Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Müstəqil Azərbaycan 20 ildə
    Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü yaşayırıq. Bu 20 ildə ölkəmiz çox böyük inkişaf yolu keçib.  Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrini əhatə edib.

    Məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyulub, islahatlar başlayıb, atəşkəsə nail olunub. 1994-cü ildə ölkəmizin inkişafı üçün mühüm amil olan neft sahəsində "Əsrin müqaviləsi" imzalanıb. Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirib. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır.
    Müstəqillik əldə etdikdən sonra Milli Məclisdə 3200-dən çox qanun və qərarlar qəbul olunub. Bununla yanaşı hazırda Milli Məclis 75 ölkənin parlamentləri ilə dostluq əlaqələri yaradaraq əməkdaşlıq edir.
    Artıq 20 ildir BMT və ATƏT Dağlıq Qarabağ münaqişəsinin  həllinə çalışsa da heç bir nəticə yoxdur. Bugünkü Ermənistanın paytaxtı İrəvan Azərbaycanın tarixi şəhəri olub və hazırkı Ermənistan Azərbaycanın tarixi torpaqları üzərində öz dövlətini  qurub. Bu azmış kimi ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanlılar öz tarixi torpaqlarından müxtəlif vaxtlarda deportasiya edilib.
    Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 20 il ərzində sivil və demokratik ölkəyə çevrilmiş, bu istiqamətdə uğurla irəliləyir. Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcəkdir.

    İqtisadi inkişaf


    Ölkəmizin sürətli iqtisadi inkişaf dövrünün – 2003-2011-ci illərində ümumi daxili məhsulun (ÜDM) orta illik artımı 14 faiz, o cümlədən qeyri-neft sektorunda 9 faiz olub. ÜDM-də özəl sektorun payı 81,7 faizə çatmışdır. İqtisadiyyata investisiya qoyuluşu 2,4 dəfə, o cümlədən xarici investisiya qoyuluşu 1,5, daxili investisiya qoyuluşu isə 5,5 dəfəyədək artmışdır. 2010-cu ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 29 milyard dolları ötmüşdür.
    Dövlət büdcəsinin gəlirləri və xərcləri orta hesabla hər il 24 faiz, əhalinin gəlirləri 3,2 dəfə, orta aylıq nominal əmək haqqı isə 2,6 dəfə artmışdır. İnsan inkişafı indeksi isə yüksələrək Avropa və Mərkəzi Asiya ölkələri səviyyəsinə qalxmış, müvafiq olaraq məşğulluq səviyyəsi də artmışdır. Bunun nəticəsində ölkədə yoxsulluq səviyyəsi 9 faizə enmişdir. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının üçdə ikisindən çoxunu təşkil edir. Əldə olunan bütün nailiyyətlər beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.
    Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Neft Fondu neftdən əldə olunan gəlirlərin ədalətli və şəffaf şəkildə xərclənməsinə əlverişli imkan yaratmışdır. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Oğuz-Qəbələ-Bakı su kəməri və Samur-Abşeron suvarma sistemi üzrə layihələr, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi və digər mühüm proqramlar Fondun vəsaiti hesabına reallaşdırılmışdır və reallaşdırılır.
    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təmsil olunduğu sərgidə 20 il ərzində ölkənin su təchizatı sektoru ilə bağlı geniş məlumatlar verilir. Ölkəmizin müstəqillik tarixində su təchizatı sektoru ilə bağlı da mühüm layihələr həyata keçirilmişdir. Ötən ilin sonunda istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri müstəqillik illərində bu sahədə həyata keçirilən ən böyük layihədir. Müstəqillik illərində respublikanın şəhər və rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün müxtəlif diametrli borularda 1500 kilometrdən çox su xətti, 59 su anbarı, 200-dən artıq subartezian quyusu qazılmışdır.
    Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində müstəqillik dövründə respublikamızda neft hasilatı 6,1 dəfə, qaz hasilatı isə 3,1 dəfə artmış, “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə birinci mərhələnin əvvəlindən 247 milyon ton neft və 62,7 milyard kubmetr qaz hasil edilmişdir. Neft sənayesinə 35,8 milyard dollar, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 24,4 milyard dollar xarici sərmayə qoyulmuşdur. Əldə edilən uğurlar artıq Dövlət Neft Şirkətinə Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Moldova və digər ölkələrə sərmayə yatırmağa imkan vermişdir. Respublikada zəngin təbii qaz yataqları aşkar edilmişdir.
    Respublikamızın enerji imkanları genişdir. Bu imkanlardan bütün dünya ölkələri faydalanır. Azərbaycan, həmçinin bir sıra beynəlxalq təşkilatların üzvdür və Cənubi Qafqazda bitərəf təhlükəsizlik mövqeyinə malikdir.
     “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti  regionun ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik xətlərinin uzunluğuna görə də regionda lider mövqeyə malikdir. Hazırda respublikamızın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 7 su elektrik stansiyası fəaliyyət göstərir ki, onların ümumi gücü 6,4 min meqavatdan çoxdur. Respublikamızın enerji sisteminin tərkibinə müxtəlif gərginlikli 200-dən çox yarımstansiya daxildir. Enerji sistemində hər il orta hesabla 18 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilir.
    Əmlak Məsələləri Dövlət Komitəsi müstəqillik dövründə Azərbaycanda həyata keçirilən özəlləşdirmə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı sahələrində əldə edilən nailiyyətlərə imza atıb. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müstəqillik illərində iqtisadi islahatların vacib tərkib hissəsi kimi dövlət əmlakının özəlləşdirilməsi istiqamətində tarixi addımlar atılmışdır. Bu illər ərzində 45 minədək müəssisə və obyekt özəlləşdirilmiş, 1600-dək dövlət müəssisəsi səhmdar cəmiyyətinə, 500 mindən çox əmək kollektivinin üzvləri və vətəndaşlar əmlak mülkiyyətçilərinə və səhmdarlara çevrilmişlər.

    Kənd təsərrüfatı


    Müstəqil Azərbaycanda kənd təsərrüfatının inkişaf dinamikasını əks etdirən pavilyondan aydın görünür ki, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində dövlətimizin siyasəti uğurla həyata keçirilir. Kənd təsərrüfatında ümumi məhsulun artım dinamikası 20 il ərzində 3 milyard 877,7 milyon manat təşkil etmiş, məhsul istehsalçılarına ümumilikdə 109,3 milyon manat subsidiya verilmişdir. Ötən il ölkə üzrə taxıl istehsalı 2 milyon tonu ötmüşdür. Bu isə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən işlərə töhfədir.
    Hazırda Dünya Bankının krediti ilə respublikamızın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi istiqamətində müvafiq işlər görülür.  
    Yalnız son 7 il ərzində rabitə sektorunda əldə olunan gəlirlərin həcmi beş dəfə artmış, internet istifadəçilərinin və mobil abunəçilərin sayı dəfələrlə çoxalmışdır.

    Nəqliyyat – hava, su, avtomobil


     
    “Azərbaycan Hava Yolları” QSC müstəqillik illərində təyyarə parkının yenilənməsi, əhaliyə göstərilən xidmətlərin daha da yaxşılaşdırılması, daxili və beynəlxalq uçuşların artırılması istiqamətində mühüm işlər görüb. İldə bir milyondan çox sərnişin daşıyan “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri həftədə 150-dən çox uçuş həyata keçirir. Tam yenilənmiş təyyarə parkında “Boing-767”, “Boing-757”, “Airbus” və ATR tipli sərnişin təyyarələri vardır. Ölkədə müasir hava limanları şəbəkəsi yaradılmışdır. Lənkəran, Zaqatala, Gəncə və Naxçıvanda fəaliyyət göstərən müasir hava limanları hətta beynəlxalq reysləri də rahat şəkildə qəbul edir.
    Müstəqilliyin 20 ili ərzində Xəzər Dəniz Gəmiçiliyi də uğurlu yol keçmişdir. Donanmanın ümumi dedveyti 520,7 min ton təşkil etmişdir. Xəzər Dəniz Gəmiçiliyinin sahib olduğu 84 nəqliyyat gəmisi Avropa, Asiya və Afrikanın 130-dan çox limanına yan alır. Xəzər Dəniz Gəmiçiliyinin nəzdində Elmi Tədqiqat İnstitutu, Dövlət Dəniz Akademiyası, gəmiqayırma zavodu fəaliyyət göstərir. Bütün bu uğurlar gəmiçiliyin pavilyonunda geniş əks olunmuşdur.
    Azərbaycanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması ilə bağlı görülən genişmiqyaslı tədbirlər nəticəsində ölkəmizin demək olar ki, bütün əsas yolları yüksək səviyyədə inşa olunmuşdur. Artıq Bakı şəhərində nəqliyyatın intellektual idarə edilməsi sisteminin reallaşdırılmasına başlanılmışdır. 2004-2010-cu illərdə ölkə üzrə 1,23 milyard ton yükdaşıma həyata keçirilmişdir. Bu dövrdə təkcə Bakı şəhərində 15 yol ötürücüsü inşa olunmuşdur.

    Əhalinin sosial müdafiəsi


    Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasına diqqət və qayğısı bu gün də davam etdirilir. Əlil və şəhid ailələri üçün müxtəlif bölgələrdə inşa edilən çoxmənzilli və fərdi yaşayış binaları, əlillərin regional bərpa mərkəzləri, Sumqayıt Paralimpiya İdman Kompleksi, əhalinin sosial müdafiəsi mərkəzləri üçün yeni tikilən inzibati binalar, habelə müharibə əlillərinə dövlət hesabına minik avtomobilləri verilir. 
    Dövlət Sosial Müdafiə Fondunun ümumi gəlir və xərcləri 1,765 milyard manat təşkil etmişdir. Hazırda ölkə üzrə pensiya alanların 99,4 faizinə ödənişlər plastik kartlar vasitəsilə həyata keçirilir. Bu illər ərzində qurumun maddi-texniki bazası da xeyli təkmilləşdirilmişdir.

    Özəl sektor


     
    Son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşası, kurort zonalarının inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
    “Chinar Hotel & SPA Naftalan” kompleksi bu ilin fevral ayında Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Bu günədək kompleks 1450 xəstə qəbul etmişdir ki, onların da 15 faizi xarici vətəndaşlardır.
    Azərbaycanın müstəqilliyi ilə yaşıd olan “Azersun Holdinq” şirkətlər qrupu ölkədə qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir. “Azersun Holdinq” tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş ixracat şəbəkəsinin sahibidir.
    2003-cü ildə fəaliyyətə başlayan “AtaHoldinq” ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.
    Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində digər sahələr kimi, üzümçülük və şərabçılıq özünün yüksək inkişaf mərhələsinə daxil olmuşdur.
    Son illər ölkəmizdə süd və süd məhsulları emalı sahəsində də canlanma müşahidə olunur. Bu sahədə fəaliyyət göstərən müəssisələrdən biri də “Atena” süd məhsulları kombinatıdır. Burada 42 çeşiddə ağartı məhsulları istehsal olunur.

    Naxçıvanda 432 sənaye müəssisəsi yaradılıb


    Naxçıvan Muxtar Respublikası 20 il ərzində 432 sənaye müəssisəsi yaradılmışdır. Ümumi daxili məhsulda özəl bölmənin payı 85,9 faiz təşkil edir. Hazırda Naxçıvanda 305 növ və 807 çeşiddə məhsul istehsal olunur. Ötən dövrdə 120 yeni məktəb binası tikilmiş, 58 məktəb əsaslı təmir edilmişdir. Üç min kilometrədək avtomobil yolu salınmış və ya yenidən qurulmuş, 125 körpü tikilmiş, yaxud əsaslı təmir olunmuş, 180 səhiyyə obyekti istifadəyə verilmiş, 164 meqavat gücündə 4 elektrik stansiyası inşa edilmişdir.
    Muxtar respublikanın meliorasiya və su təsərrüfatının təkmilləşdirilməsi sahəsində görülən işlər də miqyasına görə seçilir. İndiyədək 160-dək nasos stansiyası qurulmuş, 360 subartezian quyusu qazılmışdır. Naxçıvanda 68,7 minədək yeni iş yeri açılmışdır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 484
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30