Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanla Türkiyə arasında hərbi təlimlər başlaya bilər?
    “Bu gün Əfqanıstan problemi fonunda Cənubi Qafqaza diqqət artıb və Türkiyə-Azərbaycan arasında hərbi təlimlərə start verilməsi üçün əlverişli məqam yetişib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, bu təlimlər istisna olunmur. “Çox arzu edirəm ki, Türkiyənin hərbi generaliteti Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və onun yeniləşməsində rol alsın, bu prosesdə daha geniş iştirak etsin. O cümlədən də Azərbaycanın Türkiyənin ümumi təhlükəsizlik həyatına təsirini gözləyirəm. Türkiyə müdafiə nazirinin son səfərindən bu məsələ ilə bağlı gözləntilərim böyükdür”,-deyə deputat vurğulayıb.

    Z.Oruc deyib ki, Qarabağ problemini yaşayan Azərbaycan üçün bu çox gərəklidir. “Superdövlətlərin, böyük siyasi və hərbi güclərin iki ölkə arasında belə bir hərbi alyansın yaranmasına münasibətləri də birmənalı olmaya bilər. Bu məsələ 5 il öncə də, Türkiyə-Azərbaycan münasibətlərinin indiki durumu mümkün olacaqmı, deyə ehtimal edilirdi, proqnoz olunurdu. Yaxud, başqa ölkələrlə Azərbaycanın iqtisadi əlaqələrinə də eyni spektik şübhəli yanaşmalar vardı, amma zamanında bu işlər gerçəkləşdi və gerçəkləşməkdədir. Yəni, görünür ki, bunlar mümkündür. Azərbaycanın bu dövr ərzində siyasətinin ən mühüm keyfiyyəti bu sayılır. Ona görə hesab edirəm ki, o dövlətlərin, hərbi-siyasi dairələrin bu məsələ kontekstində təpkilərini gözaltına almadan hərəkət etmək gərəkdir. Əksinə, bu, stimullaşdırıcı bir rol oynayacaq. Həmin dövlətlər nəzərə alacaqlar və almalıdırlar ki, ABŞ İraq və Əfqanıstan məsələsində hərbi koalisiyanı necə yaradırsa, Azərbaycan üçün də bu məsələlər fonunda koalisiya çox gərəklidir”,-deyə o, əlavə edib. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri, ekspert Cəsur Sümərinlinin fikrincə, Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana oktyabrın 12-15-də baş tutmuş səfərinin nəticələri bu məsələyə görə qənaətbəxş hesab edilə bilər. Onun sözlərinə görə, bu səfərin nəticəsi kimi iki ölkə arasında hərbi, hərbi-texniki və müdafiə sənayesi sahəsində ciddi addımların atılacağı gözlənilir. “Xüsusilə də hərbi sahədə təcrübə mübadiləsinin intensivləşəcəyi, birgə təlimlərin keçiriləcəyini düşünürəm. Əldə olan informasiyalara görə, Türkiyə və Azərbaycana arasında yaxın gələcəkdə, konkret olaraq gələn ilin birinci yarısında bir neçə birgə hərbi təlimlər keçirilə bilər. Bunlar ötən ilin sentyabrında iki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin sənədlərinə uyğundur. Xəzərdə Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələrinin birgə təlimlərinin keçirilməsi mümkündür. Bu, Azərbaycanın dənizdə təhlükəsizlik imkanlarının güclənməsinə, dənizdə enerji layihələrinin mühafizəsi istiqamətində təcrübəsinin artmasına səbəb ola bilər”,-deyə C.Sümərinli vurğulayıb. Ekspert eyni zamanda hesab edir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində Türkiyə və Azərbaycan Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin effektli ola biləcəyi mümkündür. “Məndə olan məlumata görə, tərəflər arasında bu istiqamətdə danışıqlar gedir. Araşdırmalar göstərir ki, yaxın gələcəkdə iki ölkə arasında hərbi əməkdaşlığın konkret konturları ortaya çıxacaq və bunların əsas hissəsi birgə təlimlərlə bağlı ola bilər”,-deyə o, əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 294
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30