AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu beynəlxalq mükafata layiq görülüb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutu “European Quality” (Avropa keyfiyyəti) Beynəlxal mükafata layiq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
İnstitut mükafata Avropa standartlarına uyğun yüksək keyfiyyətli təhsil xidmətlərinin əldə olunması üçün təşəbbüs göstərdiklərinə görə layiq görülüb.