Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Naxçıvanda nuh peyğəmbərin məzarüstü türbəsi
    Bu torpaqlarımıza göz tikən erməni millətçilərinə ən  tutarlı cavabdır
    Bəlkə də sərlövhəyə çıxardığım bu sözlərə ilk baxışdan təəccüb edənlər də cox olacaq, kimi isə bu sətirlərin müəllifindən soruşacaq: Məgər bəşəriyyətin Adəm peyğəmbərdən (ə) sonra ikinci atası cayılan Nuh peyğəmbər (ə) bu torpaqda yaşayıbmı ki, orada da onun indi məzarüstü türbəsinin bərpasından söhbət getsin? Əslində bu cür düşünən insanları savadsızlıqda qınamaq da düzgün deyil. Çünki neçə-neçə on illər boyu biz doğma tariximizin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı lazımi səviyyədə məşğul olmamışıq. Bir çox dövrlərdə isə özümüzü beynəlmiləl və vətənpərvər xalq, millət sayıb öz tarixi keçmişimizdən, varlığımızdan uzaq düşmüşük. O vaxt bu qəflət yuxusundan ayılmışıq ki, dünənə qədər bizim geniş və bərəkətli süfrələrimizin qırıntıları ilə öz qarınlarını doydurmağa çalışan bədnam erməni qonşularımız torpaqlarımıza göz dikiblər və sahib çıxmağa başlayıblar.

    Elə bu yerdəcə ustad Üzeyir Hacıbəyovun  ötən əsrin əvvəllərində qələmə aldığı “Nərdivan” felyetonu yadıma düşür. Böyük ustad ürək ağrısı ilə yazırdı:
    ”Qonşularımız siçan boyda iş görməyə başlayanda biz yatmışdıq. O vaxt oyandıq ki, onlar fil boyda iş görməyə başladılar. Gözlərimizi ovcalayıb dedik ki, biz də o boyda iş görə bilərik. Başladıq filin bir ayağını qayırmağa yorulduq, durub qaçdıq. Utandıq və yenidən işə başladıq. Amma bu dəfə fildən balaca olan dəvə boyda iş görməyi qərara aldıq. Ona da gücümüz çatmadı. Başladıq dəvədən balaca olan camış, eşşək, keçi, pişik boyda iş görməyə... Məsləhəti qoyduq siçanın üstünə, bu vaxt aramnızdan bir pişik çıxdı və siçanı yedi. Biz belə iş görürük...”
    Bunlara səbəb isə heç şübhəsiz ki, ilk növbədə unutqanlığımız, biganəliyimiz və laqeydliyimiz olub.
    Milli özünü dərk prosesinin güclənməsi dünənimizə, keçmişimizə olan bağlılığımız xeyli artıb. Etiraf edək ki, bu sahədə də xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olub. Düşüncə və təfəkkürümüzdə yaranan bu müsbət dəyişikliklərə görə də ilk növbədə özümüzü müdrik və uzaqgörən dövlət xadiminə  borclu bilməliyik. Böyük öndər dönə-dönə deyirdi: ”Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da...”
    Son illər ana vətənimizin ayrılmaz bir parçası olan Naxçıvanda tariximizin tədqiqi, təbliği və öyrənilməsi istiqamətində də bir çox işlər görülüb. Əslində bu işlər regionda aparılan geniş miqyaslı quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilib. Buna konkret misal olaraq Muxtar Respublika Ali Məclisi sədrinin imzaladığı bir neçə sərəncamı göstərmək olar: ”Ordubad rayonunda Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” və “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında.”
    Onu da qeyd edək ki, ötən yaxın müddətdə burada bir neçə beynəlxalq əhəmiyyətli elmi-praktik konfrans və simpoziumlar da keçirilib, by mötəbər toplantılarda tariximizin indiyədək qaranlıq qalan ayrı-ayrı dövrlərinə və səhifələrinə işıq salınıb. Bu baxımdan ötən ilin ortalarında kecirilən “Naxçıvan: tarixi kerçəklik, müasir durum, inkişaf prespektivləri” mövzusundakı konfrans kəsb etdiyi mənaya görə daha əhəmiyyətli olub. Bir sıra xarici ölkələrdən gəlmiş alimlərin də iştirak etdiyi bu konfransda ermənilərin “tarixi dəlillər”i alt-üst edilib. Mötəbər toplantıda səslənən müddəa və tövsiyyələr Muxtar Respublika rəhbərliyi üçün də impuls olub. ”Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Ali Məclis Sədrinin imzaladığı sərəncam da məhz tarixçi alimlərimizin çoxsaylı sübut və dəlillərindən qaynaqlanıb...
    Tarixdən bu həqiqət də bizə məlumdur ki, Naxçıvan torpağı məmləkətimiz üçün həmişə strateji əhəmiyyət kəsb edən bir bölgə olub. Ana vətənimizin bu günki varlığı, inkişafı da xeyli dərəcədə bu amildən asılı olub. Bu amillə biz ilk növbədə öz soy-kökümüzü, varlığımızı açıb ortaya qoya bilmişik, onunla haqlı olaraq sevinc və qürur hissi keçirmişik. Onunla da öyünmüşük ki, torpaqlarımızın ayrılmaz bir parçası olan bu diyar bəşər sivilsasiyasında həyatın, insan yaşayışının, ilkin mədəniyyətin başlanğıc nöqtəsi kimi qəbul olunub. AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru, professor Yaqub Mahmudov da mötəbər toplantılarda dəfələrlə bəyan edib ki, “...bura ilk yerdir ki, planetimizdə həyat burada başlanıb, insan cəmiyyəti buradan formalaşıb”. Bunlar isə o demək olub ki, dünyanın ilk ibtidai məxluqu bu torpaqda yaşayıb. Bəlkə elə bu səbəbdən də zaman-zaman məkrli düşmənlərimiz bu torpağa göz tikiblər, ona sahib çıxmağa çalışıblar. Guya dünyada  ilkin mədəniyyətin sahibi də onlar olublar.
    Alimlər həmişə bu fikirdə olublar ki, Naxçıvanda hər daşın, hər qayanın altında bir tarix yatır. Bu tarixin başlanğıcı da məhz insan övladının meydana gəldiyi ilk dövrlərə aparıb çıxarır. O vaxta ki, hələ də planetdə sinifli cəmiyyət yaranmamışdı, insanlar daş mağaralarda yaşayırdılar. Qazma, Əshabi-Kəhf,  Daşqala və Kilid mağaralarında qədim daş dövrünün insanları yaşayıblar. Eramızdan əvvəl  dördüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində isə  Naxçıvan ərazisində Oğlanqala, Govurqala, Çalxanqala kimi qala-şəhər məntəqələri yaradılıb. Bu gün də onların izləri yaşayır.
    Təbii ki, by torpaqlarda yaşayan ilkin insanlar da bizim əcdadlarımız, ata-babalarımız olan qədim türk tayfaları olub. Amma çox təəssüf ki, qadir olduğumuz bu varlığı indiyə qədər lazımi sübut və dəlillərlə ortaya qoya bilməmişik.
    ... Xalqımızın qədim tarixə malik olmasını sübut edən dəlillərdən birisi də qədim zamanlardan Naxçıvanda əhali arasında yayılan rəvayətlərlə bağlıdır. Bir rəvayətə görə, 7500 il bundan əvvəl baş vermiş ümümdünya tufanı zamanı Nuh peyğəmbər və ona iman gətirənlərin  mindiyi nəhəng gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və burada məckən salmışdır. Əfsanəyə görə, bəşəriyyətdə yeni nəsil bu torpaqda törəyərək müxtəlif ölkələrə yayılmışdır.
    Alimlər onu da sübut etmişlər ki, Nuhla bağlı bu rəvayətin ilk yazılı variantı eramızdan əvvəl ikinci minilliyin ortalarına gedib çıxan şumer əfsanəsi ilə bağlıdır. Şumer əfsanəsinin isə Naxçıvan şəhəri ilə bağlılığının elmi əsasları artıq sübut olunub. Deyilənə görə, bir vaxtlar Naxçıvan Makedoniya, Babil, Xett və digər bu kimi qədim mədəniyyət mərkəzləri ilə sıx və yaxın əlaqələr şəraitində inkişaf edib.
    ...Şəhər adı kimi “Naxçıvan” toponimi də ən qədim dövrlərdən mövcud olub. Əldə olunan arxeoloji materiallara, Gəmiqaya qayaüstü rəsmlərinə, buradakı daş abidələrə və yazılı mənbələrə istinad edən tədqiqatçı alimlər bu qərara gəliblər ki, Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri olub və onun 3500-4000 ildən artıq yaşı var.
    Qədim yunan mənbələrində “Naksuana”, ərəb-fars mənbələrində “Naxçuvan”,”Nəxçəvan” Naşəva”, ”Nəqşicahan” kimi adı çəkilən bu toponimin  müxtəlif dövrlərdə müxtəlif yozumları olmuş, onun yaranmasının əsası kimi “Naxç” türk tayfa, elatlarının “Nahhunte” Allah adlarına istinad olunmuş, bir sıra tədqiqatçılar isə onu Nuh peyğəmbərin adı ilə bağlamışlar. Akademik B.Budaqovla tarix elmləri doktoru Q.Qeybullayev isə yunan alimi Klavdi Ptolomeyin “Coğrafi təlimnamə” əsərində adı çəkilən “Naksuana” sözünün yerli tələffüz formasından  danışarkən qeyd  ediblər ki, bu dildə “ç” şəkilçisi olmadığına görə müəllif onu “s” kimi səsləndirib. Bu mənada ilk dəfə yazılı mənbələrdə adı çəkilən Naksuana  sözü də “Naxçuana” kimi  ifadə olunub.
    Həmin rəvayyətə görə, Kəmkir dağı əfsanəvi gəminin dayandığı ilk yer olub. Nuh peyğəmbər buradan Ağrıdağ istiqamətinə yola düşüb, oradan da Naxçıvan ərazisinə gəlib. Yolda bu gəmi Naxçıvanın indiki Culfa rayonu ərazisində olan  İlanlı dağa toxunub. Nəhəng gəmi dağın zirvəsinə elə bir zərbə çalıb ki, o iki yerə haçalanıb. Elə o vaxtdan da bu dağ Haçadağ adlanıb.
    Elə bu yerdəcə həssas və diqqətcil oxuculardan kimisə soruşa bilər: Neçə min il bundan əvvəl boyu məlum əfsanə və rəvayətlərdən süzülüb gələn bilgilər həqiqətə nə dərəcədə uyğundur? Təbii ki, bir çox əfsanə və rəvayətlərin yaranması da artıq elmi əsaslarla sübut olunub. Naxçıvan ərazisində ümümdünya daşqını barədə geniş rəvayətlərin yayılması və yaşaması, eləcə də Nuhla bağlı yer adlarının çoxluq təşkil etmələri də bu varlığı təsdiq edir. Yer üzərində elə bir ərazi yoxdur ki, Nuhla bağlı toponomik vahid Naxçıvandakı qədər (Nuhdaban, Naxcıvan, Nəhəcir, Nehrən və sair) çox olsun.
    Naxçıvan Ali Məclisi sədrinin imzaladığı Sərəncamda belə bir fikir də qeyd olunur ki, xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə Naxcıvan şəhərinin  cənubunda  Nuhun, şimal-qərbində isə onun bacısının qəbri var. Bu isə o deməkdir ki, Nuh peyğəmbər də, onun ailə üzvləri də bir müddət bu torpaqda yaşayıblar.
    Təbii ki, Muxtar Respublika Ali Məclisi sədrinin imzaladığı bu hüquqi sənəd bir çox tutarlı elmi mənbələrə, sübut və dəlillərə əsaslanıb. Bunlar barəsində Sərəncamın giriş hissəsində də geniş danışılır. İlk növbədə X1X əsrin 80-ci illərində Naxçıvanda maarifçiliklə məşğul olan K.A.Hikitinin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsəri buna misal çəkilir. Bu kitabın bir yerində deyilir: ”Əfsanəvi gəmi quruya çıxdıqdan sonra Nuh Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. Öz ailəsi ilə birlikdə burada qərar tutdu və gələcək şəhərin  əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bldirən adı da buradan meydana gəlmişdir”.
    Müəllif Naxçıvanda Nuhun qəbrinin harada yerləşdiyini, cənazənin harada dəfn  olunduğunu və onun üzərindəki türbənin hansı quruluşda olduğunu da təsvir edib:
    ”Nuhun qəbri şəhərin cənub tərəfindən qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırki görkəmi səkkizinci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə o yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır... Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəsi, çətinliklə keçmək mümkün olan, ortadan daş dirəklərlə möhkəmləndirilmiş daş mağaraya bənzəyir. Həmin dirəyin altında Nuh peyğəmbərin cənazəsi yerləşir”.
    Rus tədqiqatçısı V.M.Sisoyev isə Nuhun türbəsini təsvir edərkən onun  mərkəzində diametri 2 metrə çatan səkkiz guşəli stun olduğunu qeyd edib. XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi nəinki Nuh peyğəmbərin (ə) qəbrini, hətta gəmisinin də qalıqlarının da Naxçıvanda olması barədə məlumat verib. Yəhidi alimi İosif Flavi də öz tədqiqatlarında Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edib. Rus alimləri İ.M.Dyakanov Gəmiqaya qayaüstü rəsmlərindən danışarkən  Naxçıvanın  Nuhla bağlı məsələlərinə toxunub, K.İ.Simirnov isə Nuhun qəbrinin Naxçıvan şəhərinin cənub hissəsində olduğunu göstərib.
    Bu mövzu o dövrdə ölkə ziyalılarının yaradıcılığında da öz əksini tapıb. Realist rəssamlıq məktəbimizin banisi olan Bəhruz Kəngərli Nuh peyğəmbərin (ə)   Naxçıvandakı türbəsini düz altı dəfə naturadan kətan üzərinə köçürüb. Özü də ötən əsrin 20-ci illərində. Həmin nadir əsərlər indi qiymətli eksponatlar tək Naxçıvandakı mədəniyyət müəssisələrində - Dövlət Tarix Muzeyində və Bəhruz Gəngərlinin Ev Muzeyində nümayiş olunur.
    Əlbəttə, bütün elmi dəlillər Nuh peyğəmbərin (ə) qəbrinin, eləcə də məzarüstü türbəsinin Naxçıvanda olmasını bir daha inandırıcı edir. Onda belə bir sual yarana bilər ki, əgər bu faktlar bu qədər inandırıcıdırsa, niyə bu abidə son vaxtlara qədər yaşamayıb? Sualın cavabı da qısadır: Sovet hakimiyyətinin ilk illərində həyata keçirilən ideoloji siyasət nəticəsində Naxçıvanın ən qədim dövrlərindən  Azərbaycan türklərinə məxsusluğunu sübut edən yüzlərlə tarixi abidə məhv edilib. Nuh peyğəmbərin (ə) məzarüstü türbəsi də onlardan biri olub.
    Son illər Naxçıvanda doğma tariximizin öyrənilməsinə, tədqiqinə və təbliğinə olan maraq bu məsələni yenidən gündəmə gətirib. Bu səbəbdən də iki ilə yaxın bir müddətdə Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilib. Üç hissədən – sərdabə, türbə və çardaq hissədən ibarət olan səkkiz guşəli bu abidədə Naxçıvan memarlıq məktəbinin ənənələri əsasında inşa olunub.  Kaşı daşlarla işlənən həndəsi ornamentlər abidəyə xüsusi yaraşıq verir. Türbənin çardaq hissəsi isə piramidal şəkildə əlvan metallardan işlənib. Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı mütəxəssisləri 15 metr hündürlüyündə olan bu memarlıq incisinin    ruhunu, nəfəsini tam duya biliblər.
    Naxçıvanda Nuh Peyğəmbərin (ə) məzarüstü türbəsinin bərpa edilməsi, eləcə də 60-a yaxın dünya əhəmiyyətli tarixi abidənin mövcudluğu zaman-zaman  torpaqlarımıza “sahib” çıxmağa çalışan erməni millətçilərinə qarşı ən tutarlı cavablardandır. Bu günlərdə Naxçıvan şəhərində bir çox xarici ölkələrin-Rusiyanın, Türkiyənin, İranın, Misirin nüfuzlu alimlərinin iştirakı ilə keçirilən “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan“ beynəlxalq simpoziumunda  söylənilənlər də bu həqiqəti bir daha təsdiq etdi.

    Məmməd MƏMMƏDOV,
    Naxçıvan MR Ali Məclisinin deputatı,
    tarix elmləri namizədi, əməkdar jurnalist

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1011
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30