Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Avropaya necə çıxaq?
    Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın bizlər üçün genişlənəcəyini, hara istəsək rahat gedə biləcəyimizi düşünürdük. Lakin zaman keçdikcə düşündüklərimiz yanlış çıxdı. İndi biz Türkiyə, İran və MDB ölkələrindən başqa  bir çox Avropa ölkəsinə fikirləşdiyimiz qədər rahat çıxa bilmirik. Bunun məxsusi səbəbləri var. Onlardan da biri və daha vacibi “Şengen” vizası deyilən sənədi almaqdır. Azərbaycanda “Şengen” vizasını almağın çətinliyi barədə az sonra danışacağıq.
    İndi isə “Şengen” vizası və bu adın haradan gəldiyinə diqqət edək.   

    “Şengen” sözü Lüksemburqda kiçik bir şəhərin adından götürülüb. 1985-ci ilin iyun ayında bu şəhərdə beş Avropa ölkəsi öz aralarında sərhəddə yoxlama və nəzarətə son qoyan bir Saziş imzalalayıblar. Sonrakı illərdə bir çox ölkələr də bu Sazişə qoşulub və hazırda 24 schengen ölkəsi var: Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latvia, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan. İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Beş Avropa Birliyi ölkəsi - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyillər.
    Şengen qrupu Avropa Birliyinə üzv olmayan ölkələrlə nəzarətin uyğunlaşdırılması sahəsində proqressiv əməkdaşlıq inkişaf etdirir. Polis və hüquqi əməkdaşlıq Sengen sisteminin əsaslarından biridir. “Şengen” vizası nədir? Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb. Şengen ölkəsinə səyahət edən zaman vahid viza sisteminin bir çox üstünlüklərindən yararlanmaq olar. Şengen vizası ilə bir ölkəyə daxil olaraq, bütün Şengen zonasında azad səyahət etmək mümkündür. Təbii ki, bu vizanı Azərbaycanda olmaq asandırsa…
    Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur.
    Şengen vizaları “qısamüddətli” vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.
    Yalnız bir Şengen ölkəsinə səyahət etmək üçün həmin ölkənin səfirliyinə müraciət etmək lazımdır. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etmək üçün isə o zaman əsas istiqamət olan ölkənin səfirliyinə müracıət edilməlidir. Əgər müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz.
    Viza rüsumunun məbləği 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Heç bir digər məbləğ ödənilmir. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır.
    Bütün Şengen ölkələri Bakıda səfirlik və konsulluqlarla təmsil edilmirlər. Məsələn,  Almaniya və Avstriya üçün Bakıdakı Almaniya səfirliyi, Belçika, Fransa, İspaniya, Lüksemburq, Niderland və Portuqaliya üçün Fransa, Finlandiya, İslandiya, Norveç və İsveç üçün Norveç, İtaliya, Latviya, Litva, Polşa və Yunanıstan üçün həmin ölkələrin, Çexiya və Litva üçün həmin ölkələrin Tiflisdəki, Danimarka və Sloveniya üçün həmin ölkələrin Ankaradakı, Malta və Slovakiya üçün həmin ölkələrin Moskvadakı, Estoniya və Macarıstan üçün həmin ölkələrin Ankaradakı və ya Moskvadakı səfirliklərinə müraciət etmək lazımdır. Tələb olunan sənədlər Şengen vizası üçün etibarlı pasport (vizadan ən azı 3 ay sonra etibarlı olan); Şengen zonasından qarşılayan şəxs-/şirkət tərəfindən dəvətnamə; Səfərinizin məqsədi (peşə, turizm, şəxsi, tibbi müalicə); 2 ədəd yeni fotoşəkil (35x45mm); Tibbi sığorta (minimum 30 avroyadək xərcləri örtən); Şəxsiyyət vəsiqəsinin surəti; İş yerindən arayış və ya kifayət qədər maliyyə vəsaitiniz olduğunu təsdiq edən sənəd; Səyahət edəcəyiniz nəqliyyat vasitəsi barədə informasiya (təyyarə biletininin sifarişi, avtomobil sənədləri); Tək səyahət edən uşaqlar üçün, doğum haqqında şəhadətnamə və valideynlərin hər ikisinin notariusda təsdiq olunmuş yazılı icazəsi tələb olunur. Hətta zərurət yarandıqda səfirlik əlavə sənədlər də tələb edə bilər. Bu qalıb onların insafına… Bizdə vəziyyət necədir? Yuxarıda Azərbaycanda Şengen vizasını almağın çətinliyindən və bir çox hallarda mümkünsüzlüyünə işarə etdik. Bunun səbəbini Şengen ölkələrinə daxil olan dövlətlərin səfirliklərinə müraciət etdikdə doğru-dürüst cavab ala bilmirik. Ən yaxşı halda viza verilmir, söz-söhbət yaratdıqda isə pasportumuza beş il Şengen ölkələrinə buraxılmamağımız üçün möhür vururlar.
    Qeyd edək ki, Şengen vizası almağın azərbaycansayağı yolları da var. Bu yoldan istifadə etməklə Avropaya çıxışımızı qısa bir zamanda təmin edə bilirik. Bunun üçün isə bizə kifayət qədər pul lazımdır. Hətta bu məbləğin 2000 ABŞ dolları civarında olduğunu söyləyirlər. Bu işdə isə turizm agentliklərinin varlığından istifadə etmək tələb olunur. Səfirliklər isə vizanın verilməsi qərarında turizm agentliklərinin heç bir rol oynamadıqlarını bəyan edirlər.
    Bu gün müxtəlif səbəblərdən Avropa ölkələrinə gedib-gələn vətəndaşlarımız var. Təbii ki, onların heç də hamısı oralarda qalıb yaşamaq istəmir. Bəziləri müvəqqəti iş tapıb müəyyən müddətə qalmaq istəsələr belə, sərt Avropa qanunları onların bu arzsunu da ürəyində qoyur. Beləliklə, deportasiya təhlükəsi ilə üz-üzə qalan Azərbaycan vətəndaşının Avropada işləmək-yaşamaq ideyası gerçəkləşmir.
    Lakin bir qrup insanlar da var ki, onlar Avropaya yalnız gəzmək üçün getmək istəyir. Onların da viza almaqda problemləri yaranır. Yalnız çox az sayda insanlar var ki, onlar bilavasitə konsulluq xidmətlərindən müsbət cavab ala bilirlər. Digərləri isə vizalarını çox baha qiymətə turizim şirkətlərinin vasitəsi ilə əldə edirlər. Turizm şirkətlərinin əli konsulluq xidmətlərinə qədər gedib çıxa bilir. Səbəbi də çox bəsid – yəni AZƏRBAYCANSAYAĞI…
    Təbii ki, Avropa demokratiyasını bizlərə aşılamağa çalışan beynəlxalq təşkilatlar insanlarımızın Avropada işləmək, gəzmək, istirahət etmək kmi hüquqlarının qorunmasına belə heç bir maraq göstərmirlər. Onların siyasətçilərini seçkilər və bir də iqtisadi maraqları düşündürür. Bu barədə uzun-uzadı danışmağa isə ehtiyac görmürük. 
    Elçin TURAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 891
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30