmir. Oğlanlarım da mənə baxmır. Ona görə 5-6 saat buralarda durub gündəlik 5-10 manat qazanıram. Axır ki, onun kimliyini öyrəndim. Sən demə uzun müddət müxtəlif rayonlarda milis rəisi (polis rəisi) işləyib. Təəssüflə bir az yaxşı günlərindən danışdı, sonra da bəli, bu da axırı deyib bir ah çəkdi. Mən istəməzdim Təhmasib İbrahimovun aqibəti belə olsun. Amma bunu da bilirəm ki, hər kəs əkdiyini biçəcək. Çox olur ki, müəyyən adamlar kiminsə hesabına vəzifəyə, yüksək məqamlara yetişirlər. Kiminsə yedəyində gedirlər, amma unutmurlar ki Allah-Təalanın vədəsi həm yaxın, həm də dözülməzdir. Məgər 50 il kifayət etmədi ki, həyat həqiqətlərini dərk edəsən. Keçmiş qazilərin biri eninə-uzununa baxmadan hər müqəssirə yüz çubuq təyin edərmiş. Növbəti müqəssir alim adam idi. Qazi hələ işlə tanış olmadan ona da yüz çubuq vurmağı əmr edir. Alim gülür.
    Qazi onun gülməyinin səbəbini soruşur. Alim deyir. O çubuqdan heç olmasa özünüzə bir neçə ədəd vur-durmusuz? Onun əziyyətini dadmısınız? Deməyə nə var ki. Heç olmasa özünüzü bir an bu adamın yerində qoyun. Hər adama yüz çubuq deyirsiniz, belə olmaz axı. Bir mənim işimlə tanış olun, sonra qərar verin. Əlbəttə, kimliyindən asılı olmayaraq hər adamın daxilində haqq ədalət deyilən bir meyar olmalıdır. Səni dövlət ona görə vəzifəyə qoyub ki, insanların müqəddaratını ədalət prinsiplərinə uyğun həll edəsən. Hər yetənə yüz çubuq vurmaq olmaz. Hər hansı bir müqəssir törətdiyi cinayətə görə cəza almalıdır. Hər bir hadisəni, cinayəti nəinsə xatirinə ört-basdır etmək olmaz. Zamanın sahibi var, bir gün səninlə haqq-hesab edərlər. O zaman artıq peşmançılıq gec olar. Onsuz da dünyamız yaxşı yaman keçəcək, necə deyərlər - tərə yeyən də, səhərə çıxar, kərə yeyən də. Amma axirət və əbədi həyatı düşünmək onun üçün çalışmaq əsl hünərdir. Elə işləməlisən ki, işdən çıxandan sonra da, insanların gözünə düz baxa biləsən. Elə yaşamalısan ki, xalq sənə həmişə hörmət etsin. Bu səadət də insana məhz əməlinə görə qismət olur. Lakin vəzifədə olanda sənə verilən səlahiyyətdən sui-istifadə etmək heç zaman başı ucalıq gətirməz.
    Deyirlər haqq incələr üzülməz bir də deyirlər ki, qisas qiyamətə qalmaz. Uzun bir zaman keçsə də Axır ki, bir gün dil çaşdı və həqiqəti dedi. 1996-cı ilin mart ayının 28-də olan ölüm (avtonəqliyyat) hadisəsinin həqiqi sirri axır ki, 2011-ci il avqust ayının 21-də sızma verdi. Özü də həmin idarədə. Masallı rayonunun Boradigah qəsəbəsində. Polis bölməsində. Lap elə rəisin öz otağında. Mən Mirəziz Seyidzadə, Türkoba kənd icra nü-mayəndəsi, Asif Xəlilov, kiçik oğlum Mirsəid Seyidzadə, bölmə rəisinin özü İlkin İsmayılov və hazırda ikinci dəfə Türkoba kənd sahə müvəkkili Vidadi Hüseynov (ikinci dəfə ona görə deyirəm ki, 1996-cı ildə hadisə zamanı bizim kəndin sahə müvəkkili işləyirdi. Bu hadisəyə görə onu işdən uzaqlaşdırdılar) aramızda gedən xırda mübahisədən açıldı. 2011-ci il avqust aynın 21-də Türkoba kənd məscidində iftar süfrəsi verirdim. Vaxta qənaət etmək məqsədilə məscidin həyətində yerləşən xeyir-şər binasının mübahisəli məsələsinə görə polisdən kömək istəməli oldum. Rəis İlkin İsmayılov təklif etdi ki, sahə müvəkkili Vidadi özü gələcək, nə lazımdır edəcək. Diksinmiş kimi oldum. Necə? Vidadi yenə bizim kəndin sahə müvəkkilidir. Bu necə oldu? Axı mərhum bacımın ölüm hadisəsindən sonra onu kənddən uzaqlaşdırmışdılar. Axı mərhum bacımın qanını elə Vidadi batırdı. Vidadi hadisəni ört-basdır etdi. İndi gəlib mənə kömək edəcək. "Onun köməyi mənə lazım deyil",- deyəndə; Vidadi əsəbi halda dedi ki,  mən hadisəni törədəni həmin axşam tutub gətirdim. Gecə yarısı isə onu buraxdılar. Mən nə edə bilərdim ki... Mən sözümə davam edərək bir az da sərt dedim. Axır ki, illərdən sonra Vidadi də özündə qeyrət tapdı və haqqı dedi. "Mən qeyrətsiz deyiləm, sizin o dəstəyə gücünüz çatmadı mənsə balaca adam idim. Hadisəni törədənin Gövşən Əliməmməd oğlu olduğunu hamı bilir. Sənin yaxınların da bilir. Amma mən nə edim ki, hamı susur".
    Rəis İlkin İsmayılov - "Hacı o məsələyə sonra qayıdarsız, bu günkü söhbəti həll edək",- üzünü Vidadiyə tutub axşam çağı saat 17:00-da məscidin qabağında olursan, mən də bir neçə polislə, özüm də şəxsən iştirak edəcəyəm. Axşam çağı saat 17:00-da hamımız məscidin həyətinə gəldik, lakin Vidadidən bir xəbər yox idi. O hətta mobil telefonunu da söndürmüşdü. Bu da yenə bacımın ölüm hadisəsi ilə əlaqədar idi.

    Başa bəlalı xeyir-şər binası


    Məscidin həyətində olan xeyir-şər binası vaxtılə təsərrüfat mağazası idi. Onun satıcısı da Məmmədəli Məmmədov adlı kənd sakini idi. Kənddə olan hər hansı bir hadisəyə Məmmədəli müdaxilə edərdi. Həmişə sahə müvəkkilləri ilə əlaqədə olardı. Bacımın ölüm hadisəsinin açılmamasında da Məmmədəlinin böyük rolu vardı. Hadisəni törədənlə birbaşa qohum olduğundan Vidadi ilə həmfikir idilər. Beləliklə hadisə açılmamış qaldı.
    Sonralar məscidin həyətində boş qalmış təsərrüfat mağazasını heç bir dəyişiklik etmədən içərisinə stolstul yığıb oranı şadlıq evi kimi işlətməyə başladı. Bu isə nə insanlığa, nə şəriətə, nə adət-ənənəyə və nə də milli-mənəvi dəyərlərə - mentalitetimizə uyğun gəlmirdi. Bir tərəfdə məsciddə namaz qılan mömin müsəlmanlar, bir tərəfdə də musiqi sədaları demək olar ki, hər gün bir-birinə qarışırdı. Namaz qılan ağsaqqal kişilər eyni vaxtda çalınan musiqi sədalarına etiraz edir, şənlikdə şərab içib sərxoş olan cavanlar isə: - "kəsin bu azanın səsini" deyərək məscidə hücum edirdilər. Hətta bəziləri araq şüşələrini məscidin həyətinə atmaqla öz etirazlarını bildirirdilər. Təsərrüfat mağazasının tualeti olmadığından sərxoş sərsəmlər məscidin divarına da özlərini dayayırdılar. Bütün bunlar mömin müsəlmanların əqidəsinə təsir edirdi. Hər gün demək olar ki, mənə kənd ağsaqqalları şikayət edir, buna bir əncam çəkilməsini istəyirdilər. Dəfələrlə Məmmədli ilə söhbət etdim. Heç vəchlə onu razı sala bilmədim. Nə üçün ki, bu adam da şəraba meyilli idi. Onun üçün belə əyyaşlıq etmək, belə həyat tərzi keçirmək xoş idi. Ən nəhayət əlacsız qalıb məsələni "Azərittifaqın" İdarə Heyətinə çıxartdım. Mənə məsləhət bildilər ki, həmin təsərrüfat mağazasını satın alıb özəlləşdirmək lazımdır. Məmmədəliyə də təklif olundu ki, bir müddət satıcı işləmisən, sən də ala bilərsən.
    Məmmədəli isə mənim pulum yoxdur, deyə kənara çəkildi. Bu zaman din və əqidə naminə 2-3 nəfər dostlardan pul borc edib həmən binanı 25 min manata alqı-satqı etdik. O gündən məscidin həyətində şadlıq evi məsələsi dayandırıldı. Və polisin nəzarəti ilə orada daha toy çalınmadı. Buna baxmayaraq Məmmədəli müqavimət göstərir, hər bir vəchlə orada nə isə bir musiqi məclisi, kef məclisi, içki məclisi təşkil etmək istəyirdi. Hər dəfə də mömin müsəlmanların və şəxsən mənim müqavimətimlə rastlaşırdı. Ən nəhayət öz iyrənc hərəkətlərini işə salan Məmmədəli bir gün də məhkəmə qarşısında dayanmalı oldu. Mənə atdığı böhtana, şərəf və ləyaqətimi təhqir etməyə görə Məmmədəli 1 il həbs olundu. Bir neçə aydan sonra qohum-qonşuların qınağını nəzərə alıb Məmmədəli ilə həbsxanada görüşdüm. Ona təklif etdim ki, sənin burdan çıxmağına kömək edəcəyəm. Amma xahiş edirəm tutduğun işə görə tövbə edəsən. Mənə cavab verdi ki, 10 il də burada yatsam çıxan kimi yenə də məscidin həyətində toy edəcəyəm. Beləliklə, söhbətimiz alınmadı. Məmmədəli öz pis niyyətində qaldı. 5-6 aydan sonra da vəfat etdi.
    Məmmədəli məsələsini ona görə ortaya atdım ki, o bu işləri təkbaşına etmirdi. Vidadi kimilər ona yol göstərir, dəstək olurdular. Bu gün də Vidadi dostu Məmmədəlinin əqidəsini müdafiə edir. Onun ailəsinə mənfi məsləhətlər verir.
    Avqustun 21-i axşam çağı saat 17:00-da ora gəlməməsinin səbəbi də keçmiş dostluğun sədaqəti idi. Telefonla Məmmədəlinin yoldaşını, oğlunu və iki qızını təlimatlandırmışdı. Əlinizə neft və kibrit götürün hay-küy edib özümüzü yandırarıq deməklə polis rəisini də qorxuya sala bilərsiniz. Halbuki məhkəmənin qərarı ilə bina öz sahibinə verilmişdir. Amma qanun hələ də belələrinin hesabına öz əksini tapa bilmir.
    Bəli, Vidadi Hüseynov hələ də köhnə səhflərinin üstünü örtməyə çalışır. 15 il öz çirkin vücudunda belə cinayəti gizlədən Vidadi və vidadikimilərin gec də olsa iç üzü açıldı. 2011-ci ilin 21 avqustunda haqq-ədalət Vidadinin xəbis qəlbindən azadlığa çıxdı. Kim bilir belələrinin qəlbində neçə-neçə üstü örtülü qalmış belə cinayətlər torpaq altında inildəyəcək.

    Get əlindən nə gəlir elə ...


    Özündən razı olanlar tezliklə böyük bəlalara düçar olurlar. Özündən razı olanlar bir növ xatircəm olarlar. Mən filankəsəm, heç kim mənə heç nə edə bilməz, xüdpəsəndlik bəlası ən sağalmaz dərddir. Bəlkə də bu məqaləni yazmazdım. Amma onun qəba rəftarı və mənim üzümə telefonu qapatması məni belələrinə ədəb dərsi keçməyə vadar etdi. 15 il bacımın ölüm hadisəsindən keçib. Bu 15 ildə nə qədər şikayətlərim olsa da bir dəfə olsun belə Təhmasib İbrahimovla görüşməmişəm. Ona görə görüşməmişəm ki, o mənim kimliyimi bilə-bilə mərhum bacımın qanını batırdı. Qan pulu aldı. Salyan rayonunda işə düzəldi. Sonra da Ağcabədi rayonuna polis rəisi getdi. Bütün bu illərin keçməsinə baxmayaraq, bir gün də olsa belə mərhum bacımın ölüm hadisəsi məni rahat buraxmır. Öz kəndimdə günün günorta vaxtı, kəndin izdihamlı yerində avtomobillə adam vursunlar, nə vuran, nə də hadisəni görənlərin heç biri hadisənin təfsilatını və eyni həqiqətini danışmadılar, demədilər, haqqın üstünü örtdülər. Nəyə görəsə bilmirəm. Narkotik maddələrin dövriyyə pulumu onların gözünü tutdu? Bilmirəm. Axır ki, 15 il hadisəni gizlətdilər. Buna görə çox sürücülər əziyyət çəkdilər, maddi ziyana düşdülər, mənəvi işgəncələrə məruz qaldılar. Mən və mənim nəsil şəcərəm həmişə bir xəbər sorağında olmuşuq. Müqəddəs məkanlarda, Qədr gecələrində dualar etmişəm ki, İlahi bu sirri açmayınca məni dünyadan aparma. Nəhayət sevinirəm ki, 2011-ci il avqust ayının 21-də yuxarıda qeyd etdiyim kimi hadisə sızma verdi. Sağlam düşüncəm məni aldatmamışdı. İlk gündən Gövşəni bilirdim. Ona görə də həmişə onu təqib etmişəm. Yenidən məsələni araşdırmağa başladım. Bir neçə gündən sonra Bakı şəhərində mötəbər bir yas mərasimində Təhmasib İbrahimovu gördüm (Hadisə olan ili Təhmasib İbrahimov Boradigah polis bölməsinin rəisi idi). Uzaqda oturmuşdu. Ona xəbər göndərdim ki, telefon nömrəsini yazıb mənə versin. Bir azdan telefonuma zəng gəldi. Ona tərəf baxanda işarə elədi ki, mənəm. Məclisdə onunla söhbət etmək imkanı olmadı. Elə bildim ki, məclisdən sonra görüşüb söhbət edərik. Məclis başa çatanda artıq Təhmasibi tapa bilmədim. Gecə ona zəng vurdum. Səninlə görüşmək istəyirəm dedim. Nə məsələdir, deyə narahat halda soruşdu. Dedim ki, avqusutun 21-də kənddə idim, Vidadi ilə rastlaşdım. Onun susmuş vicdanı axır ki, dilə gəlib danışdı. Söz ağzımda qaldı. Vidadi də belə-belə olsun, o biri də... Mən 20 ildir ki, kənddən çıxmışam. Sənin də əlindən nə gəlir get elə. Mənə heç kim heç nə edə bilməz, deyib telefonu söndürdü. Təəccüb içində donub qalmışdım. Ağcabədi kimi böyük bir rayonun polis rəisinin belə hərəkəti məni heyrətə gətirdi. 15 ildən sonra olmuş hadisədən bəzi nüanslara aydınlıq gətirmək istədim, onda da belə bir kobudluqla üzləşdim. Onun belə hərəkəti mənə daha çox təsir etdi. Hüzurumda müqəssir olan bir adam yaralı qəlbimin yarasına sanki duz tökdü. Gecəni bir təhər açdım. Səhəri onun yaxın dostu ilə görüşdüm. Vəziyyəti olduğu kimi ona danışdım. Dostu da təəccüb etdi. Dedim bəlkə sərxoş olub. Dostu onun çoxdan içki içmədiyinə şəhadət verdi. Dedim onda deyəsən arxası möhkəmdir. Bəlkə də, deyə dostu təəssüflə köks ötürdü.
    Məgər arxası güclü olanlar cinayəti gizlətməlidir. Məgər hadisənin üstündən illər keçəndə təsir qüvvəsini itirir. Məgər uca və mərhəmətli Allah öz qanunlarında rəislərin xeyrinə dəyişiklik edib? Bəlkə də, uca yerdən yıxılanlar daha çox əzilirlər. Qiyamət haqq-hesabı da öz yerində.

    İmtahan


    Bu da bir imtahan idi. 15 il narahat yatdım. Qardaşlarımdan, əmim oğlanlarından küsülü qaldım. Neçə illər onlarla danışmadım. Nə bilim özləri bilsin. Hələ də onlar guya mərhumənin qatilinin kim olduğunu bilmirlər. Amma bəlkə də zaman-zaman baş verən hadisələr onları da rahat buraxmır. Bəlkə də dəfələrlə mübahisələri olub. Olayları bir-birinin üzünə vursalar da daha sıx birləşməyi də unutmayıblar. Bir-birinə qız verib, qız da alıblar. Hələ kim bilir bəlkə yenə də buna hazırlıq görürlər. Kişilər məsləhətləşincə ar-vadlar artıq nişan aparırlar. Beləliklə də qaryağır iz itir, görəsən doğrudan da iz itir, yaddan çıxır, əsla yox. Gövşənlə kövşən bir-birinə calaq olsalar da iz itməz. Nəzərov Elçinin şərikli cinayəti həm dünya, həm axirətdə öz layiqli cəzasını alacaq. Rusiyanın qarlı çovğunlu həbsxanasında çürüyən Gövşənin hələ bəlkə də əzabının başlanğıcıdır. Məkkəyə gedib Kəbə evini hərlənən qardaşı Əlihüseyn gələndən sonra təsadüfən mənim əlimin üstünü öpdü. Doğrusu qəlbim çox narahat oldu. Amma nə edim ki, bu iş qəflətən baş verdi. Hələ də çimçəşirəm, çünki Müqəddəs Kəbə də onun qəsavət qəlbini haqqa tərəf döndərə bilmədi. Bəli, gen özünü təsdiqlədi. Nə olardı ki, illərlə gizlətdiyi sirri Məkkədən gələndən sonra açıb etiraf edəydi, haqqı deyəydi. Bəlkə sonrakı yaşayış illərində üz-üzə gələndə narahat olmayaydıq. Onsuz da onların müəllimləri 11 il Gövşəni Vətəndən uzaqlaşdırdı. "Artıq 11 ildən sonra səni daha həbs edə bilməzlər",-deyə Gövşəni kövşənə gətirdilər. Gətirdilər ki, yenidən kənddə narkotik maddələrlə cavanları zəhərləsin. Yenidən cildə girən köhnə "peyğəmbər" bu səfər başqa don geydi. Qoca bir mollanı aldadaraq özünə bir kağız aldı. Hətta iş o yerə gəlib çatmışdı ki, kənd məscidində axundun əvəzinə pişnamazlıq edirdi. Bu xəbəri eşidəndə çox narahat oldum. Bir neçə qeyrətli cavanların əli ilə axır ki, o murdarı məsciddən uzaqlaşdırmağa nail oldum. Sonra da eşitdim ki, pişnamazlıq əbasına narkotik büküb Saxalinə aparıb. Yaxşı ki Rusiya hüquq-mühafizə işçiləri əbadan şübhələnib keçmiş "peyğəmbər"i həbs ediblər. Müsəlmanlar "qan pulu" alıb buraxdılar, xiristianlar isə həbs etdilər.
    Heç istəməmişəm kiməsə pislik edim, kiminsə haqqında hətta pis fikirləşim. Nədənki İslam dininə xidmət etdiyim üçün, nahaqla barışmadığım üçün həmişə din düşmənləri məni təqib ediblər. Gücləri çatmayanda haqqımda böhtanlar deyib, xalqın gözündən salmağa çalışıblar. Bütün bunlar üçün heç də narahat deyiləm. Çünki bilirəm ki, mən kiməm, Allahımı tanıdığım kimi özümü tanıyıram. Lakin istəmişəm ki, insanlar, qohum-qəbiləm, yaxınlarım öz haqlarını müdafiə etməyi bacarsınlar. Bu yırtıcılar onların sadəliyin-dən istifadə edib aldatmasınlar, illərcə onları ələ sala bilməsinlər. Kaş mənim yaxınlarım həyat hadisələrini zaman-zaman təhlil etməyi bacaraydılar. Heç olmasa "Yeddi oğul istərəm" filmindəki Gəray bəyin komsomol Cəlala dediyi sözləri bircə dəfə xatırlayıb düşünəydilər... Təəssüflər yenə də təəssüflər...
    Məkkənin fəthindən sonra Həzrət Peyğəmbərin əmisini - Həmzəni öldürən Vəhşi adlı birisi Peyğəməbərə xəbər göndərdi ki, müsəlman olsam məni bağışlayar? Həzrət Peyğəmbər buyurdu: O İslamı qəbul edə bilər, lakin xahiş edirəm mənim ətrafımda çox dolanmasın. Yəni hər dəfə onu görəndə əmim Həmzə yadıma düşər. Halbuki Vəhşi kafir ikən döyüşdə Həmzəni şəhid etmişdi. Amma bizim bacımızı iki şərabxor, narkoman kən-din mərkəzində avtomobillə vurub öldürdü. Və 15 il bizi aldada-aldada (əlbəttə məni yox, sizi) hətta qız alıb, qız da verdilər.
    Axır ki, Allah-Təala daha ağır cəza verdi. Hələ ardı da var. Qalanların da aqibətini gözləyirik. Bəli gec də olsa güclü olar.

    Xatimə


    Maraqlı məsələlərdən biri də məhkəmə qərarlarının yerinə yetirilməməsidir. 25 min manat nəğd pul verilib keçmiş sovetlər dönəmindən qalmış köhnə təsərrüfat mağazasını almışıq. Daha doğrusu dörd divarlı bir mərtəbəli bina, qapısı pəncərəsi sınıb dağılan bir bina. Məhkəmənin qərarı ilə yenidən alınmış bir bina. Məhkəmə icraçıları tərəfindən bizə təqdim olunan bir bina. Di gəl üç nəfər sarsaq qadın və bir əyyaş oğlanın hay-küyünə görə 10 ilə yaxındır ki, binaya girib bir iş görə bilmirik. Nədən ki, yuxarıda qeyd etdiyim Məmmədəli Məmmədov sovet vaxtı orada satıcı işləyib pul qazanıb. Başa düşmürəm, kim harada işlədi məgər bina ona qalmalıdır?
    Keçmiş "Azərittifaq" özünə məxsus olan binanı satır. Kimin imkanı var alır. Bunun ki ikinci tərəfi yoxdur. Bəs, görəsən hüquq-mühafizə orqanları hara baxır. Məhkəmənin qərarına əgər məhəl qoyulmursa, onda o məhkəmə nə üçündür. Hər yerindən duran özümü öldürərəm, özümü yandıraram deməklə dövlətin qanunlarını pozursa, görəsən onlar bilirlər ki aqibətləri necə olacaq?!
    Neçə illərdir ki, müsəlmançılığa salıb gözləyirik. Kəndçilikdi, qonşuluqdu deyibən abır-həya gözləyirik.
    Gözləyirdik ki, bəlkə başa düşdülər, lakin onlar bizim müsəlmançılığımızdan sui-istifadə edib bir az da canfəşanlaq edirlər. Bu gün el onları qınamır, amma bunu da bilirəm ki, sabah dövlət öz qanunlarını işə salanda çoxları bizi qınayacaq. Məgər 10 il bəs etmədimi?!
    Amma bunu da bilin ki, dövlət öz qanunlarını həyata keçirəcək. Özü də ki, lazımi qaydada. O zaman vidadikimilər sizə kömək edə bilməyəcəklər.
    Deyək ki, Məmmədəli vəfat edib gedib, ailəsi başsızdır. Bəs qızının ərinə nə gəlib ki, arvadına sahib durmur. Hələ üstəlik mənə xəbər də göndərir ki, o binaya yaxınlaşmasın, yoxsa qan düşər. Qeyrətinə çəpiş kəsim kişi!
    Biri deyir malımdır, biri deyir gücümdür. Maraqlıdır, mən öz mülkümdə iş görürəm, onu təmir edirəm, biri isə buna görə özünü yandırır. Can sənin, cəhənnəm Allahın, nə qədər də istəyirsən yer var. Dövlət bir neçə sarsağa görə öz qanunlarını pozmayacaq ki, sizdən də güclü qadınlar həbsxanalar-da domino oynayırlar, siz də olarsınız onlardan biri. Bu günə qədər sizə səhv yol göstərənlər sabah sizin üçün bir parça çörək belə gətirməzlər. Bunu da bilin ki, heç kim öz qanuni mülkünü bir neçə sarsaq qadınlara görə əlindən verməz. Belə bir atalar sözü var "eşşək yeriməsə biz də var". Vəssalam.


    Əziz PÜNHAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 868
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30