Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Sufiliyin İslamda yeri və rolu”
    Qroznıda bu mövzuda beynəlxalq konfrans keçirilib...

    Qroznıda Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Kadırovun 60 illiyinə həsr olunmuş “Sufiliyin İslamda yeri və rolu” adlı Beynəlxalq konfrans keçirilib (avqustun 23-də). Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti də konfransda iştirak edib.



    Müxtəlif ölkələrdən dəvət edilən tanınmış ilahiyyatçıların, din xadimlərinin qatıldığı tədbiri Çeçenistan Respublikasının müftisi Sultan Mirzayev açaraq qonaqları respublika prezidenti Ramzan Kadırov adından salamlayıb.


    S.Mirzayev qeyd edib ki, çeçen xalqı üçün sufi anlayışlı İslamın vacib etnik faktorlarındandır. “Sufilik çeçen milli mentalitetinə və həyat tərzinə güclü təsir göstərmişdir. Məhz sufiliyi əsas götürərək, Əhməd Kadırov İslamın vahid bayrağı altına dağınıq və pərakəndə tayfaları toplamasına nail ola bildi. İslamın Çeçenistan Respublikasında vüsətlə inkişafı yalnız məscidlərin və dini məktəblərin tikilməsilə deyil, həmçinin gənclərin dini maarifilə də təzahür edir”,- deyə S.Mirzayev çıxışında bildirib.


    Çeçenistanda sülh və vəhdətin yaranması istiqamətində aparılan işlərdə Hacı Əhməd Kadırovun rolu haqqında məşhur müsəlman alimi və maarifçisi, Ə.Kadırovun müəllimi, Özbəkistandan dəvət edilən Şeyx Muhəmməd Sadiq Muhəmməd Yusuf geniş söhbət açıb. “Kadırovlar nəslindən bir çox görkəmli din xadimi çıxmışdır və Hacı Əhməd bu ənənəni davam etdirdi. O, öz xalqı üçün narahat olur, ona sülh və asayış arzulayırdı. Vəhabilik və ekstremizm kimi radikal təzahürləri qəti olaraq qəbuledilməz sayırdı”, – deyə M.Sadiq çıxışında deyib.


    Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyevin fikrincə, Əhməd Kadırovun şəxsiyyəti və xidmətləri uzun illər araşdırma və müzakirə mövzusu olacaq: “Hacı Əhməd Kadırov görkəmli şəxsiyyət idi və o bizi tərk etsə də özündən sonra sülh, tərəqqi və respublika quruculuğuna istiqamətlənmiş işini davam etdirən oğlunu qoydu”.


    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz xalqları Ali Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə də konfransda çıxış edib. Şeyxülislam həzrətləri Azərbaycan prezidenti İlham Əliyevin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova ünvanladığı məktubu oxuyub:


    Çeçenistan Respublikasının başçısı zat-aliləri cənab Ramzan Kadırova


    Hörmətli Ramzan Əhmədoviç!


    Sizi çeçen xalqının görkəmli oğlu Əhməd Kadırovun 60 illik yubileyi münasibətilə təbrik edirəm.


    Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırov ömrünü xalqına xidmətə həsr etmişdi və təəssüflər olsun ki, aramızdan çox tez getdi. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində Çeçenistanda vətəndaş müharibəsinə son qoyuldu, stabillik və rifahın təməli atıldı.
    Sevindirici haldır ki, onun çeçen xalqının gələcəyi ilə bağlı missiyası sizin üzərinizə qoyulub. Səylərinizin sayəsində bu gün Çeçenistan Respublikası inkişaf və tərəqqi yolunda inamla addımlayır. Azərbaycanda buna çox şaddırlar.


    Əminəm ki, Azərbaycanla Rusiya, xüsusilə də Çeçenistan Respublikası arasında olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə də xalqlarımızın rifahı naminə inkişaf edəcək.


    Bir daha Sizi və bütün çeçen xalqını bu əlamətdar gün – Əhməd Kadırovun yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı və çeçen xalqının rifahı üçün gördüyünüz işlərdə uğurlar arzulayıram”.


    Allahşükür Paşazadə mərhum Əhməd Kadırov haqqında danışıb və xidmətlərini xatırlayıb: “Mən bir neçə kəlmə öz adımdan da danışmaq istərdim, belə ki, unudulmaz qardaşım və həmkarım Əhməd Kadırovu yaxından tanıyır və yüksək qiymətləndirirdim. Onun taleyində zəmanəmizin bir çox din xadiminin, o cümlədən mənim taleyimlə bağlılığı vardı. Hacı Əhməd Kadırov Çeçenistan Respublikası prezidenti seçilənədək bizi Qafqaz Xalqları Ali Dini Şurasında birgə fəaliyyət illəri birləşdirirdi ki, məqsədimiz millətindən və dinindən asılı olmayaraq insanların bir-birinə yaxınlaşması və sülh uğrunda əməkdaşlığı idi. Bu inamla da ən çətin anda Çeçenistan Respublikasına başçılığı öz üzərinə götürərək ölkəni dağılmaqdan qorudu və insanları sülh və tərəqqi uğrunda mübarizədə bir yerə cəm edə bildi.


    Əhməd Hacını bu keyfiyyətlərinə görə Azərbaycanda da sevirlər. O, bizim xalqın həqiqi dostu idi və Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə dostluğunu yüksək qiymətləndirirdi. Mən onların ümumqafqaz məsələlərinə aid uzun söhbətlərini yaxşı xatırlayıram. Təəssüf edirəm ki, ölkələrimizin qəhrəmanlıq epopeyasını təşkil edən bu iki dahi şəxsiyyət bu gün aramızda yoxdur. Ancaq mən çox şadam ki, onların tutduğu yolu öz ölkələrinin iki gənc və çalışqan liderləri – Azərbaycan Prezidenti İlham Əliyev və Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov tərəfindən davam etdirilir.


    Mən, bir din xadimi kimi şadam kimi gözlərimin önündə Çeçenistan Respublikası sanki simurq kimi küldən dirçəlir və dini-mənəvi başlanğıc isə milli rifahın təməli kimi götürülür.


    Təsadüfü deyil ki, yaxın zamanlarda Rusiya prezidenti Dmitri Medvedev Nalçikdə müftilərlə görüşdə dövlətin Qafqaz regionunun inkişafı barədə danışarkən müsəlman dini liderlərinin xidmətlərini xüsusi qeyd etdi və İslam din xadimlərinin ekstremizmlə mübarizədəki cəsarətini yüksək qiymətləndirdi.


    Həmçinin Baş nazir Vladimir Putin də Kislovodskdakı görüşdə müxtəlif millət və dinlərin nümayəndələrinin Qafqazın və bütün Rusiyanın gələcəyi naminə səylərini birləşdirmələrinin vacibliyini qeyd etdi. Bu gün 60 illik yubileyini qeyd etdiyimiz mərhum qardaşım Əhməd Hacı Kadırovu anarkən mən ikiqat hisslər keçirirəm: onun indi aramızda olmamasına həm kədərlənirəm, həm də onun başladığı işin etibarlı əllərdə olduğuna sevinirəm. Onun həyatına son qoyan terrorçular bununla Hacı Əhmədin ideyalarının da məhv olacağına ümid etməkdə dərindən yanılıblar. Allah böyükdür və hər şey Onun iradəsindədir! Bizim üçün Çeçenistan Respublikasının hazırkı başçısı möhtərəm Ramzan Kadırovun simasında Hacı Əhməd Kadırova layiqli oğlu və onun ideyalarını yaşadan şəxsi görməyimiz bizə təsəllidir. Atasının gözəl ənənəsini davam etdirərək Ramzan Kadırov İslam sahəsinə, əhalinin həyatında inkişafa və rifahlarının yaxşılaşmasına maraq göstərir”.
    Şeyxülislam konfransın gələn il Bakıda keçirilməsini təklif edib: “ Hər il Çeçenistan Respublikasının mərhum prezidenti Hacı Əhməd Kadırovun doğum günündə keçirilməsi nəzərdə tutulan və İslam maarifinin genişlənməsinə, sufiliyin sülhpərvər və humanitar sahələrinin öyrənilməsinə, müsəlmanların mənəvi inkişafındakı rolunun öyrənilməsinə xidmət edən bu konfransı yüksək qiymətləndirirəm. Çoxillik təcrübəm mənə bizim münasibətlərin yeni tarixi etapının başladığını deyir. Ona görə də Qafqaz xalqlarının Ali Dini Şurasının sədri və MDB dövlətlərinin din xadimlərinin Koordinasiya Şurasının həmsədri kimi Hacı Əhməd Kadırova həsr olunmuş növbəti konfransın Bakıda - onun tez-tez baş çəkdiyi, hər birimiz üçün əziz qonaq və arzuolunan dost olduğu şəhərdə - keçirilməsini təklif edirəm. Düşünürəm ki, onun ruhu mənim bu sözlərimə xeyir-dua verir. İndidən öz tərəfimdən başda zat-aliləri Ramzan Kadırov olmaqla bütün iştirakçıları 2012-ci ildə Bakı konfransına dəvət edirəm. Əminəm ki, bu il olduğu kimi növbəti konfrans da millətlər və konfessiyalararası münasibətlərin qorunmasına və inkişafına, regionumuzun müxtəlif xalqları arasında tolerantlığın formalaşmasına böyük töhfə verəcək.


    İllər ötəcək, Əhməd Kadırovun adı həmişəlik Rusiya Federasiyası Çeçenistan Respublikasının siyasi və mənəvi inkişafının simvolu kimi yaşayacaq. Şəhidlər həqiqətən ölmürlər, onların düşüncə və əməlləri silahdaşlarının qəlblərində və düşüncələrində daim yaşayır. Məhz onlar barəsində müqəddəs Quran buyurur: “Allah yolunda öldürülənlərə “ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (“Bəqərə” surəsi, ayə 154)

    * * *


    Həmin gün konfrans nümayəndələri Qudermes rayonunun Calka kəndində Sultan Delimxanov adına məscidin açılışında iştirak ediblər. 2009-cu ildə başlanan tikintisi işləri Hacı Əhməd Kadırov adına İctimai Fond tərəfindən maliyyələşib.


    Açılış mərasimində Çeçenistan Respublikası Alimlər Şurasının sədri Xoc-Əhməd Kadırov qeyd edib ki, Əhməd Kadırovun yubileyi ərəfəsində yeni məscidin açılışı simvolik xarakter daşıyır: “Hacı Əhməd dindar idi. Onun işi bu gün də yaşayır, belə ki, onun yolunu oğlu Ramzan Kadırov davam etdirir. Respublikada yüzlərlə məscid, mədrəsə, məktəb, xəstəxana və digər ictimai obyektlər tikilib istifadəyə verilmişdir. Ramzan Kadırov Çeçenistan Respublikasının təkcə Şimali Qafqazda deyil, bütünlükdə Rusiyada ən qabaqcıl regionlardan birinə çevrilməsi üçün əlindən gələni edir”.


    Mərasimdə iştirak edən respublika rəhbəri kənd sakinlərini yeni məscidin açılışı münasibətilə təbrik edib: “Biz iki Rusiya Qəhrəmanının atası Sultan Delimxanovun adına məscidi inşa etdik və məscidə onun adını verdik. İstəyirik ki, xalq Adam Delixanov və onun qardaşları kimi, vaxtilə Hacı Əhmədlə çiyin-çiyinə dayanan, bu gün də Kadırovun komandasında fəaliyyət göstərən qəhrəmanlarını tanısın”,–deyə R.Kadırov qeyd etdi.


    Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Şurasının sədri İsmayıl Berdiyev bildirib ki, Əhməd Kadırov hər bir kənddə müasir və dindarların istədikləri vaxtda sərbəst gedə biləcəkləri məscidin olmasını arzulayırdı və bu gün məscid tikmək və İslamı dirçəltmək imkanının olması böyük sevinc bəxş edir.


    Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Adam Delimxanov öz çıxışında bildirib ki, məscidin tikintisi respublika rəhbərinin təşəbbüsü ilə iki il əvvəl başlanıb və qısa müddətdə inşa edilib. A.Delimxanov çıxışının sonunda respublika rəhbərinə müqəddəs Quran və qılınc bağışlayıb.


    Sonra mərasim iştirakçıları yeni məsciddə birgə namaz qılıblar.


    Açılış mərasimində və camaat namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər də iştirak etdilər.

    * * *


    Həmin gün konfrans iştirakçıları Qudermesdə Birləşmiş Ərəb Əmirliklərinin banisi və ilk prezidenti Şeyx Zahid bin Sultan əl-Nahyan adına hafizlər məktəbinin açılışında iştirak ediblər. Çeçenistan Respublikasının başçısı R.Kadırov məktəbə xeyir-dua verib: “Gənclər burada dəyərli İslam təlimlərini öyrənəcək və Qurani-Kərimi əzbərləyəcəklər. Hafizlik məktəbi simvolik olaraq Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun yubileyi günü açılır. Hacı Əhməd gənclərin dini maarifinə xüsusi əhəmiyyət verir, İslam institutunun rektoru olarkən bu və ya digər tələbənin ən kiçik nailiyyətini özünün böyük şəxsi uğuru kimi qəbul edirdi. Əminəm ki, uşaqlarımızı Allaha xidmətə hazırlamaqla və onlarda dinə ehtiramı tərbiyə etməklə biz doğma torpağımızda xeyirxahlığı artırmış oluruq. Bu isə savab işdir. Çünki onlarla məscidin, mədrəsənin və hafizlər məktəbinin açılmasıyla biz mənəvi saflıq, yüksək düşüncələr və gənclərdə mərdlik və alicənablığa nail oluruq. Belə uşaqlar əsl vətəndaş, vicdanlı insan və həqiqi müsəlman olacaqlar. Və bütün bunlarla bərabər Uca Allahın bizim respublikanı daha çox bərəkətləndirəcəyinə inanıram”. R.Kadırov hafizlər məktəbinə Şeyx Zahid bin Sultan əl-Nahyanın adının verilməsini belə izah edib: “Mən ilk dəfə Dubaya səfər etdikdə gözlərimin önündə möhtəşəm mənzərə canlandı: böyük binalar, geniş yollar, gözəl park və xiyabanlar. Birləşmiş Ərəb Əmirliklərinin sakinləri məhz Şeyx Zahid bin Sultan əl-Nahyan ölkədə iqtisadiyyatı və həyat səviyyəsini bu səviyyəyə qaldırdığını dedilər və onun haqqında ədalətli rəhbər və mömin müsəlman kimi rəy bildirdilər. O zaman mən özümə söz verdim ki, onun adının bizim respublikada da əbədiləşdirəcəyəm”.


    BƏƏ-nin təhsil naziri Nahyan bin Mübarək Əl-Nahyan isə öz çıxışında Qudermesdəki hafizlər məktəbinin Əmirliyin iqtisadiyyatının banisinin adını daşımasından mütəəssir olduğunu söylədi və bu xeyirxah əmələ görə təşəkkürünü bildirib.


    Qafqaz xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, son illərdə Çeçenistanda möhtəşəm yenidənqurma işləri həyata keçirilib: “Bir neçə il ərzində Çeçenistan Respublikası dağıntılardan dirçəldildi. Bu, Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun və onun şanlı işini davam etdirən Ramzan Kadırovun zəhmətidir”.
    Mərasim iştirakçıları məktəbin binası ilə yaxından tanış olublar.
     


    * * *


    Növbəti tədbir Qudermes şəhərindəki Taşu Hacı adına məscidin açılışı ilə bağlı oldu. Açılış mərasimində Çeçenistan Alimlər Şurasının sədri X.-Ə.Kadırov, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov, Rusiya Federasiyasının əyalətlərindən gəlmiş müftilər çıxış edərək Şimali Qafqazda məskunlaşmış xalqların imanın möhkəmləndirilməsi üçün İslamın sülhpərvər əsaslarının təbliğ edilməsinin, xoş qonşuluq münasibətlərinin qurulmasının, xalqların mədəniyyət və ənənələrinin inkişafı üçün səylərin artırılmasının vacibliyini vurğuladılar.


    Küveytin Vəqflər və islam məsələləri üzrə nazirinin müavini Abdel Abdullah Əl-Fəlah öz çıxışında müqəddəs Ramazan ayında Çeçenistan Respublikasında bir sıra dini obyektlərin açılışının simvolik məna daşıdığını bildirib: “Fikrimcə Çeçenistan Respublikası bütün müsəlman dünyasına nümunə olacaq. Əminəm ki, yeni məscidlərin açılışı regionda sülh və əmin-amanlığın qorunmasına, qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə və İslamın mənəvi dəyərlərinin qorunmasına xidmət edəcək. Qoy Allahın rəhməti heç vaxt bizi tərk etməsin”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 534
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30