Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezidentlər görüşdülər
    İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Sery Sarkisyan arasında təkbətək görüş olub. Prezidentlərin təkbətək görüşü sonradan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
    Prezidentlər əvvəl təkbətək görüşüblər, sonra danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anyey Kaspşik, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın iştirakı ilə davam etdirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər və gələcək addımlar müzakirə olunub.

    ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli ilə bağlı baza prinsiplərinin bir neçə əsas elementi üzrə qarşılıqlı anlaşmada irəliləyişə nail olublar: "Prezidentlərin görüşü müsbət və konstruktiv olub. Prezidentlər baza prinsiplərinin bir neçə əsas elementi üzrə qarşılıqlı anlaşmada irəliləyişə nail olub və digər məsələlərə dair mövqelərdəki ziddiyyətləri azaldıblar". M.Brayza onu da deyib ki, həmsədrlər "bu müsbət məqamı qorumaq üçün" gələn ay ərzində yenidən regiona səfər etməyi planlaşdırırlar.
    Bu arada Türkiyənin xarici işlər naziri Əli Babacan Davosda yurnalistlərə müsahibəsində Azərbaycan və Ermənistanın dövlət başçılarının ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Sürixdə keçirilən görüşünün vacib olduğunu və rəsmi Ankaranın Dağlıq Qarabağ probleminin həllinə böyük əhəmiyyət verdiyini söyləyib.
    "Nabukko" ilk qaz xətti…
    Macarıstanın paytaxtı Budapeştdə "Nabukko" layihəsi üzrə Eneryi Sammitinin açılışı olub. Parlament binasında başlayan sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Macarıstanın baş naziri Ferents Dyurçan, Çexiyanın baş naziri Mirek topolanek, Bolqarıstanın baş naziri Sergey Stanişev, digər dövlətlərin,beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
    Xəzər hövzəsi və Mərkəzi Asiyadan, gələcəkdə isə Yaxın Şərqdən təbii qazın Avropaya nəqlini nəzərdə tutan "Nabukko" layihəsi ilə bağlı yaradılmış transmilli konsorsiuma Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləri daxildir. Fransanın "Qazdefrans" şirkəti də konsorsiuma qoşulmaq niyyətini bildirib. Layihə dəyəri 8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr qaz ötürəcək "Nabukko" layihəsinin inşası 2014-cü ilədək yekunlaşmalıdır. "Nabukko" boru kəməri ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və Türkmənistan qazının nəqli nəzərdə tutulur. Növbəti mərhələdə, 2017-ci il üçün bu kəmərlə İran, İraq və Misir qazının nəqli də istisna olunmur.
    "Nabukko" ilk qaz xəttidir ki, dünyanın bir çox regionu arasında əlaqə yaradacaq. Uzunluğu 3,3 min kilometr nəzərdə tutulan kəmərin marşrutunda əsas tranzit ölkə Türkiyə olacaq (2 min kilometr). Layihəyə görə, kəmərin 400 kilometri Bolqarıstan, 460 kilometri Rumıniya, 390 kilometri Macarıstan, 50 kilometrə qədəri isə Avstriyanın ərazisinə düşür.
    Azərbaycandan dəstək
    Sammitdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı deyib ki, Azərbaycan Avropanın eneryi təhlükəsizliyi məsələsində mühüm rol oynayır. Azərbaycan etibarlı tərəfdaş ölkədir və öz təbii sərvətlərini Xəzər hövzəsindən Avropaya nəql edir. Azərbaycanın həyata keçirdiyi neft-qaz siyasəti xalqın mənafeyinə xidmət edir: "Biz bir çox istiqamətdə yeni boru xətləri çəkmişik. Biz boru xətlərinin çoxşaxəliliyinin tərəfdarıyıq. Bizim qaz ehtiyatlarımız zəngindir. 2-3 trilyon qaz ehtiyatı var ki, bu da onilliklər ərzində ehtiyacımızı ödəyəcək. Biz əlbəttə ki, müəyyən proqramlar üzərində işləməliyik və bütün bunlar bazardakı şərait nəzərə alınmaqla həyata keçirilməlidir. Bunun üçün tranzit və istehlakçı ölkələrlə əlaqələr yaratmaq lazımdır. Nə qədər çox qaz sata bilsək, bu bizim mənafeyimizə uyğundur. Bundan digər ölkələr də mənfəət qazana bilər". Prezident Azərbaycanın eneryi sahəsində siyasətinin həm ölkəmiz, həm də bütün region üçün son dərəcə vacib olduğunu vurğulayıb.
    Azərbaycanın "Nabukko" layihəsini həmişə dəstəklədiyini bildirən prezident İlham Əliyev əlavə edib ki, bu dəstək gələcəkdə də davam edəcək. Bakıda keçirilən sammitdə Azərbaycan öz mövqeyini ortaya qoyub. Bu layihədə iştirak edən bütün tərəflər əməkdaşlığa hazırdırlar: "Hesab edirəm ki, bir araya gəlməyimizi nəzərə alaraq, ümumi maraqlarımızı tapmaq vaxtı gəlib çatıb. Biz eyni zamanda bir neçə məqsədi reallaşdırmalıyıq. Biz həm etibarlı təchizatçı, həm də hasilatçı olmalıyıq. Çünki hər hansı ölkəyə qazın nə üçün gedib çatmaması sadə istehlakçıları maraqlandırmır".
    Prezident bildirib ki, "Nabukko" layihəsinin iştirakçıları bütün faktorları nəzərə almalıdır: "Nabukko" layihəsi ideyası ortaya atılan zaman Azərbaycan qaz ixrac edən ölkələr sırasında deyildi. Lakin bu gün artıq vəziyyət dəyişib və artıq Azərbaycanı yalnız tranzit ölkə kimi deyil, həmçinin potensial qaz yataqları olan bir ölkə kimi də dəyərləndirmək düzgün olardı".
    Dövlət başçısının sözlərinə görə, xarici tərəfdaşlarla işbirliyini daha da yaxşılaşdırmaq üçün bütün səylər ortaya qoyulmalıdır: "Nabukko" ilə əlaqələrə gəldikdə, biz bu əməkdaşlıqda iştirak etmək istərdik. Biz əminik ki, Avropa İttifaqı ilə eneryi sahəsində birgə layihələr bizim tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək. Biz bu sahədə əməkdaşlıq etməliyik, çünki bu kimi layihələr, həmçinin ölkələrin yaxınlaşması üçün bir vasitədir. Eneryi məsələlərindən siyasi alət və ya şantay məqsədilə istifadə edilməməlidir. Bizim ölkənin təcrübəsi göstərir ki, tərəfdaşlığa yönəlmiş siyasət tez bir zamanda gəlir eldə etməkdən daha yaxşı nəticələr verir. Sonda bir daha təkrar edirəm ki, biz bu layihənin tərəfdarıyıq və bu sahədə Avropa İttifaqı və transatlantik strukturlarla daha da sıx əməkdaşlıq etməyə hazırıq. İstəyirik ki, bu layihə irəli getsin".
    Vaşinqton "hə" dedi
    Sammitdə çıxış edən ABŞ dövlət katibi müavinin köməkçisi Metyu Brayza isə bildirib ki, rəsmi Vaşinqton "Nabukko" qaz kəməri layihəsi üzrə beynəlxalq koordinasiya orqanının yaradılması ideyasını dəstəkləyir: "Makroiqtisadi şərtlər gələcəkdə həlledici rol oynasa, "Nabukko"nu uğur gözləyir. Bu boru kəməri İraqdan və Misirdən 40-50 faiz ucuz qaz nəql etmək imkanı yaradacaq. Azərbaycan isə "Nabukko"nun ehtiyat bazasını təmin etməyə qadirdir. Bakı etibarlı tərəfdaş olduğunu artıq nümayiş etdirib".
    M.Brayza həmçinin bəyan edib ki, "Nabukko"nu strateyi əhəmiyyətli investisiya layihəsi kimi dəyərləndirmək lazımdır. O, maraqlı tərəfləri layihəni dəstəkləməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda tarixi məqam əldən verilə bilər.
    Prezidentin ikitərəfli görüşləri
    Prezident İlham Əliyev Budapeştdə bir sıra ikitərəfli görüşlər də keçirib. Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Andris Piebalqslə görüşdə "Nabukko" layihəsinə dair sammitin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Avropa İttifaqı arasında eneryi təhlükəsizliyi sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
    Prezident İlham Əliyevlə və Macarıstanın dövlət başçısı Laslo Şoyomun da görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi, habelə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
    Azərbaycan prezidenti Davosda…
    Davosda Forumun "Eneryi Outlook-2009" mövzusunda iclası keçirilib. Böyük əhəmiyyətə malik bu iclasda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
    Tədbirdə çıxış edən prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişafı və potensialından, aparılan islahatlardan və energetika sahəsində görülən işlərdən danışıb.
    Dövlət başçısı eneryi layihələrindən də söhbət açaraq deyib ki, Azərbaycan aparılmış düzgün siyasət nəticəsində və tərəfdaşların birgə səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün nümunə ola bilər.
    Prezident İlham Əliyev Avropanın gündəliyində olan "Nabukko" layihəsi ilə bağlı fikirlərini də açıqlayıb, ölkəmizin Avropanın eneryi təhlükəsizliyinə öz töhfəsini verdiyini bildirib.
    Sonra dövlət başçısı aparıcının və iştirakçıların suallarına cavab verib. Prezidentin çıxışı "CNN Türk" telekanalının birbaşa efirində yayımlanıb.
    Prezident İlham Əliyev "Morasani Şveizerhov" mehmanxanasında Davos Forumunun "Neft-qaz siyasəti - xəritə dəyişikliyi" mövzusunda xüsusi iclasında da iştirak edib.
    Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Avropa İttifaqının və dünyanın aparıcı ENİ, Total, Ekson/Mobil, Statoil-Hydro şirkətlərinin nümayəndələrinin iştirak etdiyi iclasda neft hasilatının tənzimlənməsi, neft-qaz şirkətlərinin Rusiya və Yaxın Şərqdə artan maraqları, OPEK və qaz üçlüyünün maraqları, yaxın gələcəkdə eneryi sahəsində nə kimi dəyişikliklərin baş verə biləcəyi məsələləri diqqət mərkəzində olub.
    Prezident İlham Əliyev çıxışında müzakirə olunan məsələlərə münasibətini bildirib, beynəlxalq eneryi əməkdaşlığının əhəmiyyətindən, Azərbaycanın eneryi sahəsində qazandığı nailiyyətlərdən və dünyada artan rolundan danışıb.
    Prezident İlham Əliyev Davosda Qafqaz regionu ölkələrinin - Azərbaycan, Ermənistan, Türkiyə və İranın yüksək səviyyəli nümayəndələrinin debatında isə bəyan edib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdiyi dövrdə bu ölkə ilə hər hansı eneryi və nəqliyyat layihələrində birgə iştirak mümkün deyil.
    Qeyd edək ki, əvvəlcədən elan edilsə də, Ermənistan prezidenti Sery Sarkisyan görüşə gəlməyib. Ermənistanı debatda xarici işlər naziri Eduard Nalbandyan təmsil edib. O isə ölkəsinin regiondakı əksər eneryi və nəqliyyat layihələrindən kənarda qalmasına diqqət çəkib.
    Prezident İlham Əliyev isə Ermənistanın kənarda qalmasının səbəbinin onun Azərbaycan ərazilərini işğalda saxlaması olduğunu deyib. O bildirib ki, Yerevanla Bakının münasibətləri yalnız Ermənistanın hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarandan, sülh əldə ediləndən sonra mümkündür: "Hazırda danışıqlar aparılır. Son 17 ildə bu danışıqlar münaqişənin həllinə, sülh razılaşmasına, Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazilərinin geri qaytarılmasına gətirib çıxarmayıb. Belə bir şəraitdə biz eneryi, nəqliyyat və ya hər hansı əməkdaşlıqdan danışa bilmərik. Əlbəttə, xəritəyə baxanda Azərbaycanın karbohidrogen ehtiyatlarının nəqlində ən qısa yolun Ermənistan ərazisi ilə keçdiyini görmək olar. Amma bu, yalnız xəritəyə baxanda belədir. Siz məsələyə yerində baxsanız, görərsiniz ki, bu, əslində ən uzun yoldur".
    Prezident bir daha deyib ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə belə bir əməkdaşlıq mümkün deyil: "Məncə, bizim bu mövqeyimiz başadüşüləndir. Biz nə isə fövqəladə bir şey tələb etmirik. Biz sadəcə olaraq, Ermənistanın beynəlxalq aləmdə tanınmış hüquq normalarına əməl etməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsini və öz hərbi qüvvələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb edirik".
    Dövlət başçısı Davosda ABŞ-ın məşhur "Uoll strit cornel" qəzetinə müsahibə verib. Prezident Davosda həmçinin ABŞ-ın CNBS (Si-en-bi-es) televiziya kanalının da suallarını cavablandırıb.
    Prezident İlham Əliyev Davosda ikitərəfli danışıqları da davam etdirib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyindən məmnunluq ifadə olunub.
    Ölkələrimizin iqtisadi cəhətdən inkişafının xalqlarımızın rifah halının daha da yüksəlməsi işinə xidmət etdiyi, ikitərəfli münasibətlərin həm də regional əməkdaşlığa töhfə verdiyi bildirilib. Söhbət zamanı ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi baxımından yüksək səviyyədə mütəmadi görüşlərin əhəmiyyəti vurğulanıb, qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
    Dövlət başçısı Davosda Polşa Nazirlər Şurasının sədri Donald Tusk, "Statoil-Hydro" şirkətinin baş icraçı direktoru Helge Lund, Böyük Britaniyanın hersoqu Endryu ilə də görüşüb.


    Səid Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 807
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30