Şimali Amerikada jurnalistlər üçün ən təhlükəli ölkə Meksikadır
Şimali Amerikada jurnalistlər üçün ən təhlükəli ölkə Meksika elan edilib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, BMT-nin və Amerika Dövlətlər Təşkilatı (ADT) mütəxəssislərinin birgə hazırladığı hesabatda bu il Meksikada 13 jurnalistin öldürüldüyü qeyd edilir. Həmçinin hesabatda o da göstərilir ki, 2000-ci ildən bu günə qədər Meksikada 70 jurnalist öldürülüb. BMT-nin İnsan Hüquqları Şurasının söz azadlığı üzrə komissarı da Meksikanın jurnalistlər üçün dünyanın ən təhlükəli beşinci ölkə olduğunu göstərir.