Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya hazırlanıb
Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya artıq işçi qurup tərəfindən hazırlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov deyib.
M.Mərdanov bildirib ki, 2011-2021 illərdə Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya” hazırlanaraq Prezident yanında Təhsil Komissiyasına təqdim olunub. “Strategiya yəqin ki, bu yaxınlarda ölkə başçısı tərəfindən təsdiq olunacaq”-deyə nazir vurğulayıb.