Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Məmməd müəllim milli mətbuatımızın inkişafında həqiqi xidmətləri olan qələm sahiblərindən idi
    Bir gün səhər işə gələndə Məmməd Məmmədovun ölüm xəbərini eşitdim və çox təsirləndim.  Baxmayaraq ölüm mənim üçün adi bir xəbərdir. Düşünürəm ki, “Bir gün doğulan, bir gün öləcək” tezisi və bu dünyanın əbədi olmadığını anlayan hər bir insan üçün ölüm xəbəri elə əslində adi qəbul olunmalıdır. Ölümün nə demək olduğunu Qurani-Kərim açıq söyləyir. Bu ruh ilə canın bədəndən ayrılmasıdır...
    Böyük ingilis ilahiyyatçısı,  300 il bundan əvvəl yaşamış Con Trapp belə deyirdi: “Hər bir insan üçün ölüm heç bir vaxt münasib anda gəlmir. Əgər o həyatı haqda hər şeyi bilmiş olsaydı, başqa zamanı deyil, məhz bu anı seçmiş olardı”.

    Məmməd müəllimim aramızdan belə vaxtsız gedişi isə əlbəttə onun yaşına görə çox tez idi. Onun ölümündən 3-4 ay vaxt keçməsinə baxmayaraq, hər zaman qəlbimizdədir, tədbirlərdə gözümüz hey onu axtarır. Amma axtardığımız insanın haqqın dərgahına qovuşduğunu biləndən sonra  təsəlli taparıq.

    Bizi “Bu da bizim dərdimizdir” yazı tanış etdi...


    Məmməd  Məmmədovla tanışlığım təxminən iki il bundan əvvələ təsadüf edir. “Kəlam” elmi-ədəbi publisistik jurnalda çap olunan “Bu da bizim dərdimizdir” siyasi-publisistik yazım özünün dediyinə görə çox xoşuna gəlmişdi. Elə tanışlığımızın da səbəbi həmi yazı olmuşdu. 
    ...İsti avqust günləri idi. Yolda idim, telefonum zəng çaldı. Danışandan sonra bəlli oldu ki, zəng edən Naxçıvan MR Ali Məclisinin deputatı, Azərbaycan və Naxçıvan MR-in əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Məmmədovur. Telefonda həmin yazıdakı bəzi məqamları qısa da olsa müzakirə etdik. Dəyərli məsləhətlərini verdi, sağollaşdıq.
    Bir müddətdən sonra Bakıda görüşdük... Beləcə tanışlığımız başladı.

    Məmməd müəllim həvəslə yazırdı...


    Tez-tez Bakıya gəlirdi Məmməd müəllim. Hər gələndə də biz mütləq görüşürdük. Bir az gec gələndə isə zəng vurar, hal-əhval tutardı. Bayramlarda isə hər zaman o məni qabaqlayardı. 
    Bir gün “Kəlam” jurnalına yazı verməsini xahiş etdim. Tərəddüd etmədi. Bildirdi ki, yazıları Naxçıvanla bağlı olacaq. Razılaşdıq. Beləcə son iki ildə Naxçıvanın bütün sahələri ilə bağlı məqalələr verməyə başladıq. Azərbaycan mediasının Naxçıvana münasibətindən narazı idi. Deyirdi ki, siyasətdən başqa Naxçıvanla bağlı heç nə yazmırlar. 
    Məmməd müəllim həvəslə yazırdı. Aramızda 3-4 il yaş fərq var idi. Məndən böyük idi. Həm də enerjili idi, yazmaqdan yorulmurdu. Demək olar ki, hər il bir kitab ortaya qoyurdu.
    Hər dəfə yazı göndərəndə qəti tapşırardı ki, redaktə edim. Etiraz edərdim: “Ay Məmməd müəllim, mən Sizin yazınızı necə redaktə edim, Siz bizim müəllimimizsiniz”. Deyirdi ki, olmaz, mütləq redaktə edəndən sonra çapa ver.

    Sən hələ cavansan....


    Gülüstan sarayında Azərbaycan mətbuatının 135 illiyi qeyd olunurdu. Prezident İlham Əliyev başda olmaqla dövlətin bütün rəsmiləri də tədbirdə iştirak edirdi. Saraya girəndə Məmməd müəllimlə qarşılaşdıq. Mətbuatın 135 illiyində təltif olunan həmkarlarımız arasında hər ikimizin adı var idi. Həmin gün  Məmməd müəllimə Azərbaycanın “Əməkdar jurnalisti” fəxri adı, mənə isə “Tərəqqi” medalı verildi. Təltifdən sonra sarayın foyesində görüşdük. Sevinirdi, telefonda kiminləsə sevincini bölüşürdü.  Danışıb qurtarandan sonra qoluma girib var-gəl edə-edə deyirdi: “Naxçıvanın “Əməkdar jurnalisti” olduğum üçün bunu gözləmirdim, amma verdilər...Sən isə hələ cavansan, inşallah əməkdar da olarsan...”
    Ümumiyyətlə, Məmməd müəllim üçün yaradıcılıgda sərhəd yox idi. Onun fəaliyyəti təkcə Naxçıvanla və yaxud da Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı məqalə yazmaqla bitmirdi. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrə çox həvəslə yazı təqdim edirdi. Təbii ki, onun yazıları da ən qüksək bal toplayırdı. 
     


    Ölümündən düz  10 gün əvvəl görüşdük...


    Sonuncu dəfə ölümündən düz 10 gün əvvəl görüşdük. Zəng vurmuşdu. “İşdəsənsə aşağı düş, səni görmək istəyirəm”,-demişdi. Həyat yoldaşı da maşında idi, hansı ki, o maşın düz 10 gün sonra onu ölümə aparacaqdı. Səhv etmirəmsə sanatoriyaya gəlmişdilər, onunla da salamlaşdıq, hal-əhval tutduq. Naxçıvanla bağlı yeni “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” kitabı yenicə çapdan çıxmışdı. Birinin üstünü yazıb mənə verdi. Hə, bir də maşından bir limon götürüb mənə tərəf uzadaraq dedi: “Səni bu dəfə çox yorğun gördüm, evdə çayla içərsən...” Yorğun görünməyimin səbəbini soruşdu, mən də qısa da olsa izah etdim. Çox, həm də çox məyus oldu, əlini yuxarı – başına tərəf aparıb alnını ovuşdurdu. Bir az təskinlik verdi. Darıxma, özünü sıxma, hər şey yaxşı olacaq dedi...
    Sağollaşdıq, beş-altı addım aralanmışdım ki, səsini eşitdim: “Hacı, məzuniyyət götür Naxçıvana gəl, səni gəzdirim, Azərbaycanın hər yeri gözəldir, oradan da Türkiyəyə gedərik, çox yox, bir həftə...”  Beləcə ayrıldım Məmməd müəllimdən. On gündən sonra isə ölüm xəbərini eşitdim. 

    O, həqiqi qələm sahiblərindən idi...


    Məmməd müəllim milli mətbuatımızın inkişafında həqiqi xidmətləri olan qələm sahiblərindən idi. Onun yazılarında Vətənə bağlılıq, onu canı qədər sevmək kimi müqəddəs amallar üstünlük təşkil edirdi.  Allah rəhmət eləsin!

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 517
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30