Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransda baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin direktoru Yuri Fedotovun iştirak edirlər.

    Konfransda Ə.Həsənov Azərbaycanda narkotiklərlə mübarizə sahəsində görülən işlər, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və digər məsələlər barədə məlumat verib. K.Mikuriya deyib ki, Azərbaycan narkotiklərlə mübarizə sahəsində, həmçinin informasiya texnologiyaları və digər nəzarət vasitələrinin tətbiqində böyük uğurlara nail olub. Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regional Ofisinin açılacağını diqqətə çatdıran K.Mikuriya bildirib ki, bu, Azərbaycanın gömrük sahəsində əməkdaşlığının aktiv mövqeyinin göstəricisidir. Onun sözlərinə görə, ÜGT Azərbaycanla əməkdaşlığın gələcəkdə inkişaf edəcəyini gözləyir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, ÜGT və BMT Bakıda keçirilən konfransı narkotiklərlə mübarizə sahəsində ilin tədbiri kimi qiymətləndirir. Konfransda 42 ölkəni təmsil edən və 7 beynəlxalq təşkilatdan olan 90-a yaxın xarici qonağın iştirak etdiyini diqqətə çatdıran A.Əliyev bu konfransın gələcəkdə narkotiklə mabarizəyə öz töhfəsini verəcəyini söyləyib. A.Əliyev əlavə edib ki, BMT və ÜGT kontenerlərin yoxlanılması və onlara nəzarətlə bağlı böyük bir proqram hazırlayır və onu həyata keçirmək istəyirlər. Onun sözlərinə görə, konfrans bu sahədə atılan ilk addım kimi qiymətləndirilir. Xarici işlər nazirin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalında qalması ölkənin narkotik vasitələrlə mübarizəsinə böyük maneə yaradır və bu faktı beynəlxalq təşkilatlar da dərk edirlər: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotik vasitələrin qeyri-qanuni ticarəti ilə məşğul olması faktını Azərbaycan tərəfi daim beynəlxalq təşkilatlar qarşısında qaldırır. İşğal edilən Azərbaycan ərazilərində narkotik qaçaqmalçılığı, narkotiklərin becərilməsi və ticarəti həyata keçirilir. Həmin ərazilərdə Ermənistanın qeyri-qanuni fəaliyyəti mövcuddur”,-deyən X.Xələfov bildirib ki, bu məsələ beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır. Nazir müavini onu da deyib ki, Azərbaycan bununla bağlı beynəlxalq birliyin məlumatlandırılması baxımından lazımi qədər işlər görüb: “Bu işlərin səmərəli olması üçün beynəlxalq təşkilatlar daha çox fəaliyyət göstərməlidirlər”. Qeyd edək ki, konfransda narkotik vasitələrlə bağlı cari vəziyyət, bunun regiona təsiri məsələləri müzakirə olunur, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin 2010-cu il üzrə illik hesabatı, Orta Asiyada vəziyyət - Mərkəzi Asiya Regional İnformasiya Koordinasiya Mərkəzinin transmilli narkocinayətkarlığa qarşı mübarizədə rolu, ÜGT-nin 2010-cu il üzrə illik hesabatı - regionda narkotiklərin götürülməsinə regional baxış mövzusunda məruzələr dinləniləcək. Bundan başqa, konfrans iştirakçıları arasında Hüquqpozmalara qarşı mübarizə üzrə gömrük şəbəkəsi (CEN) və onun tətbiqi, eləcə də Ümümdünya Polis Kommunikasiya Sisteminə dair məlumat mübadiləsi aparılacaq. Bu gün konfrans çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin açılış mərasimi, Muzey Mərkəzində “Narkotiklərə yox deyək” mövzusunda beynəlxalq karikatura müsabiqəsi, eləcə də dünyaca məşhur musiqi qruplarının iştirakı ilə Dənizkənarı Milli Parkda xeyriyyə konserti keçiriləcək. Konfransın sabah olacaq son iş günü isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 310
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30