Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsildə İKT-nin tətbiqi
    Bu gün Azərbaycanda elm və texnologiyaların inkişafını şərtləndirən və eyni zamanda sosial həyatda müxtəlif şəxslərin rifahına xidmət edən daxili və xarici siyasi kurs həyata keçirilir. Belə bir siyasətin nəticəsi olaraq ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyat qurulur. Bunun tərkib hissəsi kimi son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət almaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan rabitə sektorunun inkişaf strategiyası ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 60-cı illərindən başlayıb. Məhz bu illərdən Azərbaycanda İnformasiya Kommuniskasiya Texnologiyaları (İKT) sektorunun inkişafının təməli qoyulub.

    Bu gün regionda söz sahibi olan və ilbəil öz iqtisadi potensialını artıran Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük sərmayələr yatırır və yeni-yeni investisiyalar cəlb edir. Ümumiyyətlə, Azərbaycanda İKT-nin inkişaf göstəricilərinə və xüsusilə də dövrlərə diqqət etsək İKT-nin ölkəmizdə inkişafını 3 mərhələyə ayıra bilərik. Birinci mərhələ, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü (1969-1982), ikinci mərhələ müstəqillik illərində ulu öndərin fəaliyyətini, üçüncü mərhələ isə Prezident İlham Əliyevin İKT sektorunda gördüyü işləri əhatə edir.
    Ümummilli lider Heydər Əliyevin İKT sektoruna çox böyük diqqət ayırırdı. Ulu öndər çıxışlarında deyirdi: “Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi, insani əlaqələrini, dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycanın həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir”.
    2003-cü ildə İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ - iqtisadiyyatımızın və İKT-nin inkişafının sürətləndirilməsi dövrü başlandı. Unutmaq lazım deyil ki, Cənubi Qafqazda Azərbaycanda ilk olaraq informasiya cəmiyyəti quruculuğu prosesi başladı və yaxın illər üçün Milli Strategiya müəyyənləşdirildi.

    Təhsildə yeni texnologiyaların tətbiqi qaçılmazdır


    Bu gün Azərbaycan regionda və eləcə də dünyada əsas neft-qaz istehsalçısı kimi göstərilsə də, qeyri-neft sektorunun inkişafı və məlum sahənin payının ÜDM-də artırılması əsas prioritet məsələlərdəndir. Bu gün aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru daha da inkişaf etdirilməkdədir. Təkcə 2009-cu il ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 13,6% artaraq 1081,2 milyon manat təşkil edib. Müqayisə üçün bildirək ki, bu artım tempi ilə ölkəmiz dünya üzrə İKT-nin 2009-cu ildəki 6,5%-lik artım tempini 2 dəfə qabaqlayıb.
    Azərbaycanda təhsilin bu günkü vəziyyəti yeni təhsil texnologiyalarının tətbiq edilməsini qaçılmaz edir. Ən azından ölkənin orta məktəblərində bu sahədə fəaliyyət göstərəcək müəllim qıtlığı hiss olunur. Ümumtəhsil məktəblərində ilkin peşə ixtisası “İnformatika müəllimi” olan 1600 müəllim fəaliyyət göstərir. Halbuki araşdırmalara əsasən bu peşə sahiblərinə olan real tələbat təqribən 10 min nəfərə yaxındır. Bundan əlavə, İKT-nin inkişafı və müxtəlif fənn müəllimlərinin onlardan tədris prosesində istifadəsi komputer siniflərinin bu prosesə hazırlığını tələb edir. Komputer sinfində lazımi proqram təminatının yüklənməsi, müəllimlərə kömək etmək üçün köməkçi heyətin olması zərurəti yaranır. Bu baxımdan dinamik inkişaf edən Azərbaycanda təhsil sisteminə İKT-nın tətbiqi ön plana keçib.

    Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi


    Bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dan səmərəli istifadəsi ilə müəyyənləşir. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik yeni nəslin formalaşmasına birbaşa təsir məsələsidir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişafı və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet mövzulardan biridir.
    Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirir ki, ölkədə müasir texnologiyaların təhsildə tətbiqində əsasən Avropanın bu sahədə inkişaf etmiş dövlətlərinin təcrübəsindən istifadə olunur. Müasir təlim metodlarından istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird, şagirdlər, habelə məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.
    S.Məmmədov qeyd edir ki, təhsil sahəsində bu sistemin tətbiqi ilə bağlı görülən işlər artıq geniş vüsət alıb. Ölkə başçısı İlham Əliyev neftdən sonra İKT-nı ölkədə prioritet sahə elan edib və Azərbaycan təhsil mühitində İKT-nin geniş şəkildə istifadə edilməsi üçün iki dövlət proqramı imzalayıb. Bunlardan biri 2004-2008-ci iləri, digəri isə 2008- 2012-ci illəri əhatə edən Dövlət proqramlarıdır. Xüsusi ilə ölkə prezidentinin 10 iyun 2008–ci il tarixli, 2856 nömrəli Sərəncamı ilə imzalanmış “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” bu sahədə dinamikanı daha da artırdı. S.Məmmədov bildirir ki, proqram çərçivəsində 2008-2009-cu illərdə bir sıra əhəmiyyətli işlər görülüb. S.Məmmədovun sözlərinə görə, göstərilən müddət ərzində ölkədə bu istiqamətdə Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəb “Elektron Məktəb” pilot layihəsinə qoşulub. Ümumilikdə 20 “Elektron məktəb”dən 226 dəst 2005-ci ildə verilmiş kompüter avadanlığı götürülərək modernizasiya edilib. Əvəzində isə “Elektron məktəb”lərə 300 yeni personal kompüter paylanıb. Bakı və Sumqayıt şəhərlərindən “Elektron məktəb” pilot layihəsi çərçivəsində seçilmiş ümumtəhsil məktəbinə 236 ədəd və “İntel” Korporasiyası tərəfindən 100 ədəd noutbuk hədiyyə verilib. Bundan başqa S.Məmmədov artıq ölkədə “Bir şagird bir kompüter” layihəsinə başladığını da bildirir. Həmçinin 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub və Milli Təhsil Portalı yaradılıb.
    S.Məmmədovun verdiyi məlumata görə, göstərilən müddət ərzində 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyət bu kimi təlimlərə cəlb olunub. Respublikada təhsil sisteminin informasiyalaşdırılması üzrə normativ-hüquqi sənədlər hazırlanıb. Həyata keçirilən Dövlət proqramları nəticəsində əgər 2004-cü ildə ölkə üzrə hər 1063 şagirdə 1 kompüter düşürdüsə, bu  gün bu rəqəm artıq hər 20 şagirdə 1 kompüter nisbətinə endirilib.
    Əlbəttə, bütün bu sadalananlar ölkə təhsil sisteminin tam multimediya müstəvisinə keçməsini hələ başa çatdırmasa da, belə bir cəhdin olması ümüdvericidir. İstənilən insanın informasiya cəmiyyətinin vətəndaşına çevrilməsi üçün cəmiyyətin kütləvi şəkildə hazırlanması və onlarda İKT təfəkkürünün formalaşması zəruridir. Bütün bu proseslərin önündə intellektual aləmin informasiyalaşdırılması təhsilin müxtəlif pillələrində İKT-nin tətbiq olunmasına gətirib çıxarır.
    AMEA İnformasiya Texnologiyaları İnstitunun direktoru, professor Rasim Əliquliyev hesab edir ki, ölkədə orta məktəblərdə komputerlə təminat məsələsi daha güclü faktordur. R.Əliquliyev qeyd edir ki, təhsilin getikcə informasiyalaşdırılması ölkədə artıq əsas məqsədə çevrilib. Bu müsbət haldır. R.Əliquliyev bunun sonuncu Dövlət proqramında da tam əhatə olunduğunu söyləyir. Sonuncu Proqram özündə təhsilin bütün pillələrində, yəni orta təhsil, bakalavr, magistiratura və dokturanturada İKT-nın tətbiqi məsələsi proqramı əhatə edir. R.Əliquliyev təhsil sistemində istifadə olunan dərs vəsaitlərinin elektronlaşmasının da burada başlıca amil olduğunu söyləyir. R.Əliquliyevin fikirincə, neçə illərin vəsaitlərini birdən-birə multimedia mühitinə gətirilməsi asan məsələ deyil. Buna zaman lazım olacaq.

    Təhsildə multimedia inqilabına doğru


    Bu gün ölkə təhsil sistemində müasir texnologiyanın tam tətbiqinin başa çatdırılması hədəfə çevrilib. Bu ölkə başçısının təsdiq etdiyi İKT-ın təhsildə tətbiqi ilə bağlı ikinci Dövlət proqramında da geniş əks olunub.
    Təhsil Nazirliyindən bildirirlər ki, proqramdan irəli gələrək cari ildə bir çox layihələr nəzərdə tutulub. Layihələr çərçivəsində Təhsil Şəbəkəsinə əlavə 400 təhsil müəssisələrinin qoşulması, onların yüksək sürətli internetə çıxışla təmin edilməsi, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron Məktəb” və 23000 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması nəzərdə tutulub. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində köhnə kompüterlərin əvəzinə yeni 1500 ədəd kompüterlərin verilməsi ilə yanaşı, regionlardan daha 10 məktəbin “Elektron Məktəb” Layihəsinə əlavə olunması cari il nəzərdə tutulan planlardandır.
    Sonuncu proqramda əsas vəzifələrdən biri təhsilin özünün müəyyən çərçivələrdəki fəaliyyətində sərhədləri aşaraq fasiləsiz inkişaf etməsi məsələsidir. Yəni, yaşından, sosial təbəqəsindən asılı olmayaraq insanın elektron yolla təhsilə çıxış imkanlarının artırılması, Azərbaycan vətəndaşlarının bütün təbəqələrinin təhsil almaq imkanlarına malik ola bilməsidir. Ölkəyə müasir texnologiyaların gəlməsi yaxşı hal olması ilə bərabər, yeni reallıqlar da ortaya çıxarır, yəni təhsildə, elmdə yeni müstəvilər yaranır. R.Əliquliyev bu baxımdan həm yeni texnologiyanın gəlişi, həm də onun gətirdiyi reallıqlarla ayaqlaşmaq üçün ümumi dəstək lazım olduğunu söyləyir. O, ölkədə bu istiqamətdə calışan qurumları texniki və pedoqoji universitetləri İKT ilə bağlı kadr hazırlığına xüsusi diqqət yetirməyə çağırır.
    Bu sahədə vacib məqamlardan biri də sistemin tətbiqi zamanı təhsilin idarə olunmasıda İKT-nın təchizatı məsələsidir. Bu da təhsilin yeni mühitdə, yeni əsaslarla formalaşmasında real imkanlar yaradır. Burada qarşıda duran problem də istənilən ixtisasa malik müəllimlərin biliklərinin, təfəkkürünün informasiya əsasında formalaşması, dərs dedikləri bütün materialların kompüter vasitəsi ilə şagirdlərə, tələbələrə çatdırılması, yəni bir sözlə elektron müəllimin hazırlanması çox mühüm vəzifələrdən biridir.

    İnkişaf problemsiz olmur


    Bu gün təhsildə müasir texnologiyanın tətbiqi kimi qlobal əhəmiyyətli, mürəkkəb texnoloji problemin həlli bir sıra – təşkilati, texniki, elmi-metodik, layihələndirmə, kadr, maliyyə və s. kimi məsələlərin kompleks həllini tələb edir. Bəşər tarixində heç bir təhsil yeniliyi, təhsil islahatı, təhsil innovasiyası bu qədər inqilabi dəyişiklərə səbəb olmamış, diqqət cəlb etməmiş, bu qədər investisiya tələb etməmişdir. Problemin ciddiliyi həm də onunla əlaqədardır ki, İKT bu gün elə sürətlə inkişaf edir ki, təhsil sistemi kimi tarixən ətalətli bir sahə bu yeniliklə heç də asan ayaqlaşa bilmir. Lakin İKT-nin təhsil sisteminə və ayrı-ayrı fərdlərin, qrupların, cəmiyyətin intellektual inkişafına, insan potensialının inkişafına təsir imkanı nəzərə alınaraq bu problemin həlli ilə Azərbaycan da daxil olmaqla bütün sivil dünya ciddi məşğuldur.
    Bu sahədə qarşıya çıxan problemin həllində ilk növbədə beynəlxalq təcrübələrdən yararlanmaq lazımdır. O, bu sahədə daha çox İsveç, Finlandiya və Pribaltika ölkələrinin təcrübəsindən istifadəyə üstünlük verir. Azərbaycan ilk növbədə ona yaxın olan ölkələrin təcrübəsindən istifadə etməlidir. Buna daha çox Pribaltika ölkələrini misal göstərmək olar. Çünki onlar postsovet ölkələri olduğu üçün bu sahədə bizimlə oxşarlıqları daha çoxdur.
    Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz hesab edir ki, məktəblərə verilən avadanlıqlar, müəllimlərin İKT biliklərinin artırılması və məktəblərdə internetdən istifadə birbaşa tədris prosesinə inteqrasiya olunmalıdır: “Bu İKT-nin təhsildə tətbiqi məsələsində problemləri yumşaltmağa xidmət edir. Hər şeydən əvvəl yerlərdə İKT maarifləndirilməsi həyata keçirilməlidir. Yəni hansısa məktəbə verilən kompüterdən istifadə, müəllimlərin bu sahədə hazırlığı birbaşa tədris prosesində özünü göstərməlidir. İnteqrasiya baş verməlidir. İKT-nın təhsildə tətbiqi ilə bağlı növbəti illərdə məhz belə şeylərə daha çox diqqət yetirilməlidir”.
    Azərbaycan müstəqilliyə qədəm qoyduğu illərdən bəri öz inkişaf yolunda bir çox çətinliklərlə üzləşib, lakin regionda artıq lider dövlətə çevrilir. İstənilən sahədə inkişaf problemsiz olmur, o cümlədən də cəmiyyətin həssas yeri olan təhsildə. Müasir təhsilimiz inkişafı və müasir texnologiyanın ona tətbiqi bir çox çətinlikləri və ziddiyyətləri də özü ilə gətirir. Bu təbiidir, çünki inkişaf ziddiyyətdən doğur. Ən böyük zərurət isə, heç zaman təhsilsiz olmamaqdır. Ümummilli liderimiz Heydər Əliyev demişkən... “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”.
    Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı üzrə həyata keçirilən layihə çərçivəsində dərc olunur.


    “Ekoloji Tarazlıq”
    İctimai Birliyi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1154
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30