ABŞ prezidenti Barak Obama 2010-cu il üçün ölkəsinin hərbi büdcəsini təsdiqləyib. KƏLAMİNFO xəbər verir ki, B.Obama dövlət büdcəsindən İraq və Əfqanistanda hərbi əməliyyatların davam etdirilməsi də daxil olmaqla Pentaqona 626 mlrd. dollar vəsait ayrılmasını təsdiqləyib.
Qeyd edək ki, prezident seçkisi öncəsi, təbliğat-təşviqat kampaniyası dövründə Barak Obama prezident seçiləcəyi təqdirdə hərbi büdcənin həcmini azaldacağını bildirmişdi.