Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    "Bizi kimin həmməruzəçi olması bir o qədər də maraqlandırmır"
    Gültəkin Hacıbəyli: "Ən önəmlisi AŞ ilə münasibətlərin dərinləşməsidir"

    İsveçrədə yeni minarələrin ucaldılmasına qadağa qoyulması ilə bağlı reallaşdırılan referendumun nəticələri hələ də müzakirə edilməkdədir. Qəbul edilmiş qərar yalnız müsəlman dünyasında deyil, Avropanın özündə də etirazla qarşılanıb. Azərbaycanda da İsveçrənin minarə qadağası geniş müzakirə edilməkdədir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıbəyli də qəbul edilən qərarı insan haqlarının pozulması kimi dəyərləndirir:

    - Böyük mütəfəkkir və filosof Samuel Hantikton "Sivilizasiyaların toqquşması" adlı əsərini dünyaya təqdim edəndə bəziləri burada qoyulan fikirləri bölüşmür və bildirirdilər ki, müasir dünya, insan haqları, demokratiya sahəsində ali standartlara can atan, onu bərqərar etməyə çalışan dünya sivilizasiyaların toqquşmasının qarşısını almaq gücündədir. Bunun üçün ən azı Avropanın və ABŞ-ın, o cümlədən digər inkişaf etmiş ölkələrin siyasi iradəsi yetərlidir. Ancaq İsveçrədə baş verən son olay Hantikton nəzəriyyəsinə, sivilizasiyaların qarşıdurması ilə bağlı fikirlərə tamamilə yeni bir baxış sərgiləmək üçün əsas verir. Bu gün Avropanın mərkəzində baş verən bu hadisə əslində çox ciddi kökü olan və bundan da daha ciddi fəsadlar törədə biləcək hadisədir. Heç də təsadüfi deyil ki, bir çoxları bu hadisəni yeni və mədəni "səlib yürüşü" adlandırırlar...

    - Məsələ növbəti "səlib yürüşü"nə qədər gedib çıxa bilərmi?

    - Hər halda bəziləri indi baş verənləri ən azı "səlib yürüşü"nün başlanğıcı kimi qiymətləndirirlər. Avropanın ürəyində yerləşən, insan haqlarının, azadlıqlarının, liberal dəyərlərin ən yüksək səviyyədə bərqərar olduğu bir dövlətdə - İsveçrədə vicdan azadlığına qoyulan bu qadağa çox ciddi nəticələr verə bilər.

    Bunu sıradan addım adlandırmaq mümkün deyil. Düşünürəm ki, bu addım əslində bəşəriyyətə qarşı cinayət kimi də qiymətləndirilə bilər. Çünki bu addım gerçəkləşdiriləcəyi təqdirdə ən azı dünya sivilizasiyasının iki mühüm qolu olan islam və xristian mədəniyyətinin qarşıdurması ilə nəticələnəcək. Bu baxımdan özünü demokratik adlandıran, insan hüquqlarına, azadlıqlarına dəstək verən ölkənin belə bir qərar qəbul etməsi - özü də referendum yolu ilə insanların minarə qadağanına səs verməsi - çox ciddi bir çağırış, müsəlman dünyasına qarşı bir qıcıq, siqnaldır. Bu addım gələcəkdə islam dünyasından adekvat reaksiyaların gəlməsi üçün zəmin hazırlayan bir təxribatdır. Eyni zamanda, Avropanın digər ölkələrində də buna bənzər çağırışların, fikirlərin səslənməsi bunu deməyə əsas verir ki, bu addım sadəcə, bir ölkənin niyyəti deyil, bəlkə də gözəgörünməyən, kluarlar arxasında gedən çox ciddi bir oyunun ilk pərdəsidir. Bu gərginlikdə məni az-çox sakitləşdirən bir məqam ondan ibarət oldu ki, dünya birliyi, beynəlxalq təşkilatlar buna sərt reaksiya verdilər. İstər Avropa Birliyindən, istər Avropa Şurasından çox ciddi təpkilər gəldi...


    - Bunu əslində gecikmiş bir reaksiya hesab etmək olmazmı?

    - Əlbəttə, tamamilə doğrudur. Hesab edirəm ki, bu hadisə referenduma çıxarılmamışdan öncə bu cür təpkilərin olması daha məqəsədəuyğun idi. Mən belə düşünürəm ki, vicdan azadlığının məhdudlaşdırılmasına yol verən hər hansı bir məsələ referendumun predmeti ola bilməzdi. Hər hansı bir ölkə əhalisi istədiyi halda belə, insanların vicdan azadlığına, yaşamaq hüququna müdaxilə etmək imkanlarını tanımamalıdır. Avropanın reaksiyası vaxtında olsaydı, yəqin ki, nəticə də bu qədər üzüntülü və acınacaqlı olmazdı. Ümid edirəm ki, İsveçrə hökuməti özündə bu addıma yenidən baxacaq qədər siyasi iradə tapa biləcək, xristian və islam dünyasını qarşı-qarşıya qoyan, əslində müharibəyə, çox dərin bir münaqişəyə aparan bu addımdan çəkinəcək. Əks təqdirdə hadisələrin nə ilə nəticələnəcəyini, hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olsa da, onu deyə bilərəm ki, bu, ümumilikdə bəşəriyyət üçün fəlakətə gətirib çıxara bilər.


    - Yeri gəlmişkən, Fransa prezidenti Nikola Sarkozi İsveçrənin bu hərəkətini alqışlayaraq, gələcəkdə ölkəsində də bu istiqamətdə addım atılmasının mümkünlüyünü bəyan edib...

    - Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Nikola Sarkozinin bir sıra məsələlərə münasibəti adekvat deyil. Ən azı onun son fikirləri Avropa demokratiyasının beşiyi sayılan Fransanın dövlət başçısının səsləndirəcəyi fikirlər deyil. Onun Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı bəyanatları da heç bir halda məqbul sayıla və Avropa demokratına uyğun fikirlər kimi dəyərləndirilə bilməz. Eyni zamanda, Nikola Sarkozinin İsveçrənin məlum addımına dəstəyi də düşünürəm ki, birmənalı olaraq Fransa hakimiyyətinin, ən azı Nikola Sarkozinin özünün demokratiyaya, vicdan azadlığına zidd mövqe tutmasından xəbər verir.


    - Gültəkin xanım, istərdik başqa bir məsələyə də münasibətinizi öyrənək. Sizə də məlum olduğu kimi, bir neçə gün öncə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərindən biri Yelena Yivkovanı başqa bir şəxs - cənab Qrex əvəzlədi. Mətbuatda isə bu, vaxtilə Azərbaycan üzrə həmməruzəçi olmuş Andreas Qrossun fiaskosu kimi qiymətləndirildi. Yəni onun dəstəklədiyi və onun qrupundan olan namizədin həmməruzəçi seçilə bilməməsi bəziləri tərəfindən məhz bu cür dəyərləndirildi...

    - İstəməzdim ki, hadisələri bu cür dəyərləndirək. Bəli, gerçəklik ondan ibarətdir ki, Andreas Qross başqa şəxsin namizədliyini irəli sürmüşdü, ancaq səsvermə nəticəsində onun təklif etdiyi namizəd yox, digər bir namizəd - cənab Qrex səs çoxluğu ilə təsdiq olundu və öz fəaliyyətinə başladı. İstəməzdim ki, biz indi rəngləri tündləşdirək. Bəli, bir daha qeyd edirəm, reallıq odur ki, Qrossun dəstəklədiyi namizəd keçmədi, ancaq bunu da indi kiminsə fiaskosu, kiminsə uğuru kimi təqdim etmək düzgün deyil. Əslində, bizi kimin həmməruzəçi olması bir o qədər də maraqlandırmır. Bizim üçün ən önəmlisi Avropa Şurası ilə əməkdaşlığın inkişafı, davam etdirilməsi, yeni müstəviyə qədəm qoymasıdır, münasibətlərin dərinləşməsidir. Həmməruzəçinin kimliyi isə düşünürəm ki, bir o qədər əhəmiyyət daşımır.


    - Sözügedən həmməruzəçi ilə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin indiyənə kimi hər hansı bir tanışlığı, təması olubmu?

    - Qeyd edim ki, cənab Qrex AŞ PA-da yeni bir millət vəkilidir. Onunla şəxsən elə bir tanışlığımız, əməkdaşlığımız yoxdur. Sadəcə, komitə iclaslarında onu bir neçə dəfə görmüşük, salamlaşmışıq. AŞ PA-da təmsil olunan yeni deputatlardan olduğu üçün nümayəndə heyətimizin onunla əlaqələri demək olar ki, mövcud deyil.


    - Həmməruzəçilərin birlikdə və yaxud ayrılıqda yaxın zamanlarda Azərbaycana səfərləri necə, gözlənilirmi?

    - Həmməruzəçilər bölgəyə birlikdə səfər edirlər və ümumiyyətlə, hər bir səfər Monitorinq Komitəsində dəqiqləşdikdən sonra reallaşdırılır. Bu dəfə də məhz belə olacaq.


    İ.QULİYEV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1079
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30