Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qloballaşma ailə dəyərlərini transformasiyaya uğradırmı?
    Müxtəlif insanlarla ünsiyyətdə olduqca onlar haqqında beynimizdə formalaşan müsbət və ya mənfi təəssüratlarımızın kökünü ilk növbədə şəxsin boya-başa çatdığı ailədə və onun verdiyi tərbiyədə axtarırıq. Amma təəssüf ki, cəmiyyətdə son zamanlar ailədən qaynaqlanan mənfi təsirlərin təzahürləri kimi qiymətləndirdiklərimizin sayı artmaqdadır. Bəs, ailələrdə dəyişən mənəvi dəyərləri deformasiyaya uğradan reallıqlar, ailələrimizin bugünkü vəziyyəti necədir?

    Ailələrin gələcəyini təmin etmək məqsədilə bu gün ölkədə həm hüquqi, həm də sosial müstəvidə kifayət qədər dolğun tədbirlər həyata keçirilir. Buna baxmayaraq, müasirləşmə, bütün dünyada gedən ümumi qloballaşma proseslərinin nəticəsi olaraq, ənənəvi ailə dəyərləri müəyyən transformasiyaya uğrayır. Bu da öz növbəsində ölkədə gedən demoqrafik proseslərə, ailələrin mənəviyyatına, onların sosial durumuna təsir göstərir. Boşanmaların sayında müəyyən dəyişikliklər, nikahdankənar doğulan uşaqlar, erkən nikaha məcbur edilən, təhsildən uzaqlaşdırılan qızlar, çoxuşaqlı ailələrin sosial təminatının daha da gücləndirilməsi və s. kimi problemlər həmişə cəmiyyətin diqqət mərkəzində olub. 

    Ailədaxili işlərə kənar şəxsləri cəlb etməməlidirlər


    Tədqiqatlar göstərir ki, müasir Azərbaycan əhalisinin əksəriyyəti üçün ailə yeganə olmasa da, həyatda əsas dayaq kimi təsəvvür olunan dəyərdir: ”Aydındır ki, əgər ailə insan üçün malik olduqlarının ən vacib və qiymətlisidirsə, bu halda onu kənar neqativ təsir və təhlükələrdən qorumaq üçün əlindən gələni edəcək. Hətta əslində ailənin əmin-amanlığını əsas problem və təhlükələrin ailənin özünün daxilindən olduğu hallarda belə, yüksən dəyər avtoriteti və ailə qarşısında sitayiş ona gətirib çıxarır ki, insan təhlükələri kənar amillərlə bağlamalı olur. Onlara ailə üçün daha təhlükəli amil kimi baxır. Fikrimizcə, əhali arasında üstünlük təşkil edən ailənin kənar müdaxilələrdən mümkün qədər qorunmasına yönəlmə onun “əlçatmaz qala”ya çevrilməsinə cəhd olunması bununla izah olunmalıdır”.
    İctimai rəy ailənin muxtariyyətinin qorunması vəzifəsini ilk növbədə onun üzvlərinin üzərinə qoyur. Belə ki, ailə üzvləri problemləri evdən kənara çıxarmamalı və ailədaxili işlərə kənar şəxsləri cəlb etməməlidirlər. 92,7 faiz respondent hesab edir ki, ailədaxili problemlər ancaq ailə üzvləri arasında müzakirə olunmalıdır. Bu fikri demək olar ki eyni dərəcədə qadınlar və kişilər, şəhər və kənd sakinləri, müxtəlif təhsil səviyyəsinə malik insanlar müdafiə edirlər. 18-29 yaşlı gənclərin arasında bu rəyin tərəfdarları digər yaş qruplarından daha azdır, hərçənd yenə də mütləq əksəriyyəti, yəni 90,4 faizi təşkil edir. İctimai rəy həmçinin ailədaxili məsələlərə kənar şəxslərin qarışma təşəbbüsünə qarşı da çıxır. Ailənin muxtar mövcudluğu və fəaliyyət göstərməsi oriyentasiyası mentalitetimizdə o qədər möhkəm kök atıb ki, hətta ictimai rəy son dərəcə vacib hallarda belə ailədaxili məsələlərə qarışmağa haqq qazandırmağa meylli deyil. Daha dəqiq desək, əksəriyyət yenə də hətta bu son dərəcə vacib olsa və humanist düşüncə ilə edilərsə belə, ailənin muxtariyyətinin pozulmasının əleyhinədir. Hərçənd qeyd etmək lazımdır ki, belə “fövqəladə” vəziyyətlərə münasibətdə müxtəlif əhali qruplarının fikirlərində fərqlər mövcuddur.   
        


    Yüksək təhsil səviyyəsi xəyanəti dəstəkləyir?


    Bu gün azərbaycanlı ailəsində ailə-nikah sahəsində cinslərarası qarşılıqlı münasibətlərə, ər, arvadın ailədaxili rollar və vəzifələrinə aid hökmranlıq edən müxtəlif təsəvvürlər və stereotiplər də mövcuddur. Tədqiqatlar təsdiqləyir ki, cəmiyyətimizdə nikaha qədər və nikahdan kənar seksual münasibətlərin qəbul olunmamağı mövqeyi hökmranlıq edir: ”Nikahdankənar seksual əlaqələrə əhəmiyyətli dərəcədə dözülməz münasibət xüsusilə qadınlar arasındadır. Belə ki, qadınların 93,7 faizi nikah zamanı xəyanətə heç bir halda haqq qazandırmaq mümkün olmadığını bildirirlər. Kişilər arasında bu mövqeyi 74 faiz müdafiə edir. Qadın və kişilərin rəylərinin paylanmasının orta qiymətinə müvafiq olaraq, 1,07 və 1,32 təşkil edir”.
    Digər sosial demoqrafik qruplar üzrə nikahda olarkən xəyanət barədə rəylərin paylanması arasındakı fərq əhəmiyyətli dərəcədə deyil. Yalnız onu demək olar ki, böyük yaş kateqoriyasının nümayəndələri - 50 və daha yuxarı yaşlılar nikahda olarkən xəyanət hallarını daha çox mühakimə etməyə meyllidirlər. Orta təhsil səviyyəsindən aşağı təhsilə malik olanlar isə əksinə, təhsil səviyyəsi daha yüksək olanlarla müqayisədə daha dözülməz münasibət bəsləyirlər: “Nikaha qədər cinsi əlaqələrə münasibət daha liberaldır. Respondentlərin 76,7 faizi buna haqq qazandırmağın mümkün olmadığını qeyd edirlər. 13,5 faizi hesab edir ki, nikaha qədər seksual əlaqələrə nadir hallarda haqq qazandırmaq olar. 9,8 faiz respondentlər isə hesab edirlər ki, belə hallara çox vaxt və ya həmişə haqq qazandırmaq olar. Nəhayət, bu məsələyə görə, rəylərin paylanmasında müxtəlif təhsil səviyyəsinə malik qruplarda da əsaslı fərqlər hiss olunur. Ümumi tendensiyaya görə, təhsil səviyyəsi yüksəldikcə nikaha qədər cinsi əlaqələrə “liberal” münasibətlər artır. Orta təhsildən aşağı təhsil səviyyəsi olan şəxslər orta təhsilli, natamam və tam ali təhsilli şəxslər üzrə orta qiymətlər müvafiq olaraq, 1,08, 1,32 və 1,50 olub. Nikahdan kənar və nikaha qədər seksual əlaqələr məsələsinə görə, rəylərin paylanmasında sosial qrupların fərqlənməsinə baxmayaraq, bütün əhali qruplarında heç bir halda buna haqq qazandırmaq mümkün olmadığını düşünənlərin sayı tamamilə üstünlük təşkil edir”.

    Çoxarvadlılıq-lehinə ya əleyhinə?


    Cəmiyyətimizdə çoxarvadlılığa münasibətə gəlincə, bunu daha çox (22,6 faiz) kişilər müdafiə edirlər, nəinki qadınlar (12,1 faiz). Şəhər və kənd əhalisinin rəylərində çoxarvadlılığın müdafiə olunmasında münasibətdə fərqlər böyük olmasa da, Bakı şəhərində bu ideyanın tərəfdarlarının sayı hiss olunacaq qədər azdır. Onlar cəmi 9, 6 faizdir. Müqayisədə orta təhsildən aşağı təhsilə səviyyəsinə malik şəxslər arasında da bu ideyanın tərəfdarlarının sayı azdır. Bu faiz 7,3-dür. Digər sosial-demoqrafik amillər içərisində yalnız ailə vəziyyəti çoxarvadlılığın müdafiə olunmasına hiss olunacaq təsir göstərir: çoxarvadlılıq ideyası ilə digərlərindən daha çox heç vaxt nikahda olmayanlar razıdırlar. Onların faiz göstəricisi isə 23,3-dür. Boşanmış və ayrılmışlar isə daha az razılaşırlar, müvafiq olaraq 9,3 və 8,3 faiz təşkil edirlər. Göstərilən fərqlərə baxmayaraq, ölkəmizdə bütün sosial və demoqrafik qruplarda çoxarvadlılıq ideyası ilə qəti razılaşmamaq fikri hökmranlıq edir.

    “Ər arvadından daha çox pul qazanmalıdır, əks halda...”


    Tədqiqat zamanı ər-arvadın qarşılıqlı münasibətləri baxımından, onların ailədə rolları və məsuliyyətləri məsələsi ilə bağlı cəmiyyətdə kök atan təsəvvür və stereotiplər də araşdırılıb. Əhalinin 94 faizi qadın və kişinin ev və uşaqlar arasında eyni məsuliyyət daşıdığını düşünür: ”Görürük ki, gənclik “Kişi və qadın evə və uşaqlar üçün eyni dərəcədə məsuliyyətli olmalıdırlar”,-müddəası ilə daha çox razıdır. Digər əhali qrupları, o cümlədən, qadın və kişilər arasında bu fikrin tərəfdarlarının sayı göstərilən rəqəmə yaxındır”.
    Ailə büdcəsinə pul qoymaq aspektində məsuliyyət məsələsinə gəldikdə isə, “bərabər məsuliyyət” tərəfdarlarının sayı azalır. Ər və arvadın hər birinin ailə büdcəsinə gəlir gətirməsinin tərəfdarları 82,7 fazi təşkil edib. Hərçənd, bu özü də yüksək göstərici olsa da, insanların heç də az olmayan hissəsi - 17,3 faizi qadının ailə gəlirlərinin formalaşmasında məsuliyyət daşımadığını düşünürlər.
    Böyük yaş qrupu “Ailə büdcəsinə həm ər, həm də arvad yardım etməlidir” fikri ilə daha çox razılaşır. Ən başlıcası, bu məsələdə ictimai rəyi xarakterizə edən insanların mövqeyində tam üstünlük təşkil edən fikir ondan ibarətdir ki, ailədə arzuolunmaz problemlərdən qaçmaq üçün ər arvaddan çox pul qazanmalıdır. Respondentlərin 80,4 faizi bu fikri müdafiə edirlər. Bu stereotip fikri qadın və kişilər şəhər və kənd əhalisi arasında təxminən eyni dərəcədə yayılıb. Yalnız gənclər digər yaş qrupları ilə müqayisədə “Ər arvadından daha çox pul qazanmalıdır, əks halda ailədə adətən problemlər yaranır” fikrini daha çox müdafiə edir: ”Beləliklə, yekun olaraq bildirmək olar ki, ölkə əhalisinin gözündə ailənin əmin-amanlığında ər və arvadın bərabər məsuliyyət daşıması, heç də onların ailənin maddi təminatında bərabər iştirak etmələri demək deyil. Maddi təminat çoxluğun rəyinə görə ərin borcu və məsuliyyətidir”.
    Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


    “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi”
    İctimai Birliyi

        Âęîíňŕęňĺ Ěîé Ěčđ ß.đó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 517
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30