Ladenin həyat yoldaşları və qızları ifadə veriblər
Üsamə bin Ladenin Pakistan ərazisində olmasını araşdıran yerli istintaq komissiyası ilk dəfə olaraq onun həyat yoldaşları və qızlarını dindirib. Hələlik istintaqın gedişi barədə ətraflı məlumat verilmir. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Pakistanın hakim dairələri Laden öldürüldükdən sonra onun 3 həyat yoldaşı və 10 uşağına sığınacaq verib. İstintaq yekunlaşanacan onun ailə üzvlərinə Pakistanda qalmaq təklif olunub.